Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq nazir xaricə kompromat ötürüb?

 

Keçmiş MTN şefinin yaxın qohumlarından bir neçəsi qiymətli məlumatlarla ölkəni tərk edib; hakimiyyət onların tutulması istiqamətində ciddi səylər göstərir

Xeberinfo.com:   “MTN işi” ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumlarından bir neçəsi Azərbaycanı tərk edə bilib. Onlarda hakimiyyət üçün arzuolunmaz məlumatların, sənədlərin olduğu güman edilir. Bildirilir ki, onlar əvvəlcə Danimarkanın paytaxtı Kopenhagendə yerləşiblər. Hakimiyyət bu şəxslərin tutulması istiqamətində ciddi səy göstərdiyinə görə onların Danimarkadan Niderlanda keçdiyi barədə məlumatlar var. Qaynağımız deyir ki, iqtidar həmin şəxslərin hələ də azadlıqda olmasından ciddi narahatdır.

Akif Çovdarovun adamı necə doktor olub?

Redaksiyamıza daxil olan digər məlumat isə MTN-in həbsdə olan generalı Akif Çovdarovun adamı kimi, “Azadlıq”ın hazırda mühacirətdə olan əməkdaşı Aqil Xəlilin döyülməsində iştirak edən Dabbəyi Allahverdiyev barədədir. Moderator.az saytı məlumat yaymışdı ki, MTN-in Anti-Terror Mərkəzinin əməkdaşı olan Dağbəyi Allahverdiyev sonradan naməlum səbəblərdən havalanıb.

Yeni məlumatlar isə Dağbəyi Allahverdiyevin “elmi fəaliyyəti” ilə bağlıdır. Bildirilir ki, o, Milli Elmlər Akademiyasının Iqtisadiyyat Institutunun doktorantıdır. Dağbəyi Allahverdiyev Isa Alıyev bu institutun direktoru olarkən doktorluq dissertiyası yazıb. Lakin 2 ildir ki, onun hesabat vermədiyi bildirilir. “Iki ildir ki, bu adam yoxa çıxıb. Bilinmir haradadır”, – deyə qaynağımız bildirib.

İlqar Əliyevin kamera yoldaşı özünü asıb?

Bu arada məlumat yayılıb ki, Kürdəxanı təcridxanasında növbəti intihar hadisəsi baş verib. Lent.az-ın xəbərinə görə, dekabrın 23-nə keçən gecə təcridxanada saxlanılan Manaf Paşayev adlı şəxs özünü asıb. Məlumata görə, dekabrın 23-də ona hökm oxunmalıymış. Səhər saatlarında təcridxana əməkdaşları 1958-ci il təvəllüdlü Manaf Paşayevi məhkəməyə gətirmək üçün onun kamerasına gediblər və məhbusun özünü asaraq intihar etdiyini görüblər.

Manaf Paşayev daha əvvəl 8 dəfə məhkum edilibmiş və sonuncu dəfə Bakıda oğurluq etdiyinə görə tutulubmuş.

“Yeni Müsavat” qəzetinin məlumatına görə, Manaf Paşayev özünü asdığı deyilən MTN polkovniki Ilqar Əliyevin kamera yoldaşı olub. Qeyd edək ki, bir qədər əvvəl ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş Ilqar Əliyevin dekabrın 20-də kamerada asılmış meyiti aşkar olunub. Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilir ki, Ilqar Əliyevin kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalıb və mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan Ilqar Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb. Rəsmi məlumatda Ilqar Əliyevin kamera yoldaşının kimliyi haqda hər hansı bir məlumat verilməyib. Belə iddia var ki, həmin şəxs Manaf Paşayev olub.

Bu fakt da Ilqar Əliyevin ölümü ətrafında müəmmaları artırır. Ümumiyyətlə, ekspertlər hesb edir ki, Ilqar Əliyevin ölümü “MTN işi” ilə bağlı aparılan istintaqı çətinə sala bilər. Çünki Ilqar Əliyev Eldar Mahmudovun yaratdığı şəbəkənin ən fəal üzvlərindən olub. O, demək olar ki, şəbəkənin bütün cinayətlərində açar fiqurdur. Bundan başqa Ilqar Əliyevin QHT və media sektorunda, həmçinin siyasi təsisatlardakı agentura şəbəkəsinin kuratoru olduğu bildirilir. Onun ölümü bu şəbəkənin də əldə çıxması ilə nəticələnə bilər. “Ilqar Əliyevin bu şəbəkə vasitəsilə hansısa məlumatları ictimailəşdirə, hökuməti çətinə salan addımlar ata bilməsi narahatlığı da onun intiharı şərtləndirə bilər”,-deyə ekspertlər bildirir.

Eldar Mahmudov “Delta Telekom”da agentura şəbəkəsi yaradıbmış

“Eldar Mahmudov ”Delta Telekom”a yalnız özünün hansısa məqsədlər üçün istifadə etdiyi avadanlığı yerləşdirməklə kifayətlənməyib. Eyni zamanda həmin avadanlığın yerləşdiyi otaqlara – FIBER optik kabellərin olduğu hissəyə girmək imkanı olan “Delta Telekom”un əmkdaşlarından birini (bəlkə də daha çoxunu) hansısa vasitə ilə əməkdaşlığa da cəlb edib. Daha dəqiqi, şirkət daxilində özünə işləyən, onun əmrini icra edən şəxslər də müəyyənləşdirib”. Bu xəbəri isə Azpolitika.info yayıb. Məlumatda daha sonra deyilir ki, bu fakt da məhz “Delta Telekom”da yanğından sonra məlum olub. Belə ki, istintaq zamanı “Delta Telekom”un FIBER optik kabellərin olduğu hissədə çalışan əməkdaşlarından birinin yanğından bir gün qabaq ölkəni tərk etdiyi məlum olub. Rəsmi açıqlama verilməsə də, hadisənin məhz həmin şəxs tərəfindən törədildiyi ehtimal edilir. Hazırda axtarışda olduğu deyilən həmin şəxsin ad-soyadını dəqiqləşdirmək cəhdləri alınmayıb.

Bu isə MTN-də aparılan həbslərin Mahmudovun bandasını tam zərərsizləşdirmədiyini, onun müqavimət imkanlarının hələ də qaldığını düşünməyə əsas verir. Hər halda son 10 ildə qeyri-məhdud səlahiyyətlər əldə edən Eldar Mamudovun sadəcə Rabitə Nazirliyinə və ya “Delta Telekom”a öz adamlarını yerləşdirdiyini düşünmək sadəlövhlük olardı. Bəlkə də hələ çox yerdə Mahmudovdan əmr gözləyən kifayət qədər banda üzvü var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam