SOCAR-ın ekoloji layihələrinə ayırdığı milyonlar hara gedib?
Ekoloq Telman Zeynalov: «Pulları bir cibdən digərinə atırlar»
Xeberinfo.com: Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Davamlı Inkişaf haqqında” hesabatında qeyd olunub ki, şirkət 2015-ci il ərzində ekoloji vəziyyətin yaxşılaşdırılmasına 23 milyon manat vəsait xərcləyib. 2013-cü ildə bu rəqəm 18 milyon, 2014-cü ildə isə 14 milyon manat olub.
Maraqlıdır, bu qədər böyük vəsaitlər hansı işlərə xərclənib? Ölkənin ekoloji mühitində bu qədər vəsaitin xərclənməsi hiss olunmur axı…
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, neft sənayesində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirləri kifayət qədər çoxdur. Bu istiqamətdə olan məlumatlar təşkilatın 2015-ci ilə dair hesabatında da ətraflı şəkildə öz əksini tapıb. Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyiÿtərəfindən ARDNŞ-nin müəssisələrinə 126ÿmin 800 manat, “Boskaeis” şirkətinə 3000 manat, “Salyan OIL Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyinə 3500 manat, “National Oilwell Varco” şirkətinin Azərbaycandakı nümayəndəliyinə 3000 manat, “Marine Well” şirkətinə 8500 manat cərimə və məcburi göstərişlər tətbiq olunub: “Xəzər dənizinin Azərbaycan sektorunda ”Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin, “Şahdəniz” yatağının birgə işlənməsi və karbohidrogen hasilatının pay bölgüsü haqqında sazişin operatoru olan BP-Azərbaycan şirkətindən ətraf mühitə atılan tullantılarla bağlı 142ÿmin manat məbləğində maliyyə vəsaiti tətbiq olunub”.
Məlumata görə, Bibiheybət ərazisində lay sularını və çirkli suları (radioktiv) dənizə vuran nasosun gücü saatda minimum 22-24 ton arasındadır. Beləliklə, sutka ərzində təqribən 500 tondan artıq çirkli su dənizə axıdılır: “Diqqətlə baxsanız,ÿtorpağın altında gizlədilərək dənizə yönəldilən borunu görərsiniz.ÿOna görə də araşdırmaya ciddi ehtiyac var. Bir müddət əvvəl lay sularının yığılması üçün bu ərazidə ”lovuşka” adlandırılan hovuz var idi. Ərazidə yaşıllaşdırma aparan EKOL MM bu gölməçəni ləğv etdi, əvəzində başqa “üsuldan” istifadə olundu. Indi bildiniz ki, bulvardakı neft pilyonkası hardan əmələ gəlir?!”
Ekoloq Telman Zeynalov isə ekoloji layihələrə ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın olmadığını deyir. Ekspertin fikrincə, hər bir iri şirkət milyonlarla maliyyə vəsaitlərinin xərclənməsilə bağlı vətəndaş cəmiyyəti şurası yaratmalıdır. Bu, həmin vəsaitlərin xərclənməsində şəffaflığın təmin olunmasına yardım edə bilər: “Amma heç bir iri şirkət və nazirliklərdə belə bir təşəbbüs yoxdur. Onların iri məbləğdə vəsaitləri kimə və hara xərclədikləri məlum deyil. Pulları bir cibdən digərinə atırlar. Milyonlarla vəsaiti öz mənafelərinə istifadə edirlər. Şəffaflıq yoxdur. Bu istiqamətdə olan prezident sərəncamları da kağız üzərində qalır”.(Azadliq.info)