Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Amerika lombardları

 

 

Yenixeber.org: Lombardlar Amerikada çox populyardır. Ölkədəki 11 min lombardı hər il 30 milyona qədər müştəri ziyarət edir. Bunlar əsasən kiçik, müstəqil bizneslərdir ki, buraya müştərilər nə isə satmaq və ya almaq, eləcə də tez bir zamanda nağd pul əldə etmək üçün gəlir. Lombardlar bank hesabı və digər maliyyə imkanı olmayanlara onlara yardım edir. İnsanların çoxunun bu dükanlar haqda fikri mənfi olsa da, son 30 ildə bu biznesin fəaliyyətində müsbət dəyişikliklər olub.

Siz lombardda nə görəcəyinizi bilə biməzsiniz. Siz burada qar təmizləyən maşın, yanında tülkü dərisindən gödəkcə, XIX əsrdə Fransada istehsal olunmuş saat, müasir not-buk görə bilərsiniz.

Erik Rizerin Virciniya ştatında bir neçə lombardı var və o bu mağazaların doğrudan da necə olduğunu daha çox insanın görməsini istəyir. “Siz burada sənət əsərləri, əntiq mallar, xalçalar görə bilərsiniz. Lombard maraqlı yerdir."

Burada eləcə də yüksək keyfiyyətli ziynət əşyaları, gümüşdən hazırlanmış əşyalar və idman kolleksiyalarından nümunələri görmək olar. “Bizdə Pikassonun orijinal əl işi olub. Bizdə məşhur Rolex saatlarına rast gəlmək olar. Biz hətta 100 il əvvəl nəsli kəsilmiş quşun başını da satmışıq” deyə, Erik Rizer bildirir.

Hərçənd ki, satış pul gətirir, lombardların əsas gəlirini mənbəyi zərgərlik əşyaları müqabilində borc pul təşkil edir. Burada təklif olunan sələm faizləri bank faizlərindən yüksəkdir. Əgər borc 30 gün ərzində ödənsə, müştəri əşyasını geri alır. Əks təqdirdə Lombardın həmin əşyanı satmaq hüququ var.

Merilend ştatının Valdorf şəhərindəli “Top Dollar” lombardının meneceri Mayk Tomen orta kreditin 150 dollar olduğunu deyir. “Çox zaman insanların pul əldə etmələri üçün başqa çarəsi olmur. Onlara yanacaq və ya elektriki ödəmək üçün təcili pul lazım olur.”

Entoni Ruqqeyro adlı bu şəxs toy eləmək üçün buraya bəzi şeylər gətirib. “Mən üç aydan sonra evlənirəm. Buna görə də buraya bir üzük gətirdim. Mənim öz biznesim var və pul gələn kimi gəlib geri götürəcəm.”

Lakin buraya gələn müştərilərin hamısı pul üçün gəlmir. Məsələn, musiqi prodüseri Austin Ballard buraya alverə gəlib. “Mən buraya köhnə, 1950-60-cı illərin Gibson Les Paul kimi ustaların alətlərini almağa gəlmişəm. Yəqin burada bununla bağlı tarixi şeylər çoxdur. Siz bu qitaraların haralarda çaldığını bilmirsiniz. Bu musiqiləri ola bilər siz nə vaxtsa radioda eşitmisiniz.”

İnternet alış-verişi bütün lombardlarda olduğu kimi “Top Dollar” lombardına da xeyli ziyan vurub. Lombardın sahibi Maykl Kohen mallarını online vasitəsi ilə satmağın daha əlverişli olduğunu bilsə də, bu mağazanı saxlamağı düşünür. “Çox sayda insan lombardlarda alver etməyi sevir. Onlar bu mağazaları gəzib, istədikləri şeyi axtarır. Bizim öz müştərilərimiz var və onlar alver etmək üçün buraya hər həftə gəlir.”

Çünki burada nəyə rast gələ biləcəyini heç kəs əvvəlcədən bilmir.(amerikaninsesi.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam