Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Elinanın intiharı ilə bağlı -Şok faktlar

 

Aprelin 4-də Səbail rayon 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü atan və yerləşdirildiyi xəstəxanada vəfat edən 14 yaşlı Elinanın intiharı ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.

Yenixeber.org: İstintaq prosesi çərçivəsində xeyli şəxsin ifadəsi alınıb. Onlardan bəziləri birbaşa istintaqa cəlb edilib ki, bu şəxslər arasında Elinanın yaxın dostu, məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov da var.

İlkin araşdırmalar zamanı yeniyetmə qızın həmin şəxslə xeyli müddət münasibətinin olması, birgə əyləncə yerlərinə getməsi və sair nüanslar dəqiqləşərək materiallar toplanıb. H.Namazov istintaqa cəlb edilərək ifadəsi alınıb.

Araşdırma prosesi zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, yeniyetmələrə narkotik vasitələrin hansı yollarla ötürülməsi iddiaları da müvafiq qaydada araşdırılır.

İstintaqa Elinanın Hüseynlə birgə müxtəlif videoları təqdim edilib. Həmin videolarda onların qeyri-adi hərəkətlər etdiyi, özlərində olmaması və ya birgə siqaret çəkərək əylənməsi və sair əks olunub.

Qeyd edək ki, H.Namazovun ölkədən qaçırılacağı ilə bağlı məlumatlar yayılıb. Gənc oğlan polis nəzarətindədir və onun ölkədən çıxışı mümkün deyil. Hazırda cinayət işinin istintaqı davam etdirilir.(publika)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam