Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ADPU-da SON DURUM: Prorektor Fikrət Rzayevin Mütəllibovçuluq siyasi kursu, Universitetin müəllim və tələbə kollektivi tərəfindən böyük narazılıq dalğası

ADPU-da SON DURUM: Prorektor Fikrət Rzayevin Mütəllibovçuluq siyasi kursu, Universitetin müəllim və tələbə kollektivi tərəfindən böyük NARAZILIQ DALĞASI

Xeberinfo.com:   Azərbaycanda təhsil islahatları, bu sahədə hökm sürən problemlər aparılan işlər hər zaman cəmiyyətin diqqət mərkəzində olub. Çünki elə bir xalq ola bilməz ki, öz gələcəyi, dolayısı ilə təhsil sistemi üçün narahatlıq keçirməsin. Ölkəmiz müstəqillik qazandığı dövrdən indiyə qədər keçən zaman kəsimində təhsil sistemi enişli-yoxuşlu mürəkkəb bir yol keçib. İki fərqli sistemin harmoniyasından yeni, uğurlu bir təhsil sistemi formalaşdırmaq çətindir. Müasir dünyaya sürətlə inteqrasiya edən ölkəmizin təhsil sistemini yeni tələblər əsasında qurmaq, köhnə və müasir dünyagörüşlərinin qarşılığından yeni vətəndaş yetirmək təbii ki, mürəkkəb prosesdir. Lakin, nəzərə almaq lazımdır ki, islahatlar təkcə qəbul edilən qanunlarla, proqramlarla həyata keçirilmir. İslahatların ən birinci uğuru həm də onları həyata keçirməyə qadir olan müasir təfəkkürlü islahatçılardır.

Müstəqilliyimizin memarı, yeni Azərbaycanın qurucusu olan ümummilli lider Heydər Əliyev hər zaman təhsil sistemini dövlətin aparıcı prioritet sahəsi hesab edib. Hələ Sovet imperiyasının sərt təzyiqləri altında o, müstəqil Azərbaycanın təhsil sisteminin əsaslarını hazırlayırdı. Tarixin Ulu Öndərə verdiyi xilaskarlıq missiyası ilə hakimiyyətə dönüşündən dərhal sonra bu sahədə inqilabi dəyişikliklərin əsasları qoyuldu. Vaxtilə SSRİ-nin ali təhsil ocaqlarında çoxsaylı Azərbaycan ziyalı kontingentinə hamilik edən lider indi müstəqil ölkənin gələcəyi üçün çalışırdı. .

Azərbaycan ərazi baxımından kiçik ölkədir. Ancaq burada baş verən elə unikal hadisələr olur ki, dünyanın dörd bir çevrəsini dolaşsan, belə bərabərinə rast gəlmək mümkün deyil. Təsadüfi deyil ki, xalqımıza çox zaman şair təbiətli xalq deyirlər. Bu həm də bizim yaradıcı təbiətimizdən yenilikçi ruhumuzdan irəli gəlir. Hərgah bizlər bu yaradıcı qabiliyyətimizi, şair təbiətimizi doğru-düzgün istifadə etsəydik daha böyük nailiyyətlər qazanardıq. Lakin bütün bunlara baxmayaraq, "böyük" ideyaları çox zaman şəxsi maraqlarımıza qurban verdiyimiz üçün xalqımız onun bəhrəsini görmür, olsa-olsa bir neçə nəfər onun xeyrini görür. Amma, xeyrini deyirəm haa. Əslində jurnalist araşdırmamızın ictimai rəyi nəticəsində yaranan bu yazıyla mən təhsilimizi rüsvay edənlərin çılpaqlıqlarını özlərini idarə etdiyi sahəsinin "balaca padşahları" hesab edənlərin çirkin əməllərinin çox kiçik bir hissəsini ölkə prezidentinə, onun birinci xanımına çatdırıram.

Rublika.az saytına daxil olan məlumatlarda son vaxtlar Azərbaycan Dövlət Pedaqoji Universitetində baş verən ilginc olaylar - rüşvət, korrupsiya, tələbələrə qarşı olan ögey münasibətlər siyasi hakimiyyətdə baş verən dəyişiklik diqqətimizdən yayınmamışdır. Mütəllibovçuluqda ittiham olunan, eyni zamanda bu tellərə sıx bağlı olan universitetin Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Fikrət Rzayevin son vaxtlar tərbiyə işindən çox tədris işiniə maraqlı olması ortaya ciddi səbəblər qoyur. Elə bu baxımdan 30.06.2016-cı il tarixdə universitetdə keçirilən imtahan proseslərinə qeyri-rəsmi rəhbərlik etməsi komissiya heyyətinin yalnız onun diqtəsi ilə maraqları çərçivəsində fəaliyyət göstərməsi tələbələrin və böyük professor heyyətinin kütləvi şəkildə narazılığına səbəb olmuşdur. Əgər nəzərə alsaq ki, Apellyasiya Komissiyasının sədri, professor Asəf Zamanov imtahanlardan bir həftə əvvəl tələbələrə bir bal güzəşt etməsinə baxmayaraq, son anda Fikrət Rzayevin xüsusi tapşırığı ilə bu qərar ləğv edilir, bu qərar yalnız onun maraqlarına xidmət edən tələbələrə şamil olunur. Maraqlıdır, əvvəllər Moskva Dövlət Universitetinin Bakı filialında yüksək aylıq məvaciblə işləyən F.Rzayevi ADPU-nə az əmək haqqı almağa hansı yollar gətirir. Rektor olmaq iddiası baş tutmayan bu şəxsin nəzdində tələbə və müəllim heyyətinə "qıcıq" daha da artmağa başlayır. Bir şeyi də nəzərə almaq lazımdır ki, Təhsi Nazirliyi və universitet arasında "rabitə" rolunu oynayan Fikrət Rzayevin oğlunun da Təhsil Nazirliyində mühüm postlardan birini tutması və o da bunu universitetdə olduğu dekanlara nümayiş etdirməsi həm qorxunc, həm də gülünc vəziyyət yaradır. Magistratura təhsil pilləsinə nəzarət edən F.Rzayevin maraqları çərçivəsində qiymətlər tam olaraq şişirdilmiş, apellyasiya isə 6-7 bal qaldırılmışdır. Aidiyyatı qrumlardan mövzu ilə komissiya yaradılaraq nəzarətə götürülməsi bütün bu problemlərin yenidən baxılmasını zəzurət hesab edirik. 
Son vaxtlar universitetdə böyük qalmaqallar yaratmaq məqsədilə F.Rzayev tərəfindən yaş senizi məsələsi gündəmə gətirilir. Prorektor bu yaxınlarda universitetin 300-dən artıq əməkdaşının işdən çıxarılması ilə bağlı Təhsil Nazirliyinə təqdimat göndərib. Həmin 300 nəfərin arasında professorların, «91-lər»in, prezident təqaüdçülərinin, savadlı, peşəkar kadrların olduğunu bildirən mənbənin sözlərinə görə, Fikrət Rzayev yaş senzindən istifadə edərək «Əmək Məcəlləsi haqqında» Qanunun tələblərini kobud surətdə pozur. Belə ki, o, bizdə olan məlumatlara əsasən, universitetin böyük professor heyyətlərindən AMEA-nın müxbir üzvü Vəli Əliyevin, professor Himalay Qasımovun, professor Bəhram Ağayevin, professor Tamilla Feyzəliyevanın, professor Nadir Abdullayevin, professor Süleyman Məmmədovun, professor M.Muğuzovun və s. yaşı 70-dən yuxarı olan alimlərin universitetdən getməsində maraqlıdır. Bəs maraqlı deyilmi ki, bu dahiləri görəsən Fikrət Rzayev kimlərlə əvəz etmək istəyir? Məgər Azərbaycan elmi illərdən bəri bu şəxslərin töhfələrindən yararlanmırmı? 

Mövzu ilə bağlı jurnalist araşdırmalarımız davam edir. 

Nicat Mahmudov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam