“İSRAİLDƏ İRQÇİLİK SİSTEMİ HÖKM SÜRÜR, NETANYAHUNU İSƏ HƏBS GÖZLƏYİR” –yəhudi siyasətçi Knessetə seçkilərdən danışır
Səid Qafurov
pravda.ru, 12.06.2019
Yenixeber.org: Yazıçı və siyasətçi İsrael Şamir “pravda.ru”nun videostudiyasında Təl-Əvivdəki hakimiyyətin “dəyişilməzliyi”, Knessetə son seçkilərdəki gülünc əhvalatlar, siyasi böhranı aradan qaldırmağın mümkün yolları, “rus yəhudilərin özəl ağlı haqda mif”, Avigdor Libermanın doğulduğu yer, Benyamin Netanyahunun mümkün həbsi haqda fikir yürüdür.
-Bu yaxınlarda İsraildə növbəti seçkilər keçirildi və sanki necəsə bir ara olmalıydı, amma Fələstin xalqının müqaviməti dayanmır… Fələstindəki seçkilər sizi məyus etdi, qanınızı qaraltdı, ya əksinə, göstərdi ki, alçalmağa daha yer qalmayıb?
-Xeyr, böyük qanqaralığı olmayıb, hər şey gözlənilən idi. Və xüsusən gözləməyə bir şey yox idi. Sadə danışaq, bir zamanlar Cənubi Afrikada olduğu kimi İsraildə də irqçilik sistemi qalır. Cənubi Afrikada aparteid dövrünün seçkiləri isə, əslində, böyük ajiotaj doğurmayıb.
Aydındır ki, Cənubi Afrikadan danışırıqsa, seçkilər yalnız ağdərililərin iki partiyasından, burada isə iki böyük yəhudi partiyasından olub. Bunların arasındakı fərq önəmsizdir, ancaq budur ki, bir partiyanı guya liberal, o birini daha sərt adlandırırlar. Bəs fərq nədədir ki?.. Bax, hətta mən dəbilmirəm, biz özümüz heç cür seçə bilmirik.
Belə ki, bu planda mənə və bir çox başqalarına praktik olaraq fərq etmir. Baş verənlərlə bağlı məndə nə sevinc var idi, nə də kədər. Hətta bilmirəm ki, nə daha pisdir. Amma, əlbəttə, indi orada bu xüsusda çox gülməli əhvalatlar baş verir.
Netanyahu seçkiləri guya udsa da, hökumət qurmağa nail olmadı. O, əvvəlcə artıq sevinmişdi ki, budur, guya qələbə var, deməli, hökumət də olacaq. Hökumət isə ona təkcə başçı olmaq istədiyinə görə gərək deyil, amma artıq iyirmi ildir rəhbərlik edir. Lap çoxdan başçılıq edir.
-Putindən daha çox…
-Putindən daha çox. Hətta düşünməyin ki, Putin uzun müddət, Netanyahu daha artıq başçılıq edir. Hətta ona görə deyil ki, o getmək istəyir, ya da istəmir. Çünki qorxur ki, gedərsə, onu həbs edərlər. Onun rəqibləri hər cür sübutları, əsasları və məsələləri eşələyib çıxardıblar -atrtıq bir neçə iş (cinayət işi-tərc.) var. Və onlar onu çox ciddi şəkildə həbs etmək istəyirlər.
Buna görə də Netanyahu ümid edir ki, hakimiyyətdə qalarsa, onda onu həbs etməyi bacarmazlar. Yeni qələbə üçün onun belə tamamilə gerçək, yaxşı əsası var idi, seçkilərdə qalib gələrək çox sevindi, sonra isə bəlli oldu ki, onda koalisiya əmələ gəlmir.
Olduqca sadə və xırda səbəbə görə əmələ gəlmir – bax, belə bir “yaramaz”a görə. Avigdor Liberman deyilən bir rus yəhudisi var. Di tam rus deyil, Moldovadandır, amma fərqi yoxdur, əlbəttə, rus yəhudisidir. Əlbəttə, mənin təsəvvürümdə onun varlığı, uğurları, qələbəsi, sadəcə, rus yəhudilərinin zəkası haqda mifin canlı təkzibidir.
Biz həmişə eşitmişik ki, rus yəhudiləri belə ağıllıdırlar, burada isə nə düşünürsən, onlar İsraildə Libermana səs verirlər və bu mif bir anda gözümüzün qabağında sınır. Onlar isə hər dəfə, doğrudan da, ona səs verirlər. Onlar indi Knessetdə onun beş deputatına səs veriblər. Bu isə azsaylı knesset üçün elə də az deyil.
Başlıcası isə – qətiyyən aydın deyil ki, onlar niyə ona daim səs verirlər? Onlara nəsə versin deyə? Deyir: eybi yoxdur. Xatırlayın: “Ondan Qekubaya nə, Qekubadan ona nə?” (Şekspirin “Hamlet” faciəsindən məşhur ifadə. “Onlara al da birdir, şal da birdir” mənasını verir-tərc.) Büsbütün eynisidir. Amma Liberman təzədən gəlib, indi də bir neçə tələbi var. Tələb nömrə bir: “Mən müdafiə naziri olmaq istəyirəm”.
Bax, belə, nə az, nə çox, məhz müdafiə naziri…
-Müdafiə Nazirliyində lap çox büdcə pulu var axı, eləmi?..
-Əlbəttə, doğrusu, tam bir yığın deyil, amma olduqca yaxşıdır. Mən də hətta duyum da yoxdur ki, bütün bunlar pulun hesabınadır. Bu dünyada hər şey belə sadə olsaydı, mən buna qarşı çıxmazdım, amma hər şey bu qədər də sadə deyil. Hər şeyi təkcə pulla izah edə bilməzsən. Və deməli, o deyir: “Mən Fələstin terrorçuları üçün ölüm cəzası istəyirəm”. Yəni terrorçu dediklərinin hamısına.
Sonra: “Mən Qəzzanı bombalamaq istəyirəm”. Ümumiyyətlə isə, o bütün bunları hətta başqa deputatların böyük istəyi olmadan yenə də əldə edə bilərdi. Yəni heç kim bunu ona vermək istəmirdi, amma dirəşsəydi, onda olardı. Amma bu zaman daha bir tələb irəli sürüb: “Mən hələ istəyirəm ki, birçək buran və Talmudu öyrənən bütün incə yəhudi gəncləri İsrail ordusuna getsin, avtomatı götürüb, təpələrlə yüyürsün”. “Bax, bu, artıq fiq oldu, – yəhudi din liderləri ona deyiblər. – Bunu gözləmə”. O onda deyib: “Bu olmasa, mən hökumətə girməyəcəyəm”. Və sanki qabaqlar da bunu deyirdi, amma ona heç kim inanmırdı. Düşünürdülər ki, belə danışır, çünki daha nəsə əldə etmək istəyir – əlavə missiya, əlavə pullar.
Məlum olur ki, xeyr, bu adam çox dirəşir. Rus yəhudiləri isə onu dəstəkləyirlər. Amma fələstinliləri gülləboran etsələr, ya assalar, Qəzzanı bombalasalar, dindar yəhudi gənclər isə hərbi xidmətə getsələr, onlar üçün bunun nəyi yaxşı olacaq?.. Heç nəyi. Bax, belə bir axmaq xalqdır.Tərcümə: Strateq.az