Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Əkizlərə olan marağı və dəhşətli işgəncə metodları ilə məşhurlaşan “ölüm mələyi”... - FOTOLAR

 

İkinci Dünya Müharibəsi yaddaşlardan silinməyəcək bir çox dəhşətli hadisələrə səbəb olub. Tarixin yönünü dəyişdirən, yaşına fərq qoymadan milyonlarla insanı öldürən nasistlər, bir çox insana da ağır işgəncələr veriblər.

Yenixeber.org: O dönəmin “ölüm mələyi” olaraq bilinən Josef Mengele öldürdüyü insanlar və əsirlərə etdiyi işgəncələr ilə hər kəsin ürəyinə qorxu salmışdı.

                             Josef Mengele kimdir?

Josef Mengele martın 11-də Gunzburgda dünyaya gəlib. Onun atası kənd təsərrüfatı üçün texnikalar hazırlayırdı. Ailənin ən böyük oğlu olan Josef məktəb illərində olduqca bacarıqlı şagird idi. Musiqiyə, sənətə və xizək sürməyə böyük marağı var idi.

Josef Mengene 1930-cu ildə oxuduğu liseyi bitirib, nasist partiyasının yerləşdiyi şəhərə - Münhenə fəlsəfə təlimi üçün yollanıb. O, 1935-ci ildə Münhen universitetində fiziki antropologiya sahəsində bacarıqlarına görə dərəcə alıb.

Daha sonra “İrsi Biologiya və Gigiyena İnstitutu”nun professoru olan Otmar Verschuerin yanında assistent olaraq işləməyə başladı. Professor Otmar əkizlər üzərində apardığı araşdırmalar ilə tanınırdı. Josef də professorun təcrübələrindən faydalanıb, onun yolunu davam etdirməyə başladı.

1938-ci ildə təhsilini başa vurub, əsgərliyə yollandı. Nasist Almaniyası tərəfindən orduya çağırılan Josef ikinci dünya müharibəsi zamanı həkim olaraq xidmət etdi. O, 1941-ci ildə Ukraynada iki əsgərin həyatını xilas etdi və buna görə mükafatlandırıldı.

1943-cü ildə ağır yaralanan Josef geri göndərildi. Yarası sağaldıqdan sonra müəllimi Otmarın verdiyi tövsiyyə ilə vəzifə üçün yenidən müraicət etdi və təkrar orduya qəbul olundu.

Təmiz qanlı alman irqi yaratmaq üçün törədilən cəhənnəm...

Gross-Rosen düşərgəsində yüksək rütbəsi olan Josef Menqele öldürülmək üzrə olan əsirləri bir təcrübə obyekti kimi görürdü. Onun məqsədi bu insanlar üzərində apardığı təcrübələrlə saf, təmiz qanlı alman irqi yaratmaq idi. Beləcə əsl vəhşət başladı.

Josef kimin işgəncə otaqlarına, kimin qapalı otaqlara və kimin də təcrübə üçün masalara uzandırılmasına qərar verirdi. Əkizlərə olan marağına görə isə onlara yaxşı davranırdı. Bir çox günahsız insanın üzərində qorxunc əməliyyatlar aparan Josef Menqele əsirlərə cəhənnəm əzabı yaşadırdı. Narkozsuz əməliyyatlar, buzlu soyuq otaqlara qoyulan və gözlərinə mürəkkəb tökülən əsirlər... Bunların hamısı Josefin bir iş təcrübəsi idi və insanların da bir çoxu ölürdü. Josef bitişik əkizləri ayırma və ya ayrı əkizləri birləşdirmə kimi qorxunc əməliyyatlar edirdi.

Digər yandan almanların sonu yaxınlaşırdı. Josef Menqele 1944-cü ildə bir cani elan edildi və axtarışa verildi. Josef düşərgədən qaçaraq, Almaniyanın Bavyera əyalətində gizləndi. 1949-cu ildə isə Güney Amerikaya qaçdı. Həyatı boyunca qaçaraq, yaşayan Josef Menqele 1979-cu ildə Braziliyada dəniz kənarında ürəktutmasından öldü.

O, yaşadığı şəhərlərdə əkizlərə olan marağına görə təcrübələrini və işlərini davam etdirirdi. Onun məskunlaşdığı sonuncu yer olan Braziliyanın Candido qəsəbəsində 1960-cı ildəki doğumların demək olar ki, yarısının əkiz olduğu müəyyən edilib.(müsavat)

Turan Oruc


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam