Rektor Ədalət Muradovun doktorluq işi ilə bağlı Ukraynaya sorğu göndərildi-YENİLƏNDİ
Yenixeber.org: Xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun elmlər doktoru elmi dərəcəsi və professor diploma ilə bağlı müəmmalar mövcuddur. Redaksiyaya bu barədə daxil olmuş şikayət məktubu ilə bağlı rector Ədalət Cəlal oğlu Muradova sorğu göndərilmişdir və təəssüflər olsun ki, hələ də bu barədə reaksiya yoxdur. Redaksiya bu məəsələ ilə əlaqədar sənədləşdirmə aparməş Prezident Yanında AAK-a rəsmi sorğu göndərmişdir. Bu dövlət qurumunda da hələki susmağa üstünlük verilir. Deməli, ya “susmaq razılıq əlamətidir”, ya da danışmağa sübut yoxdur…
Lakin ortaya başqa bir ciddi məsələ çıxmışdır. Təfsilatına varmadan bircə onu deyə bilərik ki, redaksiya rektorun doktorluq işi ilə bağlı Ukraynaya rəsmi sorğu göndərəcək. Belə ki, rektor Ədalət Muradovun rəsmi tərcümeyi-halında yazılır: “…Ə.Muradov 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub, 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə Kiyev Dövlət Universitetinin əyani aspiranturasına daxil olmuş və 1993-cü ildə “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” («Структурные преобразования экономики региона при переходе к рынку») mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («Интеграция переходной экономики в систему мирового хозяйства») mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir…”.
Sonra yazılır: “…O, 1995-1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, Makroiqtisadiyyat, İqtisadi Siyasət, Beynəlxalq İqtisadiyyat, Keçid İqtisadiyyatının ümumi nəzəriyyəsi fənlərini tədris etmişdir… 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır…”.
İndi ortaya olduqca maraqlı bir sual da çıxır: tərcümeyi-haldan məlum olur ki, Ə.Muradov 1990-cı ildə aspiranturaya daxil olmuş, 1993-cü ildə namizədliyi müdafiə etmiş, 1995-ci ildə doktoranturaya daxil olmuş, 1998-ci ildə doktorluğu müdafiə etmiş, 1999-cu ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır".
İndi daha bir ciddi sual cavab istəyir: doğrudanmı 3 ilə (1995-1998) doktorluq müdafiə etmək mümkündür? Azərbaycanda belə bir fitri istedadlı ikinci şəxs-alim varmı ki, 3 ilə belə bir elmi irəliləyişə nail olsun? Bəlkə də bu dəqiq elmlərdə mümkündür. Amma humanitar fənnlərdə reallıqda bunlar mümkünsüz görünür.
Yaxud, növbəti sual: Ədalət Muradov doğrudanda belə bir istedada malikdirsə, onun indiyədək neçə-neçə elmi və tədris (dərslik) kitabları olmalı idi. Varmı belə bir elmi nəşrlər???
Amma faktdır ki, MDB respublikalarında belə "tez-bazar" müdafiələr daha çox 1990-cı illərdə baş verib. Bunlardan ən tipik nümunəsi ABU-nun sabiq rektoru E.Abdullayevin doktorluq diplomu idi ki, o da 2011-ci ildə Rusiya Təhsil Nazirliyinin qərarı ilə plagiat olduğu üçün ləğv edilmişdir.
***
Redaksiyanın elektron poçtuna isə sorğumuza Kiyev Dövlət Universitetindən daxil olmuş cavab məktubunda yazılır ki, redaksiya jurnalist araşdırması üçün adı çəkilən universitetə xüsusi nümayəndə göndərməlidir… İmkanlı şəxslərdən xahiş olunur, belə bir ciddi jurnalist araşdırmasının aparılması üçün əməkdaşımızın Ukraynaya ezam edilməsinə madii sponsorluq etsin. "Balıq" bilməsə də, təhsilimiz və elmimiz qiymətləndirəcək...(tezadlar)
Daha ətraflı yazı az sonra təqdim ediləcək…
Zaur