Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Trampdan Paris aksiyaları ilə bağlı İLGİNC açıqlama:"Bunu iki il əvvəl bilirdim"

Trampdan Paris aksiyaları ilə bağlı İLGİNC açıqlama: "Bunu iki il əvvəl bilirdim"

ABŞ prezidenti Donald Tramp Fransanın paytaxtı Parisdə baş qaldıran etiraz aksiyalarına reaksiyasını bildirib.

Yenixeber.org: Prezident bu barədə tvitter səhifəsində yazıb.

Tramp Parisdə yanacaq vergilərinin aşağı salınması və iqtisadi şərtlərin yaxşılaşdırılması aksiyaları ilə ölkəsinin Paris İqlim Müqaviləsindən çıxması arasında bağlantı qurub:

“Dostum Emmanuel Makron (Fransa prezidenti – red.) və aksiyaçılar mənim iki il əvvəl qənaətinə gəldiyim nəticə üzərinə razılaşdıqları üçün məmnun oldum. Paris Razılaşması ölümcül hal aldı. Çünki ölkələr enerji qiymətlərini artırarkən təbiəti çirkləndirənləri təmizə çıxarır”.

Qeyd edək ki, Fransada 17 noyabrda başlayan etiraz aksiyaları son illərin ən şiddətli küçə nümayişinə çevrilib. Etirazçılar prezidentdən vergiləri aşağı salmasını və iqtisadi həyat şərtlərini yaxşılaşdırmasını tələb edir. Artıq nümayişlər nəticəsini verməyə başlayır. Belə ki, Fransanın baş naziri vergilərlə bağlı edilən dəyişiklilərin 6 ay müddətinə təxirə salındığını açıqlayıb.

Xatırladaq ki, Donald Tramp ötən ilin aprel ayında verdiyi açıqlamada ABŞ-ın Paris İqlim Müqaviləsindən çıxması qərarını açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam