Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

TÜRKİYƏNİN DARIXDIĞI “AİLƏ FOTOSU”: canlı yayımda hansı namizəd daha çox rəğbət doğurdu?

 

Fikrət Bila

“Halk TV”, 17.06.2019

 

Binəli Yıldırım və Əkrəm İmamoğlunun canlı yayımda bir araya gəlməsinin ən əhəmiyyətli nəticəsi – obrazları idi. Bu, Türkiyənin çox darıxdığı demokratik nəzakət və kübarlığı xatırlatma baxımından son 17 ildə ən yaxşı əks oldu.

Yenixeber.org: İqtidarın müxalifətə qarşı 17 illik yuxarıdan aşağıya baxan, əsla bir araya gəlməyən, bərabər şərtlərdə müzakirəni qəbul etməyən, qütbləşdirən, gərginlik yaradan, ittiham edən, seçdiyi ekrana təkbaşına çıxan, demokratik yarışa meylli olmayan mövqeyinə baxmayaraq, canlı yayımı qəbul etmək məcburiyyətində qalması, istənilən halda, normallaşma üçün çox vacibdir.

Prezident Tayyib Ərdoğanın baş nazirlikdən etibarən müxalifət liderləri ilə canlı yayıma çıxmaması və partiya üzvlərinə də bunu qadağan etməsi Türk demokratiyasında yerləşmiş yaxşı bir ənənəni ləğv etmişdi.

Bu dəfə o, qərarını İstanbul naminə ləğv və Binəli Yıldırımın Əkrəm İmamoğlu ilə birlikdə canlı yayıma çıxmasını qəbul etdi.

Bunun səbəbi, şübhəsiz, 31 Mart seçkilərində olduğu kimi, iyunun 23-də keçiriləcək seçkilərdə də məğlubiyyət ehtimalının yüksək olmasıdır.

Ərdoğan son canlı yayım həmləsi ilə seçkinin nəticəsini dəyişə biləcəyini düşündü. Amma dünənki birbaşa efir AKP və Yıldırımın lehinə təsir yaratmayıb.

Demokratiyanın qazancı isə rəqiblərin bir araya gəlməsi, yayımın sonunda birgə foto çəkilməsi idi. Bu “ailə fotosu” Türkiyənin darıxdığı ən gözəl görüntüydü.

 

NƏTİCƏYƏ TƏSİR ETMƏZ

Yıldırım-İmamoğlu teledueli seçicinin qərarını dəyişdirəcək bir yayım olmadı.

AKP-nin namizədi yayım boyu müdafiə mövqeyində qaldı, həm də seçkilərin niyə ləğv edildiyi məsələsində inandırıcı bir dəlil irəli sürmədi.

Bunun əvəzinə, İmamoğlu 31 Mart axşamından başlayaraq haqqının necə qəsb edildiyini isbatladı. Hazırlıqlı olma, sənədlə danışma, səbr, bəlağət, inandırıcılıq baxımından İmamoğlu üstün idi.

 

MODERATOR

Yayımın moderatorluğunu edən həmkarımız İsmayıl Küçükkaya peşəkarlığını isbatladı. Öncədən yaradılmış atmosferə görə böyük təzyiqə məruz qalmasına baxmayaraq, o, namizədlərlə bərabər məsafədə dayanma və obyektivlik baxımından diqqətli və uğurlu bir mövqe nümayiş etdirdi.

Proqramda “Niyə bu seçkidə gedirik” sualı müzakirələrin ana xətti idi.

Eyni şəkildə, Yıdırıma verilən “23 İyun keçiriləcək seçkilərin nəticəsini qəbul edəcəksinizmi” sualı “Niyə yenidən seçkiyə gedirik” sualının cavabıydı.

 

HESABLAMA PALATASI HESABATININ TƏSİRİ

İmamoğlunun üstünlük qazanmasını təmin edən məsələ İstanbul bələdiyyəsi ilə bağlı “Sayıştay”ın (Hesablama Palatası – tərc.) yoxlama hesabatı idi.

CHP-li namizəd bələdiyyə büdcəsinə ziyan verən xərclərin nümunələrini göstərdi. Ehtiyacdan artıq vəsaitin xərclənməsi, fondlara ayrılan pullar ucbatından bələdiyyəyə 753 milyon lirə ziyan gəldiyini söylədi.

Yıldırım bu məlumatın doğru olmadığını dedi. Amma İmamoğlu “Sayıştay” hesabatını göstərib işarələdiyi yerləri oxuya biləcəyini dedikdə, Yıldırım cavab vermədi. O, hesabatı oxumadığını demək məcburiyyətində qaldı.

Həmin dəqiqələrdə İmamoğlu üstünlük qazandı.

İmamoğlu işsizlik və yoxsulluq müzakirələrində də üstün tərəf idi. İstanbulda işsizlik göstəricisini 15% olduğunu vurğuladıqdan sonra onun hər iki universitet məzunundan birinin işsiz olduğunu və israfın qarşısını alaraq dəstək paketlərini tətbiq edəcəyini söyləməsi müsbət bir yanaşması oldu.

 

FETÖ MƏSƏLƏSİ

FETÖ məsələsində də üstünlük İmaoğlunun tərəfində idi.

O, FETÖ-nun yataqxanalarında qalmadığını, siyasətdən əvvəl onlarla heç bir əlaqəsinin olmadığını açıq şəkildə bəyan etdi.

Yıldırım isə “Əlaqəniz oldumu?” sualını qısaca “yox” deməklə kifayətləndi. Ancaq Türk dili olimpiadalarında, İzmirdə Fətullah Güləni tərifləyən çıxışı, qardaşının dəfn mərasiminə iştirakı görüntüləri ictimai mediada yayıldı.

Türkiyədə 17 il sonra normal demokratik fəaliyyətin təmin edilməsi baxımından ilk olan bu canlı yayım, ümid edirəm, istisna olmayacaq və bundan sonra da liderləri də əhatə edərək davam edəcək.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam