Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Fələstin problemi böyüyür

 

img1647807

    İsveçin yeni seçilmiş baş naziri Stefan Löfven, cümə günü 35-ci hökumətin nazirlərinin siyahısını açıqladıqdan sonra parlamentdə etdiyi çıxışda Fələstini rəsmi olaraq müstəqil dövlət kimi tanıyacaqlarını söyləyib.

   "Xeberinfo.com": Stefan Löfven, “İsraillə olan problemlər, beynəlxalq hüquqa uyğun, iki dövlətin qarşılıqlı razılaşması ilə həll olunmalıdır” deyərək bu məsələ ilə bağlı fikirlərini dilə gətirib.

Bu fikir heç də birmənalı qarşılanmadı. Artıq İsraildən və ABŞ-dan ilk tənqidlər gəlməyə başlayıb. ABŞ Xarici işlər nazirliyinin sözçüsü Jen Psaki, İsveçin Fələstini tanıma qərarının vaxtsız olduğunu söyləyib. ABŞ-ın Fələstin dövlətini dəstəklədiyini ifadə edən Jen Psaki, “ancaq bu bir dialoq nəticəsində, hər iki tərəfdən qarşılıqlı, biri-birilərini tanıma qərarı ilə ola bilər”, deyib.

İsrail: təəssüflə qarşıladıq

Jen Psakinin şərhinin ardından bir reaksiya da İsrail xarici işlər naziri Aviqdor Liebermandan gəlib. İsveçin qərarını təəssüflə qarşıladığını ifadə edən Aviqdor Lieberman, İsveçi İsrail ilə Fələstin arasındakı problemi tam mənasıyla anlamadan tələsik qərar verməklə təqsirləndirib. Digər tərəfdən İsrail, İsveçin bu qərarına etiraz etmək üçün İsveçin Tel Əvivdəki səfiri Carl Magnus Nesseri İsrail Xarici işlər nazirliyinə çağırırıb.
Reaksiyalara münasibət bildirən İsveçin yeni seçilmiş Xarici işlər naziri Margot Wallström ABŞ-a qarşı sərt mövqeyini sərgiləyərək: “Necə bir siyasət yürüdəcəyimizə Amerikamı qərar verəcək? Siyasətimizi özümüz təyin edirik. Bütün tərəflərlə və eləcə də Amerika ilə də dialoqa hazırıq. Amma bu, heç də bizim Fələstinin müstəqilliyini tanıyacağımıza mane ola bilməz. İsveç bu ölkənin müstəqilliyini tanımaqla digər Avropa Birliyi Ölkələrinə də örnək olmalıdır”, deyə fikirlərini açıq söylədi.

İsveç hökumətinin bu qərarı Fələstinliləri sevindirdi

Mövzuyla əlaqədar öz münasibətini bildirən Fələstinin xarici işlər naziri Riyad əl-Maliki, İsveç hökumətinin Fələstini dövlət olaraq tanıyacağı istiqamətindəki açıqlamasına məmnuniyyət duyduğunu ifadə edib. Maliki yazılı bir bəyannamədə, “Öz müstəqil dövlətini qurması və gələcəyini təyin etməsiylə əlaqədar Fələstin xalqının qanuni hüquqlarını dəstəkləyən İsveç Krallığına və hökümətinə minnətdarlığımızı bildiririk”, fikirləri yer alıb. Fələstini hələ tanımamış digər Avropa Birliyi ölkələrinə də səslənən Maliki, ədalətli sülhü təsis etmək və İsrail hökumətinə güclü bir mesaj göndərməklə İsveçi nümunə olaraq göstərib.

Dünyada hazırda 112 ölkə Fələstini müstəqil dövlət kimi tanıyır

Avropa Birliyi (AB) üzvü olan yeddi ölkə; Bolqarıstan, Kipr, Çex Respublikası, Macarıstan, Malta, Polşa və Rumıniyanın da daxil olduğu dünyanln 112 ölkəsi Fələstini müsəqil bir dövlət kimi tanıyır. Amma bu ölkələr hələ AB üzvü olmamışdan bu qərarı vermişdilər. İsveçin Fələstin Dövlətini AB üzvü ikən tanıması, ilk ölkə olması səbəbindən əhəmiyyət daşıyır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam