Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Prezidentin 4 il ərzində icrasız qalmış sərəncamı - Səbəb nədir?

Prezidentin 4 il ərzində icrasız qalmış sərəncamı


Maliyyə Bazarlarına Nəzarət Palatası avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortasi üzrə zərərin birbaşa ödənilməsini hələ də təmin etməyib.

Yenixeber.org:  Bunu iqtisadçı Əkrəm Həsənov yazıb. Məsələnin aktuallığını nəzərə alıb həmin yazını təqdim edirik:

"Məlum olduğu kimi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası avtomobillərin istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsini nəzərdə tutur. Zərərin əvəzinin ödənilməsi üçün, zərərvuranın avtonəqliyyat vasitəsindən istifadə ilə bağlı mülki məsuliyyətini sığortalayan sığorta şirkətinə müraciət edilməlidir.
Yəni yol-nəqliyyat hadisəsində zərərçəkən avtomobilin sahibi zərərin əvəzinin ödənilməsini zərərvuranın avtomobili ilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. Təcrübədə bu, bir sıra problem yaradır. Məsələn, mənim avtomobilim üzrə sığortaçı “A” şirkətidir, sizinki üzrə isə “B” şirkəti. Mən sizə zərər vurmuşamsa, siz tanımadığınız və müştərisi olmadığınız mənim “A” sığortaçıma müraciət etməli olursunuz. O da təbii sizə yüksək və cəld xidmət göstərməkdə maraqlı deyil, başlayır sizi süründürməyə.

Buna görə də nəinki inkişaf etmiş ölkələrdə, hətta qonşularımızda da artıq çoxdan daha effektiv mexanizm tətbiq edilir: zərərin birbaşa zərərçəkənin sığortaçısı tərəfindən ödənilməsi. Yəni sizin “B” sığortaçınız sizin zərəri ödəyir, sonra isə əvəzini mənim “A” şığortaçıdan tələb edir (subroqasiya). Beləliklə də sığortaçılar öz aralarında müştərilərinin bir-birinə vurduqları zərər üzrə vaxtaşırı yekun hesablaşma aparırlar.
Azərbaycanda da bu mexanizmə keçid nəzərdə tutulub. Hələ 18 dekabr 2015-ci il tarixdə “İcbari sığortalar haqqında” Qanuna (52-1-ci maddə) müvafiq dəyişikliklər edilərək nəzərdə tutulmuşdur ki, aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir:


1) zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə;


2) yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə.


Qanunda həmçinin nəzərdə tutulmuşdur ki, bu əsnada sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir. Həmin dövrdə sığorta nəzarəti orqanı Maliyyə Nazirliyi idi. Buna görə də Qanunun icrası ilə bağlı Prezidentin 15 fevral 2016-cı il tarixli Sərəncamında həmin qaydaların 1 ay ərzində hazırlanması Maliyyə Nazirliyinə tapşırılmışdır.

Lakin məlum olduğu kimi, elə həmin ayda sığorta nəzarəti orqanı səlahiyyətləri yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına keçmişdir. Deməli, qaydaları da məhz Palata hazırlamalıdır. İndiyədək hazırlamayıb.

Niyə?

Ona görə ki, Palatanın buna bilik və qabiliyyəti çatmır. Palatanın indiyədək bank sistemi üzrə qəbul etdiyi bütün qaydalar Mərkəzi Bankın qaydalarından, sığorta sektoru üzrə qəbul etdiyi qaydalar isə Maliyyə Nazirliyinin qaydalarından köçürmədir. Yəni Palata indiyədək heç bir məsələ üzrə müstəqil yeni qaydalar qəbul etməyib. Köçürməyi pis-yaxşı bacarır, yenilik gətirməyi isə yox. O cümlədən dövlət başçısının göstərişlərini də icra etmir... " (dia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam