DÖVLƏTİ ELİT İNSANLAR İDARƏ ETMƏLİDİRLƏR
Xeberinfo.com: Əvvəlcə elit sözünü aydınlaşdıraq. Rusca-Azərbaycanca lüğətdən fərqli olaraq Ağamusa Axundovun “AZƏRBAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ” (Bakı-2005) kitabında (səh.88) ELİT sözü –seçilən , sayılan adamlar,cəmiyyətin yüksək təbəqəsi kimi izah olunub.
Bu günlərdə məlumat verilir ki, mərkəzin idarə etmədə yükünü azaltmaq üçün respublikada 13 vilayət yaradılacaq. Ən son məlumata görə isə10 vilayət yaradılası olubdur.
Respublikanın idarə edilməsinə neçə il bunda qabaq diqqət yetirib mətbuatda çıxış etmişdim. Qeyd etmişdim ki, idarə etmədə nazirliklərin, baş idarələrin yaradılmasında Rusiya Federasiyası ilə yarışa girməklə məqsədyönlü iş aparmaq mümkünsüzdür. RF-nın ərazisi 17075 min kv km əhalisi 143 milyon nəfərdir.
Axı respublikamızın əhalisinin sayı və ərazisinin həcmi heç Moskva şəhərinin əhalisi və ərazisi ilə də müqayisəyə gəlmir. Respublikamız müstəqil olandan sonra baş bilənlər rayonların və idarə etmə stukturlarının sayını artırmağa üstünlük verdilər. Axır ki, dərindən düşünüb pulu xərcləməyin yolunu tapdılar.Bəli “Kasıbın əlinə neftdən pul kecmişdi xərcləməyə yer tapmırdı”.
Bir qədər geriyə qayıdaq. Respublikada idarə etməni daha yüksək səviyyədə aparmaq üçün BVM sonra səhv etmirəmsə 50-ci illər ərəfəsində Gəncə vilayəti yaradıldı və İ.D.Mustafayevi həmin vilayətə rəhbər təyin etdilər. Belə idarə etmə özünü doğrultmadı və ləğv edildi. Bundan sonra 60-cı illərin lap əvvələrində həmin yaradılma təkrar oldu. Tovuz, Ağstafa və Qazax rayonları birləşdirilib mərkəzi Qazax şəhəri olmaqla vahid idarə etmə mərkəzi yaradıldı. Mən kəndimizdə dölət müəssisəsində işləməyimi təsdiq edən arayışı almaq ücün bütü bir günü kəndimiz vəTovuz şəhəri ilə Qazax şəhrəri arasında 80 kilometr məsafədə sürünməli oldum. Həmin vaxtda Tovuz rayonunda Partiya Komitəsinin birinci katibi Arif Əfəndiyev idi.Bir sənəd üçün süründürməcilik insanları boğaza yığdığından mərkəzə rəsmi narazılıqlarını bildirdilər və bu idarəetmə sistemi də ləğv olundu.
Nəhayət geri qayıdaraq irəli baxıb məqsədimizi ərz edək.Avropa Birliyinə üzv olmağımız bir sıra baş bilənlərimizə onların arxivlərinə gözgəzdirməyə şərait yaratdı. Qərbin iş üsullarına baxıb “Dövlət qulluğu” haqqında Qanununa bənd oldular. Yəni öz admlarını dövlətin ali aparatlarına sırımağa imkan tapdılar. Bunun üçün yeni dövlət aparatları yaratmaq lazımıydı. Nəhayət əllərinə keçən pul vəsaitini xərcləməyin yolu aydınlaşdı. Yeni dövlət aparatları sürətlə yaz ayında artan köbələlər kimi çoxalmağa başladı. Maliyyə Nazirliyi nəzdində hər rayondabüdcədən maliyyləşən dövlət idarələrindən hax yığan “Xəsinədarlıq” idarəsi ixtira olunub sürüylə adamlı zəlilər işə düzəldilər. Vergilər nazirliyi yaradıldı və xaricdən mal-material və ərzaq məhsulları gətirən işbazlara qəmiş olan Gömrük Komitəsi fəaliyyətə başladı.”Paket” sahiblərinin pul mənbəyi də gül açdı.
Rayonlar da balalamağa başladı. Məsələn, Tovuz rayonu ilə Qazax rayonu arasıda yerləşən Ağstafa da rayon oldu. Şamaxı rayonu da ikiləşdi. DİN iki yerə bölündü. FHN yardıldı.Paqonluların sayı çoxaldıqca yanan binaların sayı da artmağa başladı. Məhsul istehsalı artmasa da Kommersiya banklarının sayının çoxalmasına şərait yaradıldı. vəs.Kreditə dadananların səsi sorağı Monako qumarxanasından və çirkli pulların yuyulduğu, qaranlıq əməliyyatların aparıldığı Lusemburq Hersoqluğundakı Luksemburq vəABB nın Moskva filiallarından gəlməyə başladı.Səlahiyyətli dövlər orqanları və məsul şəxslər isə dövləti uçuruma apara bilcək xoşagəlməzlikləri görə bilmir, yaxud görmək istəmirdilər.Mərkəzdən rayonların inkişafı üçün ayrılan pul vəsaitini icra hakimiyyətlərinin əksəriyyəti tərəfindənmənimsınılir, lakin onların xatirlərinə dəyən olmurdu. Maliyyənı idarə edənlər, Maliyyə nazirliy, MM də bir kəs papağını qarşısına qoyub fikirləşmədi ki, bu həcmədə idarə etmə aparatına vəsait çatdırmaq mümkün olcaqmı.
Nazirlər Kabineti də keçmişdən qalma üsullarla dahiyanə “fəaliyyət”ini davam etdirirdi. Nəticəsi belə oldu ki, büdcəyə daxil olan vəsaitin məbləğınin 60 %-indən çoxu idarə aparatlarının saxlanılmasına sərf olunub. Bəs görəsən MM in iqtisadi siyasət komissiyasının sədri iqtisad elmləri doktoru hara baxırdı, nə fikirləşirdi?MM-də əbədi əyləşmək üçün iqtisadi biliyindən maksimum istifadə edərəkkimlərəsə yarınmağa sərf etmək barədə düşünürmüş.
İdarə edənlər elit – dərin zəka ilə yanaşı yüksək səviyyədə dil qabiliyyətli insan olmalıdır. Tovuz rayonunun Ceyrançöl ərazisinə keçmək üçün XX əsrin ortalarında Kür çayının üstündən körpü salınmışdı. Körpünün istifadəyə verilməsi ilə əlaqədar olaraq Heydər Əliyev kəndimizə gəlmişdi. Cıxış üçün razılıq alan Atamın əmisi oğlu Baş çoban Məmmədtağı kişi dil-dil ötə-ötə elə danışdı ki, sanki o, savadlı diktordur. H.Əliyev onu diqqətlə dinləyib gülümsədi.Bu hadisəni Baş çoban Məmmədtağı kişini tərifləmək ücün xatırlatmıram. Məhz bu gün respublikanın iri bir vilayətinin idarə edilməsinə və ən varlı istehsal sahəsindəki dövlət şirkətinə elə şəxslər təyin edilib ki, agzında sözünü belə danışa bilmirlər.Başa düşülmürdü ki, nəsəbəbə həmin iki nəfər nə üçün televerilişlərdə çıxış etmir, müsahibəyə dəvət olunmurlar. Sən demə bu kimiləri heç fikirləşib danışmağı belə bacarmırmışlar. Hətta bunlardan biri vitse prezidentlik məsələsi ortaya çıxanda könlündən keçən həmin vəzifəyə sahib olmasını intenet vasitəsilə xatşrlatmışdı da. Bəli bunların sviyyəsi bir sürü qoyun otarmağa da bəs etmir.Baş coban qədər səviyyələri olmasa da təki yarınmağı, dövlət əmlakını talamağı bacarsınlar.
İdarə etmədə millətimizin mənliyinə,mədəniyyətinə ləkə gətirən cəhətlər də var. Müğəni Flora Kərimovanın dediyi kimi Şəkililərin dostu olan kişi kimi şey cinsi əlaqə zamanı qadınlıq funksiyasını yerinə yetirən də mövcuddur.Bu kimiləri və fahişə küçə qadınlarıda”Xalq artisti” kimi şöhrətli ada layiq görülürlər.Bax bu çirkin əməllərlə də dünya şörətli Rəşid Behbudov ,Müslüm Maqomayev vəyaxın Orta Şərqdə tanınan Xan Şuşinski, Əbülfət Əliyev,Sara Qədimova,Şövkət Ələkbərova...kimi sənət korifeylərinin ruhu təhqir olunur. Bu barədə mən mətbuatda, həm sytda (“Səhnə, nitqvə danışıq mədəniyyəti haqqında” “Xeberinfo.com” 19.10.2016-cı il) çıxış etmişəm. Şöhrətli adlari şəxsi maraqları naminə hara gəldi səpələyən nadan kimdir? Nə səbəbə bu kimi yaramazlığa şərait yaradılır?
Düz 25 ildir müstəqilik.Bəs yüksək sıviyyəsi olanlar nə işlə məşğuldurlar? On ildən coxdur ki, orta hesabla respublikadan ən azı hər il on milyard dollar vəsait Avropaya, yaxın Orta Şərqə daşınır. Mediya tərəfindən xəbərdarlıq da edilir. Müstəqil dövlətinin əbədiliyini sevən vətəndaş tərəfindən vaxtında dəqiq məlumatlar verilir, səlahiyytlilər tərəfindən isə tədbir görülmür. Rabitə və Yüksək Tenologiyalar Nazirliyinin rəhbərliyi səlahiyyətli quldur dəstəsilə dövlət əmlakını talayıb bölüşməklə mənimsəməkdə ən mundar zirvəyə sahib olub.Müvafiq dövlət orqanları nə qədər araşdırmalar aparsa da nazirlikdə bu iri mənimsəmənin hələlik ki, sonuna çata bilməyiblər.
Necə olur ki, milyardlarla dollar respublikadan xaricə daşınır Məkəzi Bankın isə bundan xəbəri olmur? Kommersiya banklarının hamısı MB tərəfindən qoyulmuş qadaya əsasən müəyyən vaxtda AMB-na maliyyə hesabatları verirlər. Həmin hesabatları MB –da qəbul edən məsul şəxs bəyəm qanunla bir araya sığmayan maliyyə əməliyyatlarını görmürdü və yaxud nə səbəbə görməyib.
Bax bu kimi yaramazlıqların baş verməsinə və baş verənlərin qarşısının alınmamasına səbəb nədir? Kamil hüquqşünas Aslan İsmayılov qeyd edilənləri araşdıraraq belə bir nəticəyə gəlmişdir:”Cinayətkarlıq Azərbaycanın dövlət idarəciliyi sisteminin özünü əhatə edir”(Xeberinfo.com” 23.11.2016-cı il).
Canım, gözüm Ali hakimiyyət! Çıxışımda neqativ hadisə və halların cüzi bir hissəsiniqeyd etmişəm.Nazirliklərin, idarə edən dövlət idarələrinin sayını azaltmaq, manqurtlaşmış məsul şəxsləri səlahiyyətdən məhrum etməklə yanaşı məsuliyətlərini tələb etmək lazımdır. Bir vətəndaş olaraq istəyirəm ki, Ali Hakimiyyət dəyişilməsin, sabit olub işləsin. Dövləti və milləti talayan məmurların hamısı Bakıdadır. “qara bazar”da dollar satanı həbs etməklə maliyyə cinayətinin kökü kəsilməz. Zorakılıqla işləmək çarəsizlik-acizlikdir.Mərkəzin idarə etmədə yükünü azaldıb 10 vilayət yaratmaqla nəyəsə nail olmaq mümkün deyil.İdarə etmənin üsulunu dəyişmək lazımdır.Ən əvvəl Hüquq Mühafizə orqhlarında,məhkəmələrdə,bank stukturlarındaəsaslı islahatların aparılması zamanın tələbidir.Əgər bu islahatlar həyata keçirilməsə idarə etmə bundan da pis vəziyyətə düşə bilər.
Dövləti məktəb direktorundan tutmuş Ali aparatına kimi tamahsız elit insanlar idarə etməlidirlər.Cox təəssüf ki, bu gün dövlətimizi elit hesab olunub elitsizləşən uzun müddət keçmiş MTN-nin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ucdan tutma əməkdaşları idarə ediblər. Demək olar ki, bu formada idarə etmə bütün respublikanı əhatə edib və edir.
Quliyev Elxan Sarı o.