Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fəlsəfə və Hüquq İnstitutunda nələr baş verir? VİDEO

yadigar-turkel

Alim mətbuat konfransında faktlar açıqladı

 

Xeberinfo.com:  AMEA-nın Fəlsəfə və Hüquq İnstitutundan işdən çıxarılan fəlsəfə elmləri doktoru Yadigar Türkel dünən Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.

İşdən çıxarılma səbəblərinə aydınlıq gətirən alim institutda baş verənlərə də toxunub. Onun sözlərinə görə, alimin kitabxanada olduğuna görə işdən çıxarılması absurddur. İnstitutun direktoru İlham Məmmədzadənin mətbuata açıqlaması əslində işdən çıxarılmanın gerçək səbəblərini ortaya qoyub.  İ.Məmmədzadə Yadigar Türkelin çapa hazırladığı Aleksandr Şepotyevin kitabına yazdığı ön sözdə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə çevriliş yoluyla gəlməsini vurğulamasını keçmiş prezidentin şərəf və ləyaqətini ləkələmək kimi qiymətləndirib. İşdən çıxarılmanın da gerçək səbəbi budur.

AMEA əməkdaşı Yasəmən Qaraqoyunlu Fəlsəfə və Hüquq İnstitutunda anormal mühit olduğunu bildirdi. “Burada alimlərə müxalifətçi damğası vurulur, “islahat” adıyla həmin alimlərə qarşı qarayaxma kampaniyası aparılır. Xeyli vaxtdır işi gedir, öz sözünü deyən, cəmiyyətdə baş verənlərə biganə qalmayan alimlərə qarşı mübarizə aparılır. Təsəvvür edirsinizmi, alimləri saytlara yazılar yazmaqda ittiham edirlər. Saxta diplomlu, plagiatlıqla alim olanlar başa keçib, indi onların yeganə məqsədi həqiqi alimləri, institutda işə can yandıranları, Azərbaycan uğrunda çalışanları Akademiyadan uzaqlaşdırmaqdır.

Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimli bu məsələnin Alimlər Birliyinin yığıncağında müzakirə olunduğunu bildirdi, Yadigar Türkelin işdən çıxarılmasının tamamilə qanunsuz olduğunu dedi: “Təklif etmişik ki, Yadigar bəyin çap etdirdiyi həmin kitabla bağlı elə institutda müzakirə açılsın, bu gün canfəşanlıq edən, ora-bura açıqlamalar verən, ittihamlar səsləndirən Xaliq Əhmədzadə də yığıncağa dəvət olunsun, orda sözünü desin”.

Jurnalistlərin suallarını cavablandıran Yadigar Türkel bildirdi ki, işdən çıxarılmasıyla bağlı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. O, eyni zamanda institutun əməkdaşı, mətbuatda təhqir dolu yazılarla çıxış edən Xaliq Əhmədzadə ilə bağlı bəzi faktları da konfrans iştirakçılarının diqqətinə çatdırdı:

– 1996-cı ildə Yasamal Rayon Məhkəməsində hakim Hidayət Süleymanovun sədrliyi ilə Xaliq Əhmədzadənin dələduzluq işinə baxılıb və məhkum edilib. Vəkili Qurban Məmmədov olub.

– 2006-ci ildə 128, 221-ci maddə ilə məhkum edilib (Azayev Yakub Aleksandroviçi ictimai yerdə döydüyünə görə 37-ci polis bölməsinin əməkdaşları saxlayıb).

– 2009-cu ildə 178.2.4 maddəsilə haqqında cinayət işi(11609) qaldırılıb, xəstə olması adıyla cinayət işi 19 aprel 2009-cu ildə dayandırılıb.

– 19 yanvar 2016-cı ildə iclas zalında Ruşən Ruşanzadəyə və alimlərə qarşı xuliqanlıq edib, 102-yə məlumat verilib. Yasamal polis idarəsinin 4 əməkdaşı hadisə yerinə gəlib. İş hazırda 28-ci polis bölməsindədir.

– Faiq və Xaliq Əhmədzadə qardaşları Xanbala Baxışovun mənzilini ələ keçirib, bu barədə internet resurslarda xəbər var.

– Adıgözəl Məmmədovun 3 kitabını öz adına çap edib. 183 səhifəni eynilə köçürüb? bu barədə Müəllif Hüquqları Agentliyinin 12 sentyabr 2013-cü il tarixli 437-3-5/8 saylı məktubu var. İndiyədən tədbir görülməyib. Xarici işlə naziri Elmar Məmmədyarovun adını saxta olaraq rəyçi kimi yazıb, bununla da ölkənin xarici siyasətinə əhəmiyyətli təsir göstərən əliəyriliyə yol verib.

Azadliq.info

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam