Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

HƏYATIN DİBİNDƏ OLAN QAZAXLAR, RUBLDAN ASILI... –Xəzərin o biri tayı - TƏHLİL

Nizom Xojayev

“bne İntellinews”, 10.06.2019

 

Qazaxıstan nadir hallarda beynəlxalq xəbərlər lentinə düşür, ancaq iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkiləri zamanı bir sıra güclü etiraz aksiyalarında yüzlərlə insanın saxlanılmasına görə manşetlərə çıxıb. Polisin qəzəbli nənələri sürükləməsi, ağzınadək dolu təcridxanaların fotoları müasir, açıq və dinamik simasını dünyaya tanıdan dövlətin adını ləkələyib.

Yenixeber.org:  Nümayişlər fevral ayı ərzində, Nazarbayevin istefasından əvvəl də baş verib və əsasən iqtisadi ədalətsizliyə qarşı yönəlib. O zaman iqtisadi çətinliyi azaltmaq üçün Nazarbayev öz fondundan 3,6 milyard dollar vəsait ayırıb. Buna baxmayaraq, əsasən, paytaxt Nur-Sultanda kiçik nümayişlər davam edib. Etirazlar aksiyaları siyasəti mahiyyətli olsa da, iqtisadi məsələlər aktual olub.

Sadə reallıq budur ki, 2016-cı ildə – 4, 2017-ci ildə – 4,1 və 2018-ci ildə – 1% yüksəlmiş ÜDM-ə baxmayaraq, rifah səviyyəsi çox aşağıdır. 2014-cü ildən, dünya neft qiymətlərində azalma dövründən başlayaraq həyat standartları qazaxları qane etmir.

 

Cüzi maaşlar

Orta əmək haqqının rəsmən 450 ABŞ dolları olduğu ölkədə əhalinin əksəriyyəti həyatın dibindədir. İyunun 1-dək maaşların 30 min təngə (75-78 dollar) səviyyəsində olduğu dövrdə Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, yaşayış minimumu 28.324 təngə məbləğində qeydə alınıb.

Ölkədə qiymətlər əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə illik inflyasiya – 8.5%, 2017-ci ildə – 7.4%-ə qədər və 2018-ci ildə – 5.4% olub.

İqtisadiyyat naziri Timur Süleymanov ötən il oktyabrın 31-də yerli “Tengrinews” xəbər agentliyinə bildirib: “İqtisadiyyat bütövlükdə böyüyüb, ancaq adambaşına düşən gəlirlər artmayıb. Biz indi onları uyğunlaşdırmağa çalışırıq. Əhalinin real gəlirlərinin iqtisadiyyatın real artımına uyğun olmasını təmin etməliyik”.

Bu, rəsmi şəxsin Qazaxıstanda iqtisadi şəraitin pisləşməsinə dair nadir açıqlamalarından biridir.

 

Populist məvacib artımı

İyunun 1-də hökumət dövlət işçiləri üçün məvacibi 30% artırıb. Şübhəsiz, bu, seçkidən qabaq atılmış populist addım idi.

Mart ayında məvacib artımı qərarını elan edərkən, müvəqqəti prezident Kasım-Jomart Tokayev – seçicilərin 70 faizinin səsini alması iddia olunan şəxs bildirib ki, “bu qərar 1 milyondan çox dövlət qulluqçusunun həyatına təsir edəcək”.

Lakin seçki günü etiraz nümayişlərinin göstərdiyi kimi, məvacib artımı ictimai narazılıqları azaltmaq üçün kifayət etmir. Bir ibtidai məktəb müəllimi “bne IntelliNews”-a bildirib ki, hətta 100 dollara yaxın olan bir qədər təkmilləşdirilmiş maaş alsa da, ailə üzvlərinin yardımı ilə, yalnız ərzaq və əsas gündəlik malları almaq gücündədir.

 

Rəsmən azaldılmış işsizlik

Qazaxıstan əhalisi gəlirləri ilə əlaqədar narahatlıqlardan başqa, işsizlik probleminin ağırlaşması ilə də üzləşib. Rəsmi rəqəmlərə görə, ölkədə işsizlik nisbəti 2018-ci ildə 4.8-5.4% arasında dəyişib.

Əvvəlki illərdə də bu göstərici məşğulluq səviyyəsində az olub.

Müstəqil müşahidəçilər əhali arasında 14-16%-lik natamam məşğulluq olduğunu vurğulayırlar.

Tokayev hökuməti, əgər həqiqətən, millətin şikayətlərini həll etmək və etirazların güclənməsini dayandırmaq istəyirsə, ən azı 2016-cı ildə torpaq islahatı ilə başlayan narazılıqların yatırılması üçün çox şey etməlidir.

Hökumət vətəndaşların bütün ictimai şikayətlərini həll edə bilsə belə, Qazaxıstan iqtisadiyyatında bir sıra risklər bu səylərə maneə törədir.

 

Neft qiymətləri və Rusiya

Qazaxıstan 2015-2016-cı illərdə aşağı neft qiymətləri və sovet dövründən irəli gələn kəsilməz əlaqələri nəzərə alaraq, Qazaxıstanla ticarət əlaqəsi olan Rusiyanı vuran sanksiyaların nəticələrindən təsirlənib. Bu yaxın əlaqələr, həmçinin Qazaxıstan valyutasının rus rublundan asılılığını əks etdirir.

Rubl təzyiqlə üzləşdiyi zaman, balans düşməyə başlayır, təngə ucuzlaşır. Üstəlik, təngə, əlbəttə, neft qiymətlərindən asılıdır.

Qazaxıstan istehlakçıları, idxal olunan çox sayda məhsul nəzərə alındıqda, ümumiyyətlə, daha güclü təngədən istifadə edirlər. Təngə zəiflədikdə, qiymətlər və maaşın satınalma gücü pisləşir.

Mərkəz Bankın açıqlamasına əsasən, iyunun 7-də 1 dollar 384.53 təngə olub. Hökumətin seçkilərdən sonra təngəni dəstəkləməyəcəyindən təlaşlanan vətəndaşların narahatlığı üçün əsas var.

“Brent” markalı xam neftin qiymət trayektoriyası da ümidverici görünmür.

 

Resurs lənəti

Karbohidrogen ehtiyatları ilə zəngin ölkə uzun illərdən sonra ilk dəfə öz resurs lənətindən narahatdır. İqtisadiyyatın neft ixracatından asılılığını şaxələndirmək məqsədi ilə, Qazaxıstan hakimiyyəti digər təhlükəli, yəni Çin investisiyalarından və Çin iqtisadiyyatından asılılıqla üzləşə bilər.

Bəzi analitiklər Çinin uzun müddətli iqtisadi yavaşlama yaşadığını nəzərə alaraq, Qazaxıstanın iqtisadi artımı üçün ona açıq və riskli bir mənbə kimi baxırlar.

Çinin Qazaxıstanda və Orta Asiyada mövcudluğu isə durmadan artır. “Bir qurşaq-Bir yol” Təşəbbüsü (BRİ) investisiyalarının çox hissəsi logistika və infrastrukturda cəmlənib, çünki Pekin Çin mallarının ixracı üçün Qazaxıstanı “İpək yolu”nun tranzit zonasına çevirmək istəyir.

Ancaq Çin də Qazaxıstanı “ekoloji cəhətdən təmiz” ərzaq və kənd təsərrüfatı məhsulları ixrac edən bazar kimi görür, Qazaxıstan isə buna kənd təsərrüfatı istehsalında əhəmiyyətli çeşidlənmə ilə cavab verir.

Çin Qazaxıstan misinin əsas istehlakçısına çevrilib. Qazaxıstanın təmizlənmiş mis məhsulunun ixracı 2019-cu ilin ilk dörd ayı ərzində Çinin tələbatı sayəsində 8,8% artaraq 149 min 499 ton olub.

Qazaxıstanda nəzərdə tutulan bəzi əhəmiyyətli Çin layihələri avtomobil sektoruna 1,1 milyard dollar həcmində investisiyanı nəzərdə tutur. Çinin “Genertec” şirkətinin bir törəmə qurumu Qazaxıstanın ən iri avtomobil istehsalçısının səhminin 51%-ini alandan sonra bu planların miqyası açıqlanıb.

Başqa bir böyük layihə, Xorqos Beynəlxalq Sərhəd Əməkdaşlıq Mərkəzi (ICBC) – Qazaxıstan-Çin nəqliyyat, tranzit və ticarət mərkəzidir. 2018-ci ildə ticarət ziyarəti 8% artaraq 1.2 milyona çatıb.

2018-ci ildə Qazaxıstan vasitəsilə yük dövriyyəsi 7,3% artaraq 596,07 milyard ton olub.

 

Uğursuz dəmiryolu yatırımı

Keçmiş sovet dövləti yüngül relsli dəmir yolu sisteminin tikintisi üçün 1,9 milyard dollarlıq bir müqavilə bağlayıb. Layihənin icrası 2020-ci ildə başlamalı olsa da, Çinin kreditləşdirdiyi tikinti üçün Qazaxıstanın “Astana LLRTM” dövlət şirkəti 313 mln. dollar vəsaitin 258 mln. dollarını ödəyə bilməyib. Çünki vəsait lisenziyası 2018-ci ilin sentyabrında ləğv olunmuş bir bankda “itib”.

Qazaxıstanın dövlət şirkətlərinə xas bu vəziyyət həll olunmazsa, artımın dəstəklənməsi üçün Qazaxıstan hökuməti Çin investisiyalarına daha tez-tez müraciət etməli olacaq.

Ölkənin bank sektorunda yaşanan çətinliklər nəzərə alındıqda, “Tokayev dövrü” siyasi sabitsizliyin potensialını artıracaq.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam