Vəkil danışdı-Ədalət Muradova görə AAK sədrinin məhkəməyə verilməsindən
Adəm Məmmədov: «Qanunvericiliyin tələbi yerinə yetirilməli və AAK-a göndərilən sorğu cavablandırılmalıdır…»
Yenixeber.org: Xəbər verildiyi kimi, «Təzadlar» qəzetinin rəhbərliyi Ali Attestasiya Komissiyanın sədr əvəzi Vəli Hüseynovu məhkəməyə verir. Buna səbəb AAK-ın sədr əvəzinin qəzetin sorğusuna cavab verməməsidir.
Xatırladırıq ki, redaksiyanın 21 noyabr 2017-ci il tarixli, T-21-11-2017-2 saylı sorğusunda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyanın sədr əvəzi V.Hüseynovdan ADİU rektoru Ədalət Muradovun professor və elmlər doktoru diplomları və s. ilə bağlı sualların cavablandırılması xahiş edilirdi. Lakin qarşı tərəf qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdə tutulan müddətdə sorğunun cavablandırılmasını hələki təmin etməmişdir. Və redaksiya artıq tanınmış vəkil Adəm Məmmədovla müqavilə də bağlamışdır.
Məsələyə münasibətini öyrənmək üçün vəkil Adəm Məmmədova müraciət etdik. Vəkil bildirdi ki, KİV-in sorğusuna cavab verməmək mülki və cinayət, inzibati məsuliyyət yaradır:
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyanın sədr əvəzi cənab Vəli Hüseynova böyük hörmətim var. Lakin cənab Prezident İlham Əliyevin KİV qanunvericiliyinə sonuncu dəyişiklik və əlavələrlə bağlı sərəncamlarında birmənalı olaraq qeyd edilir ki, xüsusən də dövlət orqanları KİV-in sorğusunu ən qısa vaxtda cavablandırmalıdır. Əks halda, bu məhkəmə mübahisəsinə yol açır. Amma zənnimcə, ortada elə də bir qəliz məsələ də yoxdur. Sadəcə, qarşı tərəf Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovla bağlı sorğulara və suallara cavab verməlidir. Başqa, alternativ yol zənn edirəm, yoxdur. Beynəlxalq qurumlar da bu məsələyə həssas yanaşırlar. Adətən tərcübədə KİV-lər o zaman məhkəməyə verilir ki, şikayətçi tərəf niyə sorğu göndərib cavab almamağı KİV-dən tələb edir… İndiki halda, KİV sorğu göndərir, qarşı tərəf cavablandırmır. Belə olan surətdə məhkəmə mübahisəyə qarışmalı olur… Düşünürəm ki, qanunvericiliyin tələbi yerinə yetirilməli və AAK-a göndərilən sorğu cavablandırılmalıdır…
Onu da xatırladaq ki, «Təzadlar» həm də rektor Ədalət Muradovu da məhkəməyə verməyə hazırlaşır. Belə ki, rektor qəzetin 20 sentyabr 2017-ci il tarixli sorğusunu da cavablandırmayıb. Qəzetin baş redaktoru Asif Mərzili isə bildirdi ki, bu mübahisədə də yəqinki tanınmış vəkil Adəm Məmmədovla əlavə müqavilə bağlanılacaq…
Elçin Məmmədli