Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ADPU rektorundan narazılıq

 

Rektor Yusif Məmmədovun tətbiq etdiyi qaydalar tələbələri problemə salıb, «Boloniya sistemi» bu təhsil ocağında «balon sistemi»nə çevirlib 

Xeberinfo.com:  Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU) ölkənin həyatında həmişə önəmli yer tutmaqla yanaşı, həm də «qan çanağı» kimi ad çıxarmağa başlayıb. JAM.AZ xəbər verir ki, hələ bir müddət əvvəl bu ali məktəbdə təhsil alan tələbələr rektorun yeni qaydalarına etiraz olaraq, aksiyalar keçirmişdilər. 

Həmin vaxt bir sıra tələblər irəli sürən tələbələrə basqılar edilsə də, onlar geri çəkilmədi və haqlarının bərpa olunmasına nail oldular. Qeyd edək ki, bu universitetdə başlayan proseslər sonradan Bakı Dövlət Universitetinə də sıçradı. Həmin ərəfədə daha çox universitetdə analoji halların təkrar olmaması üçün təcili tədbirlər görüldü.

Lakin görünən odur ki, ADPU-da yenidən tələbələrin etiraz aksiyalarına start veriləcək. JAM.AZ-a müraciət edən tələbələr bildirirlər ki, onlar rektor Yusif Məmmədovun atdığı addımlardan və qoyduğu qaydalardan ciddi şəkildə narazıdırlar. Tələbələr yazır: «Yusif Məmmədov universiteti şəxsi obyektinə çevirib. Ağlına nə gəldi tətbiq edir. Elə götürülək köçürülən təhsil haqlarını. Hamı bilir ki, ödənişli təhsil alan tələbələr oxuduğu ueniversitetə bu məbləğləri bank vasitəsi ilə köçürür. Digər universitetlərdə belə bir qayda var ki, tələbə təhsil haqqını istədiyi bankın filialına ödəyə bilər. Məsələn, tələbə təhsil haqqını «Kapital Bank»a ödəməlidir və hazırda Bakıda deyil, tutaq ki, Ağdamdadır. Bunun üçün onun Bakıya gəlməsinə ehtiyac yoxdur. Elə Ağdamda «Kapital Bank»ın yerli filialı vasitəsi ilə ödənişi edə bilər».

JAM.AZ-a yazan tələbələr bildirir ki, ADPU-da belə bir qayda yoxdur. Səbəbi də rektor Yusif Məmmədovun qoyduğu qaydadır. 
«Yusif Məmmədovun tələbi əsasında hər bir tələbə təhsil haqqını yalnız və yalnız Beynəlxalq Bankın Səbayel filialına köçürməlidir. Əks təqdirdə, ödəmə çekləri etibarsız sayılır və ya qəbul edilmir. Bizə maraqlıdır ki, niyə məhz Səbayel filialı? Niyə başqa filiallar yox? Yəqin, Yusif Məmmədovun burada konkret maddi maraqları var».

Tələbələr daha sonra ADPU-nun «Boloniya sistemi»nə keçid məsələsindən də yazıblar. JAM.AZ bildiriblər ki, bu sistemə keçidlə əlaqədar universitetdə birmənalı olaraq imtahanlar ya yazılı, ya da kompyuter vasitəsi ilə keçirilməlidir. «Ancaq ADPU-da rektor yenidən Amerika «kəşf» edib. Məsələn, tələbə əvvəlcə imtahanı kompyüterlə verir. Bütün suallara doğru cavab verdikdə, rektorun cəza maşını işə düşür. Bu cəza mexanizmi isə tələbələrin yazılı imtahan vermələrindən ibarətdir. Etiraz edənlər və ya razılaşmayanların imtahanının nəticələri ləğv olunur. 100 bal əvəzinə 71 bal (3,5 qiymət) yazılır. Heç bir universitetdə belə qayda yoxdur. Belə də haqsızlıq olar?»

Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam