Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İnanmaq – Anlamaq


 

 

"xeberinfo.com":Dünyəvi inanc – dünyanın fəlsəfə, elm və sənət vasitəsilə dərkidir.

 

  ***
Dini inanc – dünyanın dini ehkamlar yoluyla dərkidir.

***
Dünya – dünyəvidir, buna görə o, yalnız dünyəvi yöndən həqiqi anlaşılır.  

***
Dünyanı öyrənmək, anlamaq üçün dinin hansısa vasitəsi yoxdur.

***
Dünyanı öyrənmək, anlamaq üçün dünyəviliyin çoxlu vasitəsi var.

***
Dünyəviliyin məqsədi – İnsandır, dinin məqsədi – Allahdır.

***
Din – dünyanı Allahla anlayır, anladır, dünyəvilik – İnsan idrakı ilə.

***
Dünyada insan idrakı ilə anlaşılmayan nəsə yoxdur.

***
Dünyanı nəylə anlayırsansa – onunla dünyaya inanırsan.

***
İdeal saydığın ölçüdən dünyaya inanırsan – idealla dünyanı anlayırsan, anladırsan.  

***
İdeal yoxdursa – heç nə yoxdur.

***
Dünyanın anlamına yaxınlaşdıqca – dünyanın həqiqi dəyərini bilirsən.

***
Dünyanın anlamı – özümüzdədir.

***
Anladığımız hər şeydə özümüz – varıq.

***
Anlamadığımız heç nədə özümüz – yoxuq.

***
Anlamaq – insani məzmun, anlam tapa bilməkdir.

***
İnsani anlam – insan anlağına (idrakına), insaniliyə uyğunluqdur.

***
Dünyada varlığını istəmədiyimiz yaranış yoxdur.

***
Həqiqəti axtarırıq – özümüzü anlamaq üçün.

***
Özümüzü anlayırıq – həqiqəti tapmaq üçün.  

***
İnandığımız və anladığımız hər şeydə özümüzü axtarırıq.

***
İnanmadığımız və anlamadığımız nəsnə – özümüzü tapmadığımızdır.

***
Atamız var olsun!

 

7 İşıq 36-cı il.

 

(7.5.2014).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam