Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Azərbaycan Fələstinin müstəqilliyini tanıyacaqmı?

Azərbaycan Fələstinin müstəqilliyini tanıyacaqmı?

 

 

Zahid Oruc: “Azərbaycanın Fələstini tanıma qərarına bir sıra məsələlər mane olur”
 
XİN: “Bizim bu dövlətlə diplomatik münasibətlərimiz var və bu Fələstinin müstəqil dövlət kimi tanınması deməkdir”
 
Qabil Hüseynli: “Fələstinin dövlət kimi tanınması İsrail tərəfindən süngü ilə qarşılanır”
   "Xeberinfo.com": İsveç rəsmən Fələstini müstəqil dövlət kimi tanıyıb. İsveçin baş naziri Marqo Ualström deyib ki, bu qərar beynəlxalq hüquqa uyğundur, çünki orada ərazi, xalq və hökumət mövcuddur.
   Avropa İttifaqı isə bildirib ki, Fələstin dövlətini münasib zamanda tanıyacaq. Təşkilat danışıqların davam etdirilməsinə çağırıb, ən tez zamanda münaqişənin iki dövlət formatında həll olunmasını tövsiyə edir.
Oktyabrın əvvəlində İngiltərə parlamenti Fələstin dövlətinin tanınması lehinə rəmzi səsvermə keçirib. Daha öncə də Avropa İttifaqının üzvü olan dövlətlərdən Malta və Kipr də Fələstini dövlət kimi tanıyıb.
Avropada belə bir prosesin getdiyi vaxtda, Azərbaycan necə, Fələstini müstəqil dövlət kimi tanıyacaqmı? Fələstinin müstəqilliyinin tanınması ölkəmizin beynəlxalq imicində hansı müsbət və ya mənfi dəyişikliyə səbəb ola bilər? 
 
“Yeni Müsavat”ın bu sualını cavablandıran millət vəkili Zahid Oruc Azərbaycanın hələ ki, buna hazır olmadığını bildirib: “Fələstinin müstəqilliyinin bəzi ölkələr tərəfindən, xüsusilə də Avropa dövlətləri tərəfindən qəbul edilməsi onu deməyə əsas verir ki, bu bölgədə yeni bir düzən formalaşmaqdadır. Digər ölkələrin də bu prosesə qoşulacağı haqqında məlumatlar var. Belə görünür ki, qoca qitənin siyasi elitası bu günə qədər yürüdülən siyasətdən fərqli bir platformaya keçid mərhələsindədirlər. Əslində, son addımı atan ölkə bu siyasəti formalaşdıran, əsas konfiqurasiyanı diktə edən və bu düzənə həlledici təsir göstərən dövlət deyil. Bir çoxları düşünür ki, həmin addım böyük dövlətlərin diqtəsilə, xüsusilə də yəhudilərlə çox sıx iqtisadi-siyasi bağlılıqda olan dairələri olan dövlətləri bu prosesə uyğunlaşdırmaq, həmin prosesə hazırlamaq üçündür. Belə görünür ki, proses davam edəcək. Britaniyanın parlamentində də belə bir qərar verilmişdi və çox sərt anti-İsrail mövqelər səsləndirilmişdi. Belə nəticəyə gəlmək olar ki, əslində İsrail  Fələstinlə bir-birini tanıma halına gəlməlidir”. 
Millət vəkili vurğulayıb ki, Azərbaycanın bu məsələdə mövqeyi həssas olmalıdır: “Biz Fələstinlə normal siyasi münasibətlərimizi ən yüksək səviyyədə saxlamışıq. Ancaq bu ölkəni tanıma qərarına bir sıra məsələlər mane olur. Düşünürəm ki, dövlətin bu qərarı vətəndaşlar tərəfindən anlayışla qarşılanmalıdır.
Bizim üçün maraqlıdır ki, Fələstini tanımaq istəyən dövlət öz qarşısında sual qoyurmu ki, Fələstin özü –özünü tanıyırmı? Hansı ərazilərin timsalında tanıyır? Budur məsələ. Yoxsa, konkret bir əraziyə sığınaraq onu dünya xəritəsinə və siyasi məkana təqdim eləsələr bu zaman problem olmaz. 
Mən bu məsələdə siyasi qərarın verilməsində tərəddüdü anlayışla qarşılamağın tərəfindəyəm. Tərəddüd daha çox Azərbaycan maraqları, İsrail-Azərbaycan münasibətlərinə zərbə vurmaq baxımından yox, Fələstinin özünün siyasi elitasında bu dövlətin hansı əraziləri əhatə etməsi ilə bağlı bir qeyri-müəyyənliyin nəticəsidir”. 
Politoloq Qabil Hüseynli bildirdi ki, indiki şəraitdə Azərbaycan riskli addımlar atmağa hazır deyil: “Çünki, Azərbaycanın özünün çox ciddi problemləri var. Söhbət Dağlıq Qarabağ problemindən gedir. Bu isə beynəlxalq münasibətlərdə çox həssas və ehtiyatlı siyasətin  yürüdülməsini tələb edir. Bu baxımdan Azərbaycan birdən-birə radikal addımlar ata bilməz. Fələstin lideri Mahmud Abbas Azərbaycana gəldi, danışıqlar apardı. Azərbaycan tərəfi ona hər cür siyasi və diplomatik dəstək verəcəyini vəd etdi. Ancaq bu gün elə bir vəziyyət yaranıb ki, Fələstinin dövlət kimi tanınması İsrail tərəfindən süngü ilə qarşılanır. İsrail və Fələstin arasında bağlanmış sülh müqaviləsi hələ ki, həyata keçirilməyib. 
Azərbaycan hələ ki, o dövlətlərdən deyil ki, bütün problemlərini həll etsin və beynəlxalq münasibətlərdə rol oynamağa başlasın. Bu gün bizim İsraillə münasibətlərimiz var və o münasibət Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə kömək edir”. 
Fələstinə ən çox dəstək verən dövlətlərdən biri kimi Türkiyənin bu dövlətin müstəqilliyini tanıması məsələsinə gəlincə, Qabil Hüseynli bildirdi ki, Türkiyə də hələ ki, Fələstini tanımağa hazır deyil: “Çünki ortada Amerika ilə mürəkkəbləşməyə davam edən münasibətlər var və bu münasibətlərin yaratdığı mövqeyə görə, Türkiyənin tərəddüdləri yaranıb və bu tərəddüdləri yaxın zamanda aradan qaldıra bilməyəcək. Çünki, Türkiyə öncə Amerika ilə münasibətləri qaydaya salmalıdır. Həmçinin, İŞİD hadisələri ilə bağlı Türkiyənin  NATO ilə münasibətlərində də gərginlik yaşanır. Bu münasibətləri qaydaya salandan sonra ola bilsin ki, bu addımı atsın. Bundan əlavə Türkiyənin özünün İsraillə münasibətlərinin yaxşılaşdırılması məsələsi var, İsrail Türkiyədən üzr istəyib, yaxınlaşma prosesi gedir. Bu səbəbdən Türkiyənin Fələstini müstəqil dövlət kimi tanıması prosesi hələ ki, yaxın zamanlar üçün mümkün görünmür”. 
Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd etdi ki, Azərbaycanla Fələstin arasında diplomatik münasibətlər 1991-ci ildən Azərbaycan öz müstəqilliyini əldə etdiyi  gündən başlayıb: “Azərbaycanda Fələstin dövlətinin səfirliyi fəaliyyət göstərir. Bu səbəbdən Azərbaycanın təcrübəsində belə bir məsələ mövcud deyil. Bizim artıq diplomatik münasibətlərimiz var. Bu diplomatik münasibətlər Fələstinin dövlət kimi tanınması deməkdir”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam