Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İstanbul mübahisəsi:Qalib kimdir?

 

Hazırda ümumi mərkəzimizə 7 daxil edilməyən seçki sandığı var. 7 sandığın daxil olmadığı nəticələri oxuyuram: mənə verilən səslər 4 milyon 167 min 752 səs, rəqibimizin səslərinin sayı 4 milyon 139 min 833-dür. Aradakı fərq 27 min 919-a bərabərdir.

Yenixeber.org: Bu sözləri CHP-nin İstanbul namizədi Əkrəm İmamoğlu danışıb.

“Cənab prezidentin fikirlərini dinlədik. Mən prezidentində əslində cavabdehləri dəvət etdiyini düşünürəm. Açıqladığı böyük şəhər sayına, digər bir sıra ipuclarına baxsaq, cənab prezidentin belə bu məsuliyyətə cavabdeh şəxsləri dəvət etdiyini düşünürəm. Buna görə də biz bu prosesi bütün dostlarımızla, həm mahal seçki məntəqələrində, həm də başqanlıqlarda keşik çəkərək təqib edəcəyik. Əsla vaz keçməyəcəyik”, - İmamoğlu bildirib.

İmamoğlu haqsız şəkildə bir səsin belə hər hansı tərəfə yazılmasını istəmədiklərini və bunun üçün mübarizə apardıqlarını qeyd edib:

“Qalan 7 sandığın ümumi səs potensialı isə heç bir etibarsız səs olmadan 2 min 100-dür”.

Qeyd edək ki, bundan öncə AKP İstanbul təşkilatının sədri Bayram Şənocaq Binəli Yıldırımın rəqibini 3870 səslə üstələdiyini və qalib gəldiyini açıqlayıb.

Rəsmi nəticələrə görə, İstanbulda seçki bülletenlərinin 98,78%-I sayıldıqdan sonra Binəli Yıldırım AKP (Binəli Yıldırım) 48,71 faizlə (4.111.219 səs) irəlidədir. Ona CHP-çi Əkrəm İmamoğlu çox cüzi səslə uduzur. Belə ki, Ə.İmamoğlu 48,65 faiz (4.106.776 səs) toplayıb.

Son rəsmi rəqəm açıqlanmasa da, Binəli Yıldırım da İstanbulda qalib gəldiyini açıqlamışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam