Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rektorun sabiq rektora qarşı prokuror yoxlaması iflasa uğrayıb?

“...Sadə bir sual: harda yazılıb ki, adi ali təhsili olan müəllim professordan 4-5 dəfə yüksək maaş alsın?”

image here

Xəbər verildiyi kimi, neçə ay əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. 

Yenixeber.org: Baş Prokurorluqdan “Təzadlar”a göndərilmiş rəsmi açıqlamada bildirilirdi ki, “İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, bu yoxlamalar hazırkı rektor Ədalət Muradovun Hesablama Palatasına etdiyi müraciətindən sonra başlamışdı. Bu barədə ADİU-dan redaksiyaya daxil olmuş elektron məktubda ətraflı bəhs olunur. Hiss olunur ki, məktub müəllifi rektor Ədalət Muradova yaxın çevrədə olan şəxslərdən biridir. Çünki o, hazırda aparılan yoxlamaların bütün detallarından xəbərdardır. Məktubdan qısa sətirlər: “...Bildiyiniz kimi, rektor Ədalət Muradovun təyinatında sabiq təhsil naziri Mikayıl Cabbarov böyük rol oynamışdı... Lakin nazir hardan biləydi ki, Ə.Muradov arzulanan fəaliyyətdən kənara çıxaraq 87 yaşını qeyd edən ADİU-da professor-müəllimlər arasında maaş narazılığı yaradaraq tarixi ənənəsi olan universitetə mənfi imic gətirəcək. Hazırda 100 nəfər differensial maaş alan müəllimləri çıxsaq, demək olar qalan müəllimlər, professorlar pəjmürdədirlər. Sadə bir sual: harda yazılıb ki, adi ali təhsili olan müəllim professordan 4-5 dəfə yüksək maaş alsın? Nə olsun ki, bu müəllim rektor Ədalət Muradovun yaxın adamıdır, yaxud Türkiyədə təhsil alıb, namaz qılır və s. Və Mikayıl Cabbarov vergilər naziri təyin olunandan vəziyyət tamamilə dəyişib. Çünki rektorun daim arxalandığı nazir artıq yoxdur. İkincisi, Baş Prokurorluğun yoxlaması da yekunlaşmaq üzrədir. Çünki ortada demək olar iddia edilən nə yeyinti var, nə də korrupsiya hərəkətləri. Olsa-olsa, hansısa kargüzarlıq sənədləşmələrində texniki anlaşılmazlıq ola bilər. Amma indi rektorun qanını qaraldan başqa bir məsələ ortaya çıxıb. O da rektorun professor və elmlər doktoru diplomları ilə bağlıdır. ADİU dəhlizlərində hamı indi bundan danışır. Və hamı bu sadə suala prokurorluqdan cavab istəyir: Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinə 5 mart 2014-cü ildə rektor təyin edilib, 1998-ci ildə Ukraynada müdafiə etsə də, yalnız 26 dekabr 2014-cü ildə Azərbaycan AAK-da iqtisad elmləri doktoru diplomu tanınmış, ona doktorluq diplomu verilmişdir, amma o, bundan bir ay 5 gün əvvəl, yəni 21 noyabr 2014-cü ildə professor olmuşdur. Bu necə baş vermişdir? İkincisi, Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də professor diplomu almışdırsa, bəs o, 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində necə çalışmış, 5 il ərzində professor olmaya-olmaya dövlət büdcəsindən necə yüksək maaş almışdır? 

3-cü və sonuncu sadə bir sual: rəsmi qaynaqlarda yazılır ki, Ə.Muradov 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur. AAK-ın “Əsasnaməsinə” görə, Ekspert Şurasının Sədri və sədrin müavini vəzifəsinə elmlər doktoru-professor olanlar təyin edilə bilər. Bəs elmlər doktoru-professor olmayan Ədalət Muradov AAK-da necə ekspert şurasının sədri olmuşdur?”.

Xatırladırıq ki, “Təzadlar” bu suallara cavab almaq üçün AAK sədrini əvəz edən cənab V.Hüseynova və rektor Ədalət Muradova rəsmi sorğu göndərib. Sorğuya cavab verilmədiyindən redaksiya qanunvericiliyin tələblərinə uyğun olaraq Səbail rayon Məhkəməsinə müraciət edib. Tanınmış vəkil Adəm Məmmədov redaksiyanın hüquqlarını müdafiə edəcək. Bu gün vəkilin bu məsələ ilə bağlı daha bir açıqlaması gözlənilir...

Bizi izləyin!


Zaur

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam