Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ-dan Almaniya ordusuna tənqid: "Bu, biabırçılıqdır"

 

ABŞ-dan Almaniya ordusuna tənqid: "Bu, biabırçılıqdır"
Avropanın ən varlı ölkəsi kimi Almaniyanın hərbi dəniz qüvvələrinin vəziyyəti sadəcə utancvericidir.
Yenixeber.org: Bu barədə Amerikanın nüfuzlu “The National Interest” qəzeti yazıb. Nəşr bildirib ki, az maliyyələşmə və pis planlaşdırma səbəbindən Almaniya hərbi donanması qarşısına qoyulan tapşırıqları yerinə yetirməyə qadir deyil. 

“The National Interest” qeyd edib ki, problemlər və çatışmazlıqlar alman hərbi dəniz qüvvələrinin bütün bölmələrində - sualtı qayıqlardan tutmuş hərbi dəniz aviasiyasınadək müşahidə olunur. 

“Almaniya donanmasının tərkibində 212U tipli 6 ədəd sualtı qayıq var, amma onların hamısı yararsız vəziyyətdədir. Bununla belə, Almaniya analoji sualtı qayıqları bütün dünyaya aktiv surətdə satmağa davam edir. Berlində hərbi dəniz qüvvələrinin bu durumunu ehtiyat hissələrin çatışmazlığı ilə izah edirlər, lakin Avropa İttifaqının ən zəngin ölkəsindən bunu eşitmək qəribədir”, – deyə qəzet yazıb.

Həmçinin vurğulanıb ki, Almaniya hərbi dəniz aviasiyası sualtı qayıqlar əleyhinə “P-3C” təyyarəsindən istifadə etməyə başlayıb, NATO-da isə bu təyyarələr ümumiyyətlə aviasiya qüvvələrinin istfadəsindən çıxarılır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam