Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ramil Usubovdan yeni təyinat

 

Azərbaycan daxili işlər orqanlarında kadr təyinatı olub.

 

"Xeberinfo.com":   Report-a istinadən xəbərə görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Əlyəddin Səfərov Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) rəis təyin edilib.
 

Ə.Səfərov bu təyinata qədər Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. O, bundan əvvəl, Xəzər RPİ və Nəsimi RPİ-lərində rəis müavini və 20-ci Polis Bölməsinin rəisi vəzifələrində işləyib. 
 

Qeyd edək ki, bir neçə gün əvvəl nazir R.Usubovun əmri ilə Ə.Səfərovun qardaşı polis polkovniki Səyyəddin Səfərov Zəngilan RPŞ-nin rəisi vəzifəsindən azad edilib. Onun yerinə isə Astara RPŞ-nin rəis müavini Ənvər Həsənov təyin edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam