Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Uşaq intiharlarının qarşısını almaq üçün yeni sistem təklif edilir

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında intihar hallarının qarşısının alınması məqsədilə internet təhlükəsizliyi sisteminin yaradılmasını vacib sayır.
"Xeberinfo.com":  Məlumata görə, komitənin sədr müavini Sədaqət Qəhrəmanova "Trend"-ə deyib ki, uşaqlar arasında intihar hallarının baş verməsi bütün dünyanı, cəmiyyəti narahat edən əsas məsələlərdəndir.
Komitə səlahiyyətlisinin sözlərinə görə, uşaqlar arasında intiharların baş verməsinin müxtəlif səbəbləri var. İntiharların əsas səbəbləri ailədaxili münasibətlərdən yaranan ziddiyyətlər, informasiya bolluğu, internet üzərindən, xüsusən də sosial şəbəkələrdən əldə olunan mənfi nümunələrdən özlərinə pay götürən uşaqların valideynləri ilə davranışları, uşaqların müəyyən yaş mərhələlərində keçirdikləri psixoloji sarsıntılar, depressiyalardır:"Uşaqların intiharına birbaşa ən çox təsir edən amillərdən biri sosial şəbəkələrdir. Buna görə də internet təhlükəsizliyi sistemi yaradılmalıdır”.
S.Qəhrəmanova bildirib ki, uşaqlar arasında intihar hallarının qarşısının alınması psixoloq institutunun formalaşması məsələsini də aktuallaşdırır. Bu istiqamətdə, xüsusilə məktəb psixoloqları ilə işlər daha da gücləndirilməlidir.
Komitə rəsmisi hesab edir ki, orta məktəbdən əlavə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Buna görə də ata-ana uşağının davranışına, nələri izləməsinə, uşağın ünsiyyətdə, əlaqədə olduğu çevrəsinə xüsusi diqqət etməlidir: “Ailə psixoloqlarının hazırlanması da vacib məsələlərdən biridir. Bəzi ailələr psixoloqa müraciət etmək istəmirlər, bəzən də psixoloqla psixiatrı eyniləşdirirlər. Bu istiqamətdə də iş aparılmalıdır”.
Qeyd edək ki, 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intihar hallarının sayı 0,6 təşkil edir. Kişilər arasında bu göstərici 1, qadınlar arasında 0,3-dür.
İntihar hallarının 60%-i yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70%-ni depresiya təşkil edir. Ümumiyyətlə isə depresiya keçirən insanların 15 %-i intihar edir. İntiharın 41%-nin səbəbi məlum deyil, 19% cəzalanma qorxusuna görə, 18% ruhi xəstəliyə, 18% evdəki məhrumiyyətlərə, 6% ehtirasa, 3% pul itkisinə, 1,4% həyatdan doyduğuna, 1,2%-i fiziki xəstəliyə görə baş verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam