Nadir xalça aşkar edildi-AXC dövrünə aid
Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətçiliyimizin formalaşmasında mühüm bir mərhələrdir. Bugünkü müstəqil Azərbaycan xalq cümhuriyyətinin varisidir.
Yenixeber.org: “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, cümhuriyyətin yubileyləri ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Dövlət başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamında qeyd olunduğu kimi, xalq cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmayıb. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bilib. Bir gün Azərbaycanın müstəqil olacağına inanan insanlar müxtəlif vasitələrlə cümhuriyyətçilik ideyalarını yaşatmağa çalışıblar.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin aşkara çıxardığı qədim və nadir xalça da belə nümunələrdən biridir. 1926-cı ildə Qarabağda - Şuşa şəhərində toxunmuş bu xovlu xalça Azərbaycan xalçaçılığında unikal hadisədir. Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq dövlət rəmzi - bayraq xalça üzərində öz əksini tapıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 21 iyun - 9 noyabr 1918-ci il tarixlərini əhatə edən ilk bayrağı xalq ustaları tərəfindən xalça üzərində əbədiləşdirilib. Xalçanın yazıları və təsvirləri ərəb kalliqrafiyasının qaydalarına müvafiq şəkildə soldan sağa doğru toxunub. Bu sənət əsərinin üzərində onun hicri tarixi ilə 1345-ci ildə (miladi tarixi ilə 1926-cı il) toxunduğu qeyd olunub. Türkçülüyün əbədi rəmzi olan mavi rəngli arasahənin mərkəzində təsvir olunmuş qırmızı rəngli, ay-ulduz təsvirli bayrağın üzərində "Zikr edər cinnü-mələk həm insan.Yaşasın devletü Azərbaycan" və "Hür azade yaşatsun hamunu. Hem hüquq olsun er ile nisvan" misraları yazılıb.
Ölçüsü 178 x129 olan xovlu xalça yundan toxunub. 1926-cı ildə müstəqil dövlətçilik atributunu əks etdirən belə bir xalçanın toxunması böyük cəsarət tələb edirdi. Bu, o dövr idi ki, müstəqillik ideyalarını təbliğ edən, Azərbaycanı azad görmək istəyən ziyalılar təqib olunur, 1930-cu illər repressiyasına hazırlıq gedirdi. Məhz belə bir dövrdə bu xalçanın toxunması onu göstərir ki, Azərbaycan xalqının müstəqil yaşamaq istəyini heç bir qüvvə boğa bilməyib. Müstəqillik ideyasının yaşadılması üçün xalçanın seçilməsi də təsadüfi deyil. Çünki xalça bizim milli sərvətimizdir, Azərbaycan xalqının dəyərlərini, həyat tərzini, tarixini özündə yaşadan qiymətli nümunədir. Bu fakt Prezident İlham Əliyevin xalçaçılığın inkişafına nə üçün belə yüksək diqqət və qayğı göstərdiyini, müstəqilliyimizi qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə etdiyini bir daha sübuta yetirir.
Qeyd edək ki, Azərbaycanda şəxsi kolleksiyada saxlanılan bu unikal xalça nümunəsi 2013-cü ildə Hollandiyada şəxsi kolleksiyadan alınaraq ölkəmizə gətirilib.