Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

"Azərişıq"ın sədri Akim Bədəlov ola bilər... -İDDİA

 
"Azərişıq"a onu rəhbər gətirə bilərlər...
Yenixeber.org: Cari ilin iyul ayında Mingəçevir Su Elektrik Stansiyasında partlayış verdikdə və ölkə qaranlığa qərq olanda ölkədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin də mövcudluğu, məmləkətin enerji ilə təmin olunmasında bu qurumun da müəyyən öhdəliklər daşıdığı heç kimin yadına düşmədi. Akim Bədəlovun 3 milyard manata inşa etdiyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri ölkənin enerji böhranı zamanı heç bir fəaliyyəti diqqəti cəlb etmədi. Və belə görünür ki, Akim Bədəlovun 3 milyard manata inşa etdiyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri sadəcə maketlərdən ibarətdir...

Əldə etdiyimiz məlumata görə Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlovun emissarları son günlər media ilə isti münasibətlər qurmağa meyilləniblər. Əvvəllər cənab Akim Bədəlov barəsində korrupsiyadan tutmuş kasıb fəhlələrin haqqının yeyilməsinə, prezidenti aldatmasına qədər müxtəlif səpkili yazılar tirajlansa da susqunluq nümayiş etdirirdi. İndiyə qədər haqqında yazılan iddia və ittihamların heç birinə reaksiya verdiyi olmayıb. Ancaq son vaxtlar əməkdaşları vasitəsilə müxtəlif informasiya saytlarına sifariş göndərərək barəsindəki yazıların çıxarılmasını xahiş edir, əvəzində isə gələcəklə bağlı “yağlı vədlər” verilir.

Akim Bədəlovun son vaxtlar belə “əl-ayağa düşməsinin” səbəbi bəlli olub. PİA.az-ın əldə etdiyi məlumata görə Baba Rzayev “Azərişıq” Səhmdar Cəmiyyətindən Azərenerji ASC-yə göndəriləndən sonra Akim müəllim “Azərişıq” Səhmdar Cəmiyyəti İdarə Heyədtinin sədri vəzifəsinə iştahlanıb. Məsələ ilə bağlı başqa bir mənbə isə PİA.az-a bildirib ki, Akim Bədəlov çoxdan Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “ilgəyini” boynundan çıxarmaq istəyir...
Mənbəmizin iddiasına görə, “Azərişıq” ASC-yə Bakı Metroploteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovun təyinatı da istisna olunmur. Əgər bu təyinat reallaşsa, Akim Bədəlovun Metropolitenə rəis göndərilə biləcəyi vurğulanır. Əks təqdirdə ölkənin “alternativ enerji şefi” “Azərişıq” ASC-yə rəhbər təyin edilə bilər.

Qeyd edək ki, Akim Bədəlovun rəhbərlik etdiyi Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi dövlətin milyardlarla vəsaitini batırıb. Söhbət Agentlik tərəfindən istehsal edilən panellərin və istifadəyə verilən stansiyaların gözlənilən effekti verməməsindən gedir. Sözügedən layihələrə külli miqdarda dövlət vəsaiti xərclənsə də heç bir səmərəsi yoxdur. Agentliyin yaradılmasından 9 il keçsə də bu günə kimi ölkədə bircə obyektin belə alternativ enerji ilə təmin olunması faktı qeydə alınmayıb. Baxmayaraq ki, cənab Bədəlov hesabatlarında guya neçə-neçə məktəb və poliklinikanın alternativ enerji ilə təchiz olunduğunu qeyd edərək gözə kül üfürür.

Akim Bədəlovun rəhbərlik etdiyi qurumda böyük korrupsiyaların olması barədə isə davamlı olaraq ölkə mətbuatında məlumatlar dərc olunub və olunmaqdadır. Əldə etdiyimiz məlumata görə Akim Bədəlovdan milyardların hesabatı tələb olunduqda günahı hansısa mühəndisin, mütəxəssisin üstünə atır. Bu günə kimi günəş panelləri istehsalı ilə məşğul olan Günəş Modulları Zavodundan neçə-neçə təcrübəli mütəxəssisin işdən haqsız ittihamlarla uzaqlaşdırıldığı söylənilir. Belə ki, istehsal olunan panellərin ümidləri doğrultmayıb, alternativ və bərpa olunan enerji layihələri gözlənilən nəticəni verməyəndə Akim Bədəlov hökmən bir “qurbanlıq” tapır. Qeyd etdiyimiz kimi, adı çəkilən müəssisədə xeyli mütəxəssis Akim müəllimin səmərəsiz layihələrinin qurbanı olub.

Cari ilin iyul ayında Mingəçevir Su Elektrik Stansiyasında partlayış verdikdə və ölkə qaranlığa qərq olanda ölkədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin də mövcudluğu, məmləkətin enerji ilə təmin olunmasında bu qurumun da müəyyən öhdəliklər daşıdığı heç kimin yadına düşmədi. Akim Bədəlovun 3 milyard manata inşa etdiyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri ölkənin enerji böhranı zamanı heç bir fəaliyyəti diqqəti cəlb etmədi. Və belə görünür ki, Akim Bədəlovun 3 milyard manata inşa etdiyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri sadəcə maketlərdən ibarətdir. Hələ ki, Akim Bədəlovun qurumunda bunun əksini isbat edən heç bir fəaliyyət də nəzərə çarpmamaqdadır.

Halbuki ölkəmiz bir mənbədən enerji asılılığının azaldılması, enerji təhlükəsizliyi və enerji effektivliyi məsələlərinin həll edilməsi, həmçinin vahid enerji siyasətinin hazırlanması və ətraf mühitə vurulan ziyanın aşağı salınması məqsədilə “20-20-20” direktivinə də tərəfdar çıxıb və həmin direktivin tələblərinə əsasən, 2020-ci ilə qədər Avropa İttifaqı ölkələrində ABOEM-dən istifadə etməklə enerji istehlakının payının 20 faizə çatdırılması, enerji səmərəliliyinin 20 faiz artırılması və istixana qazlarının emissiyasının 1990-cı il səviyyəsindən 20 faiz azaldılması öhdəlikləri müəyyən olunub. Lakin sözügedən agentliyin hazırki fəaliyyəti onu deməyə əsas verir ki, bu qurum həmin öhdəlikləri yerinə yetirə bilməyəcək.

Mediada Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun maliyyə fırıldaqları və korrupsiya əməliyyatları həyata keçirməsinə dair külli miqdarda materiallar çap olunduğundan bu məsələlərə toxunmuruq...

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam