Rektorun tərcümeyi-halında müəmmalı məqamlar...
Necə oldu ki, şübhəli dövlət sənədlərinə malik olan bir şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edildi?
Ədalət Muradov necə, hansı yolla və kimin təqdimatı ilə rektor təyin etdirilib? Rektor Ədalət Muradovun professorluğu niyə sual altındadır?
Xeberinfo.com: Azərbaycan Dövlət İqtisad Universitetinin rektorur Ədalət Muradovun doktorluq diplomu ilə professorluq vəzifəsi arasında müəmmalı məqamlar var... Məsələn, mövcud qaydalara, yəni Prezident Yanında Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə görə ölkəmizdən kənarda elmi iş müdafiə edənlər Azərbaycanda nostrifikasiyadan keçəndən sonra müvafiq ixtisas üzrə diplom alırlar və yalnız bundan sonra onlar həmin elmi dərəcəni daşıyırlar. Həmçinin həmin diploma görə əlavə pul alırlar. Ədalət Muradov Ukraynada 1998-ci ildə müdafiə edib.
Bu barədə Ədalət Muradovun vikipediyada şəxsi məlumat bazasında özü belə göstərib. Vikipediyadakı rəsmi məlumatlara diqqət edək: "Muradov Ədalət Cəlal oğlu, 29 yanvar 1962-ci ildə anadan olmuşdur... 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə Kiyev Dövlət Universitetinin əyani aspiranturasına daxil olib və 1993-cü ildə “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” («Структурные преобразования экономики региона при переходе к рынку») mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1994-cü ildə “Profi – AD” LTD (Kiyev) şirkətinə rəhbərlik edib. 1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («Интеграция переходной экономики в систему мирового хозяйства») mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995–1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur... 1998–1999-cu illərdə “ИБ Австрия Секюритз (Украина)» İnvestisiya Bankında “Postsovet keçid iqtisadiyyatlarının tranformasiyasının təhlili” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır...".
Əvvəl professor, sonra isə elmlər doktoru?
...Və araşdırmalarımızla bir daha dəqiqləşdirdik ki, Ədalət Muradov (yuxarıdakı rəsmi məlumatlarda da bu fakt təsdiqini tapır) doktorluq işini 1998-ci ildə müdafiə edib... AAK-ın rəsmi saytındakı məlumat bazasından isə öyrənirik ki, dissertasiyasındakı bəzi problemlərə görə (!) ona yalnız 26.12.2014-cü ildə iqtisad elmləri doktoru diplomu verilib. "Niyə üstündən 16 il keçəndən sonra? Nə idi problem? Maraqlıdır, o, bu suala necə cavab verəcək?", -deyə redaksiyaya göndərilən müraciətdə deyilir...
Bu hələ harasıdır, 21.11.2014-cü ildə isə Ədalət Muradova AAK tərəfindən professor adı verilmişdir. Halbuki, Ədalət Muradov əvvəlcə iqtisad elmləri doktoru olmalı idi, sonra ona professor adı verilə bilərdi (Bax: AAK-ın sayti: http://www.aak.gov.az/diplom/rayasat_table.php).
Bəs 2014-cü ildə doktorluq diplomu alan 1999-cu ildə DİA-nın necə professoru olub və maaş alıb?-SENSASİYA
Dəhşətlisi budur ki, indi ortaya gerçəkdən qalmaqallı bir məsələ şıxır. Belə ki, Ədalət Muradovun vikipediyadakı şəxsi məlumat bazasında yazılır. Diqqət: "...Ədalət Muradov 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışıb, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etmişdir. 3 dərs vəsaitinin, 3 monoqrafiyanın, 3 tədris proqramının, 60-dan artıq elmi məqalənin müəllifidir".
"Axı bu necə mümkün ola bilər? 2014-cü ildə doktorluq müdafiə edən, bundan, qanunsuz olsa da, təxminən bir ay əvvəl professor adı verilən rektor 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışıb?
Deməli, Ədalət Muradov ən azı 2014-cü ilin noyabrına kimi doktorluq və professor diplomuna görə dövlətdən aldığı pullar qanunsuzdur, istintaq orqanları bu korrupsiya əməlinə aydınlıq gətirməlidir....", -deyə, yenə də müraciətdə deyilir.
"Təzadlar" məsələ ilə bağlı müvafiq rəsmi məlumat və sənədləri Prezident İlham Əliyevin, təhsil naziri Mikayıl Cabbarovun, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin... diqqətinə çatdırılması üçün rəsmi qaydada qeyd edilən ünvanlara təqdim edəcək... ("Təzadıar" qəzeti)