Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Postsovet ölkələri arasında ən az intihar Azərbaycanda baş verir

Postsovet ölkələrindən Tacikistan və Azərbaycanda intihar nadir hallarda baş verir.

Yenixeber.org: Bununla bağlı məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi ölkələrdə psixi sağlamlıq xidmətləri və resursları haqqında hesabatına uyğun hazırlanıb.

Postsovet ölkələri arasında hər 100 min nəfərə düşən intiharların sayına görə siyahısını hazırlanıb.

İnformasiya BMT-nin səhiyyə sahəsindəki mütəxəssisləri tərəfindən ÜST-ün “Psixoloji sağlamlıq xəritəsi, 2017-ci il” layihəsi çərçivəsində təqdim edilib.

Məlumatlara görə, postsovet ölkələrindən ən çox intihar halları Litva (hər 100 min nəfərə 31,9) və Rusiyada (31), ən az özünəqəsd halları isə Tacikistan (2,5) və Azərbaycanda (2,6) rast gəlinir.

Ən çox intihar hallarının qeydə alındığı postsovet ölkələri siyahısında Ukrayna (22,4) üçüncü, Latviya (21,2) dördüncü, Estoniya (17,8) beşinci yerləri tutub. Beşinci yerdə Moldova (15,9) qərarlaşıb. Gürcüstan (8,2) və Ermənistan (6,6) isə yeddinci və səkkizinci yerləri bölüşür.

Nəhayət, siyahının son yerlərini Azərbaycan (2,6) və Tacikistan (2,5) tutub.

Material hazırlanan zamanı Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan siyahıya salınmayıb.

İntiharların sayına görə postsovet ölkələrinin onluğu:

Litva (hər 100 min nəfərə 31,9)
Rusiya (31)
Ukrayna (22,4)
Latviya (21,2)
Estoniya (17,8)
Moldova (15,9)
Gürcüstan (8,2)
Ermənistan (6,6)
Azərbaycan (2,6)
Tacikistan (2,5)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam