Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

MƏRKƏZİ ASİYANIN ANEKDOT QƏHRƏMANINA ÇEVRİLƏN BAŞÇILARI: Atambayev polislə döyüşə hazırlaşır... – Araşdırma

İrina Corbenadze

rosbalt.ru, 03.07.2019

 

Mərkəzi Asiya respubliklarındakı hadisələr qıraq adama bəzən lətifəvari görünür, amma yerli sakinlərin gözlərindəki yaş heç də gülməkdən deyil.

Sovetsonrası rejimlərin cəfəngiyyat anatomiyası.

Yenixeber.org:  Mərkəzi Asiya dövlətlərində öz başçılarını bunsuz da öymək məqbuldur, amma yenə də Şərq üçün də hansısa bir əndazə olmalıdır. Lakin bu yoxdur. Hətta bölgənin azdan-çoxdan “irəli getmiş” sayılan respublikalarında da ilk baxışdan olduqca gülməli hadisələr baş verir. Gerçəklikdə isə bunlar hətta “şərqli mentaliteti” nəzərə alınmaqla sadə adamları boğaza yığıb.

Deməli, bir gənclər təşkilatının “bütün gənclər”in adından ilk və indi yaşayan prezident, “istefada”, hakimiyyətin, az qala, bütün rıçaqlarını özünə bağlayan Nursultan Nazarbayevə daha bir heykəl ucaltmağı  təklif etdiyi Qazaxıstanda onun şərəfinə opera məşq edirlər.

KazTaq”ın məlumatına görə, onun adı “Günəşin işıqlandırdığı yol”dur. Jurnalistlər biliblər ki, “Astana Opera”nın artistləri hansısa sözləri səsləndirməkdən əvvəlcə imtina ediblər, amma onları işdən çıxarmaqla hədələyiblər. Əsərdə belə incilər var: “Yaradanın iradəsini yerüzündə yerinə yetirmək istəyən”. Amma mədhiyyədə Nazarbayevin özünün ariyasının olub-olmadığı bəlli deyil. Bəlkə, onu həm də səhnə qəhrəmanı “oxuyacaq”?

Astana Opera”nın mətbuat xidməti agentliyin məlumatını gerçəkliyə uyğun gəlməyən adlandırıb, amma təsdiqləyib ki, teatrın bədii şurası bu adda partituraya baxıb və yaradıcı kollektiv onunla tanış olur. Musiqisi gənc bəstəçi Rahat-Bi Abdısaqinə məxsusdur.

Budur,  Qırğızıstanda isə parlamentin toxunulmazlıqdan məhrum etdiyi keçmiş prezident Almazbek Atambayevin nəğməlik halı yoxdur (onu ya həbsdə oturmağa hazırlayırlar, ya da qorxudurlar ki, fəaliyyətdə olan hakimiyyətin “əsəblərini korlamaq”dan əl çəksin): o, atışa-atışa özünü qorumağa hazırlaşır – hərfi mənada. Keçmiş prezident onun hazırlanan həbsi haqda məlumatın cavabında deyib: “Məni yaxalamağa çalışsalar, atəş açacağam. Qırğızlarda məsəl var: “Yataqda ölməkdənsə atışa-atışa qorunaraq ölmək daha yaxşıdır”.

Bu arada, Atambayevin evinin yerləşdiyi Köy-Taş qəsəbəsində Qırğızıstanın keçmiş liderini qorumağa hazır on süvari növbə çəkir. “Azattık”Qırğızıstan Sosial-Demokrat Partiyası Siyasi Şurasının üzvü Adil Turdukulova istinadən xəbər verir ki, Bişkekətrafı qəsəbədə Atambayevə dəstək şurası yaradılıb. O habelə bildirib ki, keçmiş prezidentin evinin qarşısında bir neçə keçə çadır qurulub, habelə mətbuat mərkəzi təşkil olunub.

Türkmənistanda da nəğməlik hal yoxdur – xüsusən də fahişə və ürək həkimlərinin: birincilər qazancdan, ikincilər dərmandan məhrum  olublar. İlkin zəruri qida ərzaqlarının ciddi qıtlığı, habelə işsizlik səviyyəsi yüksək olan ölkədə “sevgi kahinələri”nin peşəsi yoxa çıxır. “Хроника Туркменистана”nın yazdığı kimi, respublikada bu qədim “ixtisaslaşma”ya, əsasən, yalqız analar və aztəminatlı ailələrdən işsizlər gedirlər. Əvvəllər onların xidmətinə tələbat olsa da, indi fahişələri həbsxanaya, ya da “məcburi müalicə”yə göndərirlər.

Bundan başqa, iqtisadi böhran və ölkədə xarici şirkət işçilərinin, demək olar, tam yox olması onların gəlirlərini güclü vurub – sonuncular “küçə qadınları”nın əsas müştəriləri idilər. Qalan bir ovuc əcnəbi vətəndaş isə, Türkmənistan direktivlərinə görə, öz düşərgələrində yaşamağa və axşam saat ondan sonra küçəyə çıxmamağa borcludur. “Peşəkar qadınlar” şikayətlənirlər ki, onların xidmətinə tələbat kəskin azalıb, müştəri azdır və onlar ödəniş bacarıqlı deyillər, qiymətləri vurmağa, ya da ümumiyyətlə, onlardan havayı istifadə etməyə çalışırlar. Çıxış yolu birdir – qazanc üçün nə yollasa Türkiyəyə, ya da BƏƏ-yə çıxmaq. Bəziləri buna nail olurlar.

Amma, bax, ürək-damar və başqa ciddi xəstəliyi olan şəxslərin işi daha pisdir: getməyə yer, müalicə üçün heç nə yoxdur. Çünki yerli apteklərdə onlara dərman yerinə ot cövhəri və quru meyvələr təklif edirlər. Bu, ciddi xəstəlik zamanı heç nəyə yaramaz. Bununla belə, nə ürək həkimləri, nə də hormonal pozuntulu adamlar, nə qadın xəstəliyindən əzab çəkənlər, nə də sakitləşdirici və başqa dərmanlara ehtiyacı olanlar bunu ala bilirlər. Respubluka prezidenti Qurbanqulı Berdımuhəmədovun yazdığı növbəti “Türkmənistanın dərman bitkiləri” kitabı da süni qıtlıqda öz rolunu oynayıbmı? Yerli Səhiyyə Nazirliyi onu geniş reklam edib. Prezident indiki anda alabaya – it cinsinə həsr edilən növbəti “Uğurlar və tərəqqi vətəni” əsərini yazır. Prezidentin buraxdırdığı cildlərin sayı artıq əlliyə yaxınlaşır.

Amma Berdımuhəmədov təkcə məhsuldar yazıçı deyil, əla avtoyarışçı deyil, bitki, at və it bilicisi deyil, həm də sərrast atıcıdır. Düzdür, diri adamlara və Atambayevin hədə gəldiyi kimi, öz evindən deyil, velosipeddən və təlim hədəflərinə. TDX dövlət informasiya agentliyi xəbər verir ki, prezident Milli Ordunun gözlənilməz yoxlanışı zamanı özünün hərbi bacarıqlarını göstərib. Agentlik heyran olub: “Dövlət başçısı velosiped sürərək burada qurulmuş hədəflər səviyyəsində dönüşlər edib. Ölkə prezidenti bu an atəş açıb. Türkmənistan lideri hədəfə dəqiq düşərək öz fiziki hazırlıq və ustalığını bir daha nümayiş etdirərək hərbçilərə nümunəvi örnək verib”.

Hələ qoca olmayan Berdımuhəmədov əla fiziki formada olmaqla “çiçəklənən” ölkənin gələcəyi ilə bağlı var gücü ilə narahat olur – hər şeyə əsasən, hakimiyyəti Alax vilayətinin hakimi (başçısı) təyin edilmiş oğlu Sərdara verməyə hazırlaşır. “STAN RADAR”ın yazdığı kimi, “Çoxdan heç kimdə şübhə yaranmır ki, Sərdarı (tərcüməsi – rəhbər) varis hazırlayırlar”.  O, son zamanlaradək diplomatik karyera edib və parlament işinə cəlb olunub. Sözügedən nəşrin məlumatına görə, Berdımuhəmədovun ailəsinin başqa üzvlərindən fərqli olaraq Sərdarın – Rəhbərin adı heç bir qalmaqalda qeyd olunmayıb.

Prezident hələlik isə öz ailəsinin hakim maraqlarına lobbilik edir, başqaları – qeyri-elit ailələr hərfi mənada ağlayırlar: onların xaricdə təhsil alan tələbə övladlarına pulla evə qayıtmaq yasaqlanıb. “Turkmen.news”un xəbər verdiyi kimi, uşaqlara pul göndərərkən valideynlərdən öhdəlik imzalamaq tələb olıunur ki, onlar evə dönərkən pulu geri qaytarmayacaqlar. Respublikaya girərkən onları yoxlayacaqlar və uyğun məbləğ aşkarlanarkən götürüləcək. Həm də itaətsizliyə görə sonrakı köçürmələrə qadağa tətbiq olunur. Məhdudiyyət də var – tələbələrə (ancaq onlara) Türkmənistandan bank vasitəsilə ayda 200 dollardan çox köçürmək olmaz. Amma valideynlərin əvvəlcə xeyli arayış və sənəd təqdim etməyi gərəkdir: işin olduğu haqda, qohumluğu təsdiq edən, tələbə biletinin surəti, xaricə uçuş haqda möhür və b.

Ümumiyyətlə, ac, amma “çiçəklənən” Türkmənistanda hər şeyə yasaq qoyulub – xanımların saç boyamasından açıq rəngli bikini geyməyə, bədənə şəkil döydürməyə, qulağı deşməyə, dırnaqları laklamağa və daha bir çox şeyə qədər.

Əlbəttə, durum hüquq müdafiəçilərinin diqqətindən qıraqda qalmayıb. Məsələn, “Human Rights Watch” (HRW), “İnsan haqları üzrə beynəlxalq tərəfdaşlıq” (IPHR) və “İnsan haqları üzrə Türkmənistan təşəbbüsü” (İHTT) müxtəlif layihələri kreditlərşdirməkdə Türkmənistan hökumətinə rədd cavabı vermək xahişi ilə Avropa Rekonstruksiya və İnkişaf Bankına (ARİB) müraciət edib.

İHTT-in başçısı Fərid Tuhbatullin “Azatlık” radiosuna müsahibədə bildirib ki, beynəlxalq maliyyə strukturlarının birinci növbədə Türkmənistan hökumətinin özəl mülkiyyətin toxunulmazlığına sayğısızlığı kimi problemə diqqət yetirməyi gərək idi – “… biznesmenlərin mülkünü, … mağazalarını, adamların evlərini əllərindən alırlar”. Bundan başqa, Aşqabadda öz avtomobilində, sadəcə, gedə bilməzsən”…

Qeyd edək ki, ARİB bu ilin başlanğıcında Xəzər dənizinin Türkmənistan şelfində neft çıxartmağa kredit verməyi ləğv edib. Buna ətraf mühiti və insan haqlarını qorumaqla məşğul olan “Crude Accountability” təşkilatı nail olub. “Crude Accountability”-in rəhbərlərindən biri Sonya Zilberman bildirib: “Bu, sadəcə, rüsvayçılıqdır ki, demokratiya və plüralizmin inkişafı üçün mandatı olan bank – ARİB toplantı azadlığı və özünü ifadənin praktik olaraq olmadığı Türkmənistanda karbohidrogen sektoruna yatırım planlaşdırıb”.

Budur, Özbəkistan isə sələfi İslam Kərimovun qoyduğu bir çox yasaqları ləğv edən yeni prezident Şövkər Mirziyoyevin dönəmində sanki özünə gəlməyə başlayıb. Amma, görünür, özbəklərə hələlik sinədolusu nəfəs almağa imkan vermirlər. Məsələn, “ЦентрАзия” xəbər verir ki, prezident administrasiyasının informasiya və kütləvi kommunikasiyalar agentliyi yerli “Ədəbiyyat qəzeti”nə fəaliyyətdəki rejimə qara yaxmağı, mərhum prezident İslam Kərimovu tənqid etməyi və materiallarda müxalif lider Məhəmməd Salihin adını çəkməyi qadağan edib. Agentlik belə əməllərin hamısını qanunu pozmaq kimi dəyərləndirir. Bu arada qəzetin baş redaktoru Bəxtiyar Kərim yuxarıdan bu “göstərişi” “1937-ci il səpkisində senzura” adandırıb.

Ümumiyyətlə, Mərkəzi Asiya dövlətlərində yaşamaq “fərəhdir”, bölgə hökumətləri başqa sayaq yaşamağa isə icazə vermir. Bayırda XXI yüzillikdir, bu, Türkmənistanda daha az duyulur: səndən yan keçir və vəssalam.

Tərcümə: Strateq.az.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam