Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Füzuli ziyalıları prezidentə müraciət etdi

 

 

Xeberinfo.com:  
Azərbaycan Respublikasının Prezidenti, Silahlı 
Qüvvələrin Ali Baş Komandanı 
cənab İlham Əliyevə
 
Hörmətli cənab Prezident!
Aprel ayının 1-dən 2-ə keçən gecə erməni hərbi birləşmələrinin təmas xəttində törətdiyi növbəti təxribat xarakterli hərəkətlərə, fitnəkarlığa layiqli cavab verən ordumuzun qələbəsi bütün Azərbaycan vətəndaşlarının, o cümlədən füzulililərin qəlbini qürur hissi ilə doldurdu. Rəşadətli Azərbaycan əsgəri ölkə Prezidentinə, Ali Baş Komandana sədaqətini, əsgəri anda sadiqliyini, hər an düşmənə layiqli cavab vermək iqtidarında olduğunu bir daha bütün dünyaya bəyan etdi. 
Sizin müdrikliklə söylədiyiniz "Azərbaycan güclü dövlətdir, onun güclü Ordusu var” sözlərinin həqiqət olduğu bir daha sübuta yetirildi. Erməni işğalçılarının törətdiyi təxribatlardan illərdir əziyyət çəkən və hər an ölüm təhlükəsi ilə üzləşən füzulililər artıq tam sakit, təhlükəsiz həyat sürəcəklərinə əmindirlər. Bu gün illərlə qəlbimizi bürüyən məğlubiyyət hissləri qələbə sevinci ilə dolub. Bütün bunlara görə Sizə Füzulinin sadə əmək adamları və ziyalıları adından dərin minnətdarlığımızı, məhəbbətimizi bildiririk. Biz Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyirik, hər an sizinləyik və xoşbəxtik ki, Ulu Öndərin arzuları həyata keçir, Azərbaycan xalqı xoşbəxt, firavan həyat sürür. 
Füzulililər bir daha əmin oldular ki, xalqı qoruya bilən güclü ordumuz və ölkəyə rəhbərlik edən müdrik prezidentimiz var. 
Allah Sizi qorusun!
Hörmət və dərin ehtiramla,
1. Füzuli sakini, Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzinin direktoru, Rusiya Federasiyasının Tibbi Texniki ElmləriAkademiyasının Akademiki, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Professor Qalib Qarayev.
2. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, Professor Arif Quluyev.
3. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, İqtisad elmləri doktoru, Professor Akif Musayev.
4. Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki, Riyaziyyat elmləri doktoru, Professor Hətəm Quluyev.
5. Təqaüddə olan Riyaziyyat elmləri doktoru, Professor Məmməd Məmmədov.
6. Azərbaycan İqtisad Universitetinin professoru, İqtisad elmləri doktoru, Professor Cəmilə Namazova.
7. Azərbaycan İqtisad Universitetinin professoru, İqtisad elmləri doktoru,
Professor Təranə Kərimova.
8. Azərbaycan Tibb Universitetinin professoru, Tibb elmləri doktoru, Professor Mübariz Əliyev.
9. Azərbaycan Tibb Universitetinin professoru, Tibb elmləri doktoru,Professor Nadir Hüseynov.
10. Azərbaycan Tibb Universitetinin assistenti, Tibb üzrə fəlsəfə doktoru, Müşviq Həsənov.
11. Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzinin şöbə müdiri,
Tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Qarayeva.
12. Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitunun şöbə müdiri , Tibb üzrə fəlsəfə doktoru Könül Qarayeva.
13. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Qospitalının həkim-ordinatoru, tibb üzrə fəlsəfə doktoru Günel Qarayeva.
14. C. Abdullayev adına Kardiologiya İnstitunun əməkdaşı tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam