Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

İran öz istehsalı olan 2 RƏM sistemini sınaqdn keçirib –«Xordad-3» və «Təlaş»

iran

Xarici KİV-lərin verdiyi xəbərə görə, İran «Xordad-2» raket əleyhinə müdafiə sistemini (RƏM) və «Təlaş» zenit-raket kompleksini «Vilayət 97» hərbi təlimləri çərçivəsində sınaqdan keçirib. Təlimlər Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni sanksiyalar paketinin qüvvəyə minməsi fonunda keçirilir.

Yenixeber.org: Bu barədə İslam inqilabı qoruqçları Korpusu (İİQK) aerokosmik qüvvələrinin bəyanatına istinadla, «Mehr» agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, «Xordad-3» RƏM sistemi sınaq zamanı «Sayad» raketini buraxıb. Raket hədəfi uyğurla vurub. Agentliyin məlumatına görə, «Təlaş» ZRK-i də 3 ədəd «Sayad» raketi buraxıb – onlar da hədəfi dəqiq vurub.

Bu arada, «İRNA» agentliyi də təlimlərin mətbuat xidmətinə istinadla, əlavə edib ki, orta mənzilli «Təlas» RƏM kompleksindən raket buraxılışı da uğurla həyata keçirilib – hədəf vurulub. Təlimlərin gedişində həm də «Şalamçe» raketi sınaqdan keçirilib.

İRNA agentliyinin məlumatına görə, «Vilayət 97» hərbi təlimləri bazar ertəsi İran hərbi-dəniz qüvvələri komandanı kontr-admiral Həbibulla Səyyarinin rəhbərliyi altında başlanıb. Təlimlərdə İİQK-nun qüvvələri, xüsusi təyinatlı hərbi-hava qüvvələri və digərləri iştirak edir.(azpolitika)

Təlimlər 2 gün davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam