Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türk lirəsinin ətrafında nə baş verir?- ANALİTİKA

 

 

Son 1 həftə ərzində türk lirəsinin məzənnəsində kəskin dəyişiklik müşahidə edilib, qonşu ölkədə 1 ABŞ dolları 4,05 lirədən 4,1 lirəyə qədər bahalaşıb

 

Yenixeber.org: Analitik qrupu bildirir ki, lirə, ötən həftənin çərşənbə günü Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini sabit saxlamasından sonra dəyər qazanmışdı.

Bu həftənin əvvəlində isə “Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agentliyinin Türkiyənin reytinqini endirməsi ilə lirə yenidən dəyər itirib.

Sirr deyil ki, son vaxtlar Türkiyə hökuməti ilə Mərkəzi Bank arasında fikir ayrılığı mövcuddur. Hökumət yüksək faiz dərəcələrini iqtisadi inkişafa maneə kimi görür və Mərkəzi Bankın uçot dərəcəsini azaltmasına çalışır. Pul siyasətini həyata keçirən qurum isə inflyasiyanın səviyyəsini tənzimləmək barədə düşünür. Amma türk lirəsini bahalaşdıran təkcə Mərkəzi Bankın addımları deyil. Bu məsələdə həm də Türkiyədə noyabrda keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərinin tezləşdirilərək iyunda ayına təyin edilməsi barədə xəbər də rol oynayır. Ölkə iqtisadiyyatında qeyri-müəyyənlik yaradan seçkiyəqədərki dövrün azalması investorların ölkəyə olan marağını artırır.

 

Bununla belə, “S&P”nin Türkiyənin xarici valyuta borcu üzərindəki reytinqini “BB” səviyyəsindən “BB-” səviyyəsinə, yerli valyuta borcu üzərindəki reytiniqini isə “BB+” səviyyəsindən “BB” səviyyəsinə endirməsi ilə milli valyuta yenidən ucuzlaşıb. Agentlik qərarını Türkiyədə makro-iqtisadi sabitliyin olması, inflyasiya yönümlü iqtisadiyyatın formalaşması, ticarət balansındakı kəsirin Türkiyə iqtisadiyyatı üçün əsas problem olması ilə izah edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam