Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Polkovnik türmədə özünü belə asıb – Detallar  açıqlanır

 

Polkovnik türmədə özünü necə asıb? –

Sabiq müstəntiq Rüfət Səfərov həbsxana xatirlərində bu dəfə ona məlum olan bir olay haqqında yazıb.

Yenixeber.org: Rüfət Səfərov MTN-nin Antiterror Mərkəzinin rəis müavini polkovnik İlqar Əliyevin kamerasında intiharının şahidi olan bir məhbusun dediklərini qələmə alıb.

Həmin qeydləri təqdim edirik: İnsan, cəmiyyət və təbiətlə bağlı əvvəllər formalaşmış qənaətlərimin üzərindən çalın-çarpaz xətt çəkmişəm. Bunu 3 illik məhbəs həyatı, Manaf Süleymanovun sözü olmasın, orada eşitdiklərim, oxuduqlarım, gördüklərim doğurdu. 

Bizim “zon”da İmran adlı bir “taçkavoz”, yəni məhbuslara gələn pay-puşu qırmızı arabası ilə daşıyıb, əvəzində 1-2 manat alan bir məhbus var idi. O, əvvəllər polis orqanlarında serjant kimi xidmət etmiş, hansısa şəraitdə narkotik maddənin dadına baxıb aludəçisi olmuş, beləliklə də həyatın dibinə yuvarlanmışdır. Xəstə olmasına baxmayaraq, adamı bir neçə dəfə “satış”la yükləyib “srok”lara göndəribmişlər. Yanılmırımsa, 5-ci “xodka”sı idi. Günün birində xəbər aldım ki, bu İmran ləğv olunmuş MTN-nin Antiterror Mərkəzinin mərhum rəis müavini, polkovnik İlqar Əliyevlə Kürdəxanıdakı İstintaq Təcridxanasında ikinəfərlik kamerada bərabər saxlanılıbmışlar. İlqarın ölümü (bəlkə də öldürülməsi) “taçkavoz”un dolayı şahidliyi ilə icra olunubmuş…

İmran bəndənizə yüksək hörmətlə yanaşsa da gözlənilməz sual ilə onu hürküdüb, ilginc detalları öyrənmək həvəsimin üzərindən xətt çəkə bilərdim. Təmkinli oldum, zamanla “dostlaşdıq”. Bəlli müddət keçdi, “taçkavoz” bəzi hissələrə aydınlıq gətirməyə qərar verdi:

Demək, İlqar Əliyevin intihar etdiyi gün İmranı kameradan çıxarıb ya rəis heyəti, ya da yaxınları ilə görüşə aparıblar. (Bu hissəsini dəqiq xatırlamıram.) Təxminən 2-3 saatdan sonra İmran kameraya qaytarılanda İlqar Əliyevi görməyib, sanitar qovşağındakı su şırıltısının səsindən yəqin edib ki, oradadır. Lakin 15-20 dəqiqə sonra məlum olub ki, dustaq yoldaşı orada da deyil. “Proqulka”nın qapısı açıq olubmuş. Pəncərədən gəzinti yerində bir ins-cinsin olmadığını müşahidə edərək yatağına uzanıb. 

Bir neçə dəqiqə sonra “proqulka”ya çıxaraq İlqarı qapının arxa hissəsində, yuxarıdakı dəmir barmaqlıqdan asılı vəziyyətdə aşkar edib. (Burada bir haşiyə çıxım: həbsdə olan dostlar təsdiqləyər ki, “proqulka”nın üst dəmir barmaqlıq hissəsi o hündürlükdədir ki, kameradakı stol və stuldan yararlanılsa belə, intihara hazırlıq və asma işini “uğur”la sona yetirmək təxminən namümkündür.)

İmranın bu halda ilk ağlına gələn iş nə ola bilər? Təbii, normalda qapını var qüvvəsi ilə döyəcləyib, nəzarətçiləri kameraya çağırmaq… Amma bizim İmran belə etməyib, təcili surətdə kameraya keçib, “şmon”a start verib. Mərhumun fil sümüyündən hazırlanan ”stanok”unu, çantasındakı 40-50 manat pulu, bir də paraya gedən digər əşyaları “özününküləşdirdikdən” sonra qapını taqqıldadıb… Hay-küy, qırğın- qiyamət…

Qısa müddət sonra İmran “9”-a etap olunaraq, aylıq 500 manat kirayə haqqı, gündəlik gəliri olan “taçkavoz” vəzifəsinə irəli çəkilib. Faciənin ən dəhşətli tərəfi budur ki, İmran “voronok”dan “zon”a ayaq basar-basmaz, mərhum polkovnikin fil sümüklü “stanok”unu dəyər-dəyməzə-70 manata özgəninkiləşdiribmiş…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam