Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“ATƏŞGAH SIĞORTA”DA NƏ BAŞ VERİR? -Ziyanla işləyən şirkətin fəaliyyətinə qadağa qoyulur

ateshgah_girish_0

Sığorta bazarında ilk beşliyə daxil olan “Atəşgah Sığorta”nın heç cür “qara zolaqdan” çıxa bilmədiyi müşahidə olunmaqdadır. 

Yenixeber.org: Şirkətin son iki ili ziyanla başa vurması və bir sıra maliyyə göstəriciləri üzrə geriləməsi azmış kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası da bir tərəfdən “Atəşgah Sığorta”nı  cəzalandırmaq qərarına gəlib.

Xatırladaq ki, “Atəşgah” Sığorta Şirkəti ASC 2018-ci ili 770 min 375 manat zərərlə başa vurub. 2017-ci ildə isə şirkət 1 milyon 27 min manat ziyan etmişdi. Məsələ ondadır ki, şirkətin təkcə mənfəət deyil, digər bir sıra maliyyə göstəriciləri üzrə də gerilədiyi müşahidə olunur. Və belə təəssürat yaranır ki, şirkətin maliyyə vəziyyəti ürəkaçan deyil. Belə ki, şirkətin balans kapitalı və aktivləri də azalıb. Xüsusilə balans kapitalının 8 faiz azalaraq, 11.951 milyon manata enməsi, əlbəttə ki, yaxşı hal deyil. Şirkətin aktivlərindəki geriləmə isə 2 faizdir və aktivlər cəmi 42.117 milyon təşkil edir.

Hesabatlardan görünür ki, ötən il “Atəşgah” Sığorta Şirkətinin müştəri sayını və yığımın həcmini artırmaq sarıdan problemləri olub. İllik müqayisədə şirkətin topladığı sığorta haqları 38 milyon 956 min manatdan 36 milyon 832 min manatadək geriləyib, sığorta ödənişləri isə 17 milyon 399 min manatdan 20 milyon 82 min manata yüksəlib.

mbnp-fimsa-maliyye-bazarlarina-nezaret-palatasi-0-copy-696x451

Ötən gün isə Maliyyə Bazarlarına Nəzarət Palatası “Atəşgah”ı avtomobillərin icbari sığortası hüququndan məhrum etmək barədə qərar çıxarıb. Palatanın açıqlamasında deyilir ki, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.

Bu o deməkdir ki, şirkətin avtomobil sığortası ilə bağlı fəaliyyətində ciddi nöqsanlar var və “Atəşgah”ın müqavilələri qanuna uyğun olmadığı üçün bu sahədə fəaliyyətinə qadağa qoyulur. Görünür, şirkətin fəaliyyətilə bağlı ciddi şikayətlər var və bu qərar təsadüfi deyil.

Eyni durum “AtaSığorta”da da müşahidə olunur. Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə də sığorta şirkətlərini tənqid etmişdi: “Sığorta şirkətləri pulları yığırlar, sığorta hadisəsi baş verəndə pul vermirlər. Bunlar ciddi məsələdir…”

Onu da qeyd edək ki, hazırda Azərbaycandakı sığorta bazarında avtomobillərin icbari sığortasından daxilolmalar şirkətlərin yığımının əhəmiyyətli sayıla biləcək hissəsini təşkil edir. Və “Atəşgah”ın bu sığorta növünün tətbiqindən məhrum edilməsi isə şirkətin onsuz da yaxşı olmayan maliyyə vəziyyətini bir qədər də ağırlaşdıra bilər.

Buna görə də, “Atəşgah” Sığorta Şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə bağlı narahatlığını gizlətməyib. Şirkət, rəsmi açıqlamasında yaranmış durumu “texniki problemlərlə” izah edib. Ancaq 20 ildən artıq müddətdə sığorta bazarında olan təcrübəli bir şirkətin hansısa mücərrəd “texniki səbəb” ucbatından şərtləri yerinə yetirə bilməməsi kifayət qədər müəmmalı görünür.

Yeri gəlmişkən, “Atəşgah Sığorta Şirkəti”nin səhmlərinin kimə aid olduğu da müəmmalıdır. Belə ki, bütün rəsmi informasiya mənbələrində və mətbuatda şirkətin səhmlərinin  63 faizinin azərbaycanlı milyarder İsgəndər Xəlilova aid “İSR Holdinq”ə məxsus olduğu göstərilib. Lakin “İSR Holdinq”dən redaksiyamıza daxil olan rəsmi məktubda göstərilir ki, “İSR Holdinq” hələ 2012-ci ildə “Atəşgah”dakı səhmlərini satıb. Ancaq bu məktubda da səhmlərin kimə satıldığı göstərilməyib. Şirkətin rəsmi saytında isə səhmdarlar barəsində ümumiyyətlə məlumat yoxdur.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam