SOCAR-ın illik ziyanı 1,7 milyard manatdır
2015-ci ildə SOCAR 1 milyard 785 milyon manat ziyanla işləyib.
Xeberinfo.com: Ancaq 2014-cü ildə şirkətin gəliri 1 milyard 274 milyon manat olmuşdu. Bu bilgilər şirkətin 2015-ci il üzrə hesabatında açıqlanır. 2015-ci ildə SOCAR-ın gəlirləri 33 milyard 103 milyon manat (azalma 16,6 faiz) olub.
Həmin ildə şirkətin əməliyyat mənfəəti isə 1 milayard 287 milyon (azalma 28,5 faiz) təşkil edib. SOCAR dövlət büdcəsinə isə 201 milyon manat (azalma 2,3 dəfə) mənfəət vergisi verib.
Hesabata görə, SOCAR-ın aktivləri 66 faiz artaraq 39 milyard 954 milyon manata düşüb.
SOCAR-ın öhdəlikləri artıb
Öhdəlikləri isə iki dəfə artıb – 25 milyard manata yüksəlib.
2015-ci ildə SOCAR-ın kapitalı 32,5 faiz artıb – 14 milyard 648 milyon manata çatıb. Şirkətin nizamnamə kapitalı 1 milyard 423 milyon manat (azalma 4,9 faiz), bölünməmiş mənfəəti isə 6 milyard 191 milyon manatdır (azalma 25,8 faiz).
2015-ci ildə şirkətin öhdəlikləri də iki dəfəyə yaxın artıb. Öhdəliklər indi 25 milayrd 306 milyon manat təşkil edir. Uzunmüddətli öhdəliklər 15 milayard 59 milyon (artım 2,5 dəfə), cari öhdəliklər isə 10 milyard 247 milyon (artım 48,7 faiz) manatdır.
Yarım milyard depozit
Hesabata görə, ötən ilin sonunadək SOCAR 3 Azərbaycan bankında 543 milyon manat depozit yerləşdirib. Bunun 461 milyon manatı Beynəlxalq Bankda, 32 milyon manatı “Xalq Bank”da, 50 milyon manatı isə “Paşa Bank”dadır. (Turan)