Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ZORAKILIQ DAVAM EDİR


 

Xeberinfo.com:   Müstəqil dövlətimiz var, o gəncdir və demək olar ki, sürətlə irəliləyir.Ancaq müstəqil dönəmdə elə hadisələr baş verir ki, şəxsən mən təəssüf hissi keçirirəm. Əl-ələ vermək əvəzinə şöhrətli elm ocaqlarının birində -Fəlsəfə və Hüquq İnstitutunda didişmə, haqsızlıq və zorakılıq çoxdandır ki, baş alıb gedir.

“Xeberinfo.com” saytında (10.03.2016-cı il tarixdə) “Fəlsəfə və Hüquq İnstitutunda nələr baş verir?” mövzusunda yazı verilmişdi. Həmin yazıda baş verən hasızlıqları fəlsəfə elmləri doktoru Yadigar Türkel və İnstitutun əməkdaşı Yasəmən Qaraqoyunlu konkret ünvanları və yığcam formada səhvləri göstərib tənqid etmişlər.  

Bir vətəndaş olaraq məni narat edən isə müharibə şəraitində yaşadığımız dönəmdə əlbir olmaq əvəzinə, dövlətin idarə edilməsində və hüququ qaydaların nizamlanmasında başlıca rol oynayan bir institutda uzun müddət zorakılığın aradan qaldırılmamasıyla yanaşı onun get-gedə artırılmasıdır.

Mən elmi araşdırmalrından bələd olduğum fəlsəfə elmləri doktoru Yadigar Türkelin haqsız olaraq vəzifəsindən azad olduğunu biləndən sonra həmin saytda (“Fəlsəfə və hüquq institutunda fəlsəfə və hüquqdankənar idarəetmə”-sayt məqaləni bu adda vermişdir) və yaxud “Alimini cahilinin ayağına salan dünya” adında başlıqla 14.03.2016-cı il tarixdə çıxış edib öz etirazımı bildirdim. Bu yazımla qane olmayıb 31.03.2016-cı il tarixdə həmin saytda ətraflı olaraq “İdarəçiliy, işləməyi öyrənin” deyə  cıxış edib fikrimi oxuculara çatdırdım.

Ümid edirdim ki, institutda zorakılığa son qoyulacaq və f.e.d.Yadigar Türkel də işinə bərpa olacaq. Təəssüf ki, zorakılıq davam edirmiş. Yenə həmin saytda 06.04.2016-cı il tarixdə ”Fəlsəfə və Hüquq İnstitutunda dava” başlığı altında “Bu gün AMEA  Fəlsəfə və Hüquq İnstitutunda qarşıdurma olub”yazısı peydah oldu. Zorakılıq bu institutda o dərəcəyə çatıb ki, İnstituta polis çağırılıb, akt yazılıb və hal şahidləri də aktı imzalayıblar. Adamı ağrıdan hal odur ki, hüququ qaydaları institut nizamlasa da onlardan aşağı səviyyədə dayanan hüquq mühafizə orqanları Fəlsəfə və Hüquq İnstitutunda hüquq pozuntusunı araşdırır.

Bu azmış kimi Politoligiya və siyasi sosiologiya şöbəsinin əməkdaşı Ruşan Ələmşa o. Ruşanzadə İnstitutda baş verən hadisələr haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinə müraciət etməklə sanki yanan ocağın üstünə neft də töküb. Qoy Ruşan Ruşanzadə məndən inciməsin. O, bu formada müraciətini yazmasa daha yaxşı olardı. O,müraciəti ilə AMEA-nın rəbərliyinə, yoxsa işlədiyi institutun direktorluğuna, yoxsa institutdakı qoçularamı dərs keçirdi? R.Ruşanzadə yazmaq istəyirsə f.e.d. Y.Türkeldən, danışmaq istəyirsə institutun əməkdaşı Y.Qaraqoyunludan öyrənsə daha yaxşı olar. Müraciəti yazarkən fəlsəfi, siyasi kəlmələrin, tarixlərdəki filosofların adlarının sayını artırmaq və şəxsi münasbətləri oraya əlavə etmək yox, konkret və qısa olmalıdır ki, yazılan oxunsun.

Ruşan alimin yazdığı müraciət alim səviyyəsinə uyğun gəlməyən və ondan tam kənar olan cümləpərdazlıqdan (krasnobaystvo)başqa bir şey deyildir.

Cıxışlarında “türk” söslərindən istifadə edən f.e.d. Yadigar Tükelə irad tutan İnstitutun üzdən iraq alimlərinə xatırlatmaq istəyirəm ki, beşinci kitabımda “ Dilimizin adını geri qaytarmalıyıq- Fazil Qəzənfəroğlu haqlıdır” yazıb bunları qeyd etmişəm: ”Respublika əhalisinin 5-10 faizini təşkil edən qeyri türk millətinə görə milliyyətimizdən və dilimizdən imtina etməyib 1992-ci il dekabr ayının 22-də Milli Məclisin Azərbaycan Respublikasında dövlət dilinin “türk dili” olduğu haqqında qərarını bu gün öz qüvvəsində saxlamalıyıq”(səh.40-42).   

Ruşan alim bilsin ki, innstitutda mənim yaxın, uzaq qohumlarım yoxdur. Əsas arzum budur ki, İnstitut yaşasın, fəaliyyət göstərsin və bütünlüklə əməkdaşlar orada əl-ələ verib fəaliyyətlərini davam etdirsinlər. Digər arzum da budur ki, Yadigar kimi alimlərin sayı çox olsun ki, xaricilər millətimizi qul kimi alıb sata bilməsinlər.        

VAR-2

Xar- yalan əkdilər xəlvətxanada,

Şər-böhtan düzdülər dəftərxanada,

Zor hədyan yazdılar hüquqxanada,

Fəlsəfə elminə xor baxan da var,

Yadigar Türkelə şər atan da var.

 

İdrakı beynində, sözü dilində,

Baxışı elmində, düzü qəlbində,

Mayakı gözündə, əzmi genində,

Azad dil ölkədə korifey də var,

Müstəqil dönəmdə şəxsiyyət də var.

 

Səmtini bilməzə mayak olubdu,

Səhvini görməzə dayaq durubdu,

Dilsizli acizə soraq olubdu,

Hüquqda kərəmli bir insan da var,

Hər kəsə rəhimli bir hayan da var.

 

Elmində, dərkində bar istəkdədir,

Təfəkkür tərzində irz həvəsdədir,

Əməldə, görüşdə  nər nəfəsdədir,

Fəlsəfə elmində bir talant da var,

Qələbə fəhmində varidat da var.

 

Yazmağı öyrənin Yadigar bəydən,

Türk dili əxz edin Türkel dilindən,

Faydanı götürün  özəl elmindən,

Genindən saf- sağlam, yaradan da var,

Özüldən müstənkəm bir azman da var.

 

Deməyi götürün xanım -bəyimdən,

Görməyi öyrənin körpə verəndən,

Mərdliyi əxz edin örpək örtəndən,

Öz bitkin fikriylə sevilən də var,

Bir Ana mürvətdə Yasəmən də var,

 

Ayağı altında cənnət yaradır,

Örpəyi altında məskən saldırır,

Kərəmli əzada nəsil artırır.

Övladlar yetirən Analar da var,

Nəsliylə tanınan Yasəmən də var.

 

Lüğətdə: xar-tikan,qədir-qiyməti olmayan,hörmətsiz, sayğısız; xor-saymazlıq, etinasızlıq göstərmək; korifey-elm, incəsənət sahələrinin ən görkəmli nümayəndəsi; kəramət-alicənablıq, lütfkarlıq, əzizləmə, hörmət; bar-xeyir,mənfət, prob, əyar; hayan-kömək, köməkçi, yardımçı, hifz etmə; irz-namus, şərəf,yaxşı ad,şöhrət, ad-san; nər- qorxmaz, güclü; varidat-Yadigara aiddir;  müstənkəm-möhkəm; azman—çox böyük; mürvət-insanlıq, insana yaraşan sifət, mərhəmət, şəfqət kimi izah olunur.

 

İctimai quruluşu, cəmiyyəti 1.Zorakılıq-zülmkarlıq: tənəzzülə, xaosa-hərcmərciliyə, yoxsulluğa, qaydasızlığa, dağılmağa;

2.Xeyirxahlıq- lütfkarlıq: tərəqqiyə, inkişafa, xoş gələcəyə aparar.

Birinci hissə

Zorakılıq mən deyirsə ədalətə kim baxacaq,

Haqq kürsüyə zor sahibsə  kərəmliyə pəl qatacaq,

Həyasıza yol açıqsa  qaydalar da yox olacaq,

Yaramaza göz verilsə xeyir verən kor qalacaq,

Cəhalətə yol açılsa böhtan atan şər satacaq.

 

Baxılmasa əmanətə aldatmaqla ömür sürər,

Baxılmasa haqq dövlətə  talamaqla var götürər,

Baxılmasa qanunlara fırıldaqla qan sümürər,

Baxılmasa bəsirətə kal başlıqla bölgə bölər,

Baxılmasa təfəkkürə manqurtluqla ölkə sökər.

İkinci hissə

Xatırlanır Əliş kişi, şərəfli ad yazıb gedib,

Xatırlanır Sadıq kişi, şöhrətli şəxs olub gedib,

Xatırlanır Mehdi kişi, xalqına var verib gedib,

Xatırlanır Əyyub kişi, dünyada tanınıb gedib,

Xatırlanır Tofiq kişi kosmik elmi qoyub gedib.

 

Tarixlər xatırlar, yaddaşa yapar ər kişiləri,

Nəsillər axtarar, yenidən yazar əsatirləri,

Bilənlər ötürər, dərgiyə verər xoş dəyərləri,

Yasəmənlər ətir səpər,məst edər sevinənləri, 

Sadiqlər vəsf edər, özüldən mökəm Türkel bəyləri.

 


 

 

 

 



Əliş Ləmbəranski-Dövlət xadimi; Sadıq Rəhimov- Dövlət xadimi,

Mehdi Məmmədov-Az. KP MK-nın keçmiş əməkdaşı, Respublikada ilk müstəqil “AZƏRQUŞSƏNAYE” dövlət şirkətinin yaradıcısı;

Əyyub Tağıyev –Ümum dünya neft konqresinin daimi şurasında SSRİ-nin daimi nümayəndəsi, SSRİ Dövlət mükafatı laureatı ( 1942, 1947,1952);

Tofiq İsmayılov -Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradıcısı.

                    

Quliyev Elxan Sarı o.                                    

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam