Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Fransadan Fələstinə dəstək

 

 

Fransa beynəlxalq ictimaiyyətin Yaxın Şərqdəki gərgin vəziyyətə dair hər hansı addım atmadığı təqdirdə, Fələstinin müstəqilliyini tanıyacağını bildirib.

"Xeberinfo.com": İndi Fransa hüquqşünasları dekabrın 2-də səsvermə keçirməyi planlaşdırırlar. 
  İsrailin mövzu ilə əlaqəli göstərdiyi səylərə baxmayaraq, Fransa xarici işlər naziri Loran Fabius noyabrın 28-də çıxışı zamanı "gecikmədən Fələstin dövlətinin tanınması ilə əlaqədar lazım olanı etməliyik" deyib.

O bildirib ki, münaqişənin qəti həlli üçün beynəlxalq konfrans təşkil edilə bilər. Fransa Fələstin dövlətinin tanınması prosesində ilkin təşəbbüsü öz üzərinə götürməyə hazırdır. Rəsmi Paris inanır ki, Avropa İttifaqı, Ərəb liqaslı və BMT-nin Təhlükəsizlik Şurası münaqişənin həllində əllərindən gələni edəcək. Lakin bütün bunlar nəticə verməsə, münaqişə həll edilməmiş qalsa, o zaman Fransa Fələstinin müstəqilliyini tanıyacaq.

İsrailin baş naziri Benyamin Netanyahu isə Fransanın bu addımını "böyük səhv" adlandırıb: "Onların Yaxın Şərq münaqişəsinə qarışmaqdan başqa, görə biləcəkləri daha xeyirli iş yoxdurmu?"

Ümumiyyətlə, noyabrın 28-də fransız hüquqşünaslar Fələstinin azadlığının tanınması məsələsi ilə bağlı dekabrın 2-də səsvermə planlaşdırıblar. Bundan əvvəl isə oktyabrın 3-də Böyük Britaniyada, İsveçdə, noyabrın 18-də İspaniyada səsvermə olub. İlkin səsvermənin nəticələrinə görə, Fransa əhalisinin 63%-i Fələstinin müstəqilliyinin tanınmasının lehinədir.

Xatırladaq ki, fələstinlilər 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş torpaqlarında dövlət qurmaq istəyirlər. Fələstin rəhbərliyi Təhlükəsizlik Şurasına 2016-ci ildə bütün işğal edilən ərazilərdən İsrailin tam çıxarılmasını tələb edən qətnamə layihəsi təqdim etməyi planlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam