Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Ayaz Mütəllibov I Avropa Oyunlarının Bakıda keçirilməsindən danışdı

 

Bu ilin 12-28 iyun tarixində Azərbaycan I Avropa Oyunlarına  evsahibliyi edəcək.

"Xeberinfo.com":  Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Modern.az saytına açıqlamasında I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb.

“Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə münasibətim çox müsbətdir. Bu oyunların Azərbaycanda keçirilməsini dəstəkləyirəm. Bunun əhəmiyyəti çox böyükdür.  Tərifəlayiq tədbirdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin Azərbaycana xeyirindən başqa, zərəri ola bilməz. Uğurlu olsun”.

Həmçinin, eks-prezident beynəlxalq yarışmanın Bakıda keçirilməsi ilə bağlı  cəmiyyətdə birmənalı olmayan fikirlərə də münasibət bildirib:

“Cəmiyyətdə I Avropa Oyunlarının keçirilməsi  ilə bağlı müxtəlif  fikirlər var. Təbii ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr bu dəfə də məğlub olacaq.  “Eurovision”  musiqi yarışmasını götürək.  O zamanlar da bu musiqi yarışmasının   Azərbaycanda keçirilməsini istəməyən bəzi qüvvələr var idi. Nəticəsi nə oldu?!  Azərbaycan yenə də uğura imza atdı. Bu dəfə də belə olacaq. Nə qədər çox çalışıb Avropa ölkələrinə özümüzü tanıtsaq, bu, bizim xeyrimizə olacaq. Etiraf etməliyik ki, sovet dövründə özümüzü təqdim edə bilmirdik. Tənbəllik edirdik. Amma qonşularımız hər yerə soxulub bütün imkanlardan istifadə edirdi. Artıq son 10 ildə bütün dünya Azərbaycanı tanıyır. Bu, çox təqdirəlayiq haldır”.

Ayaz Mütəllibov tanınmış aktyor-rejissor Əbdül Mahmudovun televiziyalaın efirinə buraxılmamasının məhz onunla bağlı olması haqda deyilənlərdən də söz açıb:

“Şeyx Əbdüllə zamanında çox yaxşı münasibətlərimiz olub. İndi də düşmən deyilik. Salamımız var. Mən Azərbaycana gələndə dəfələrlə onunla telefon danışığımız olub. Şeyx Əbdül 1990-cı illərdə mənim vətəndaş hüquqlarımın müdafiəsilə məşğul olan komitənin sədri olub. Həmçinin, mənim Azərbaycana qayıdışımı çox istəyib. Mən Şeyx Əbdülə hər zaman minnətdarlığımı bildirmişəm,  indi də minnətdaram. Alicənab adamdır. O, keçmiş SSRİ miqyasında tanınmış aktyordur. Əgər deyirsə ki, onu televiziyalara buraxmırlar, mən nə deyə bilərəm. Yəqin ki, bu yaşda yalan danışmaz. Təəssüflər olsun ki, ölkə rəhbərliyindən xəbərsiz belə hallara yol verirlər. Bu, o demək deyil ki, onun efirə buraxılmamsı hakimiyyətin işidir. Əsla belə deyil”.

Qeyd edək ki, Əbdül Mahmudov Modern.az-a açıqlamasında  bir çoxlarının ona laqeyd münasibət bəsləməsindən, efirlərə buraxılmasına qoyulan qadağadan danışıb. “Bir vaxtlar mənim Ayaz Mütəllimovla yaxşı münasibətlərim olub, onu müdafiə etmişəm və demişəm ki, ona eks-prezident statusu verilsin. Bildirmişdim ki, gəlib vətənində yaşasın. Hadisələr neçə illər bundan əvvəl baş verib. Cənab prezident Ayaz Mütəllimova status verib, o da Bakıda firavan yaşayır. Əgər mənə Mütəllimovu müdafiə etdiyimə görə laqeyd münasibət bəsləyir, qadağa qoyurlarsa,  münasibətləri öz aralarında həll etsinlər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam