QONŞUN PİSDİR DEDİKDƏ, KÖÇ QURTAR YAXUD ÖL QURTAR
Xeberinfo.com: Qonşu və qonşuluq haqqında deyilmiş çoxlu fikir və deyimlər bizlərə atalardan bu günə kimi miras qalmaqdadır. Deyirlər: "Uzaq qohumdan yaxın qonşu yaxşıdır" Bu doğurdanmı belədir? "Gör qonşusu olmaq" sözü mahiyyət ehtibarı ilə bizlərə nəyi xatırladır? Bir az dərinə getsək buna müqabil qonşu sözü haqqında bəzən əks fikirlər də səslənir ki, Deyirlar:"Dişin ağrayır çək qurtar, qonşun pisdir köç qurtar, başın ağrıyır öl qurtar" Bəli, mən bu gün qonşu sözünün əks tərəfinə uyğun olaraq sizlərlə bölüşmək istədiyim həqiqətlə üz-üzəyəm. Beləki, qonşu sarıdan bəxtim gətirmədiyindən atalar demiş başım bərk ağrıyır, əfsuslar olsun ki, ölmək fikində deyləm.Sizırlərlə bölüşmək istədiyim məsələ bu gün mənim və mənim ailəmin sanki yaşam tərzinə çevrilib. Həyatda bir şeyə çox təəssüf edirəm ki, bəxtimə pis qonşu düşüb. Amma bu o demək deyil ki, qonşularımın hamısı pisdir. Allaha şükür aralarında çox yaxşı qonşularım da var. Lakin qeyzlə qeyd edirəm ki, gərək aralarında bir gözmüncuğu olsun ki, o da təsadüfən mənim payıma düşüb. Demək, mən və mənim ailəm Hüseyn Cavid prospektində yerləşən bina dörd, mənzil 75 -in daimi yaşayan sakinləriyik. Söz etdiyim qonşum isə, belə demək mümkünsə həmin ünvanda mənzil 73-də yaşayır yəni dördüncü mərtəbədə.
Nəzərinizə çatdırım ki, sozügedən mənzil 92-ci ildən bizim ailənin daşınmaz şəxsi əmlakı sayılır. Lakin,əvvəllər Şəkidə yaşadığımıza görə mahiyyət etibarı ilə həmin mənzilə yığışa bilməmişdik. Ev istismar olunmadığı təqdidə xərab olmasın deyə söz etdiyim mənzili müddətsiz vaxta bir ailəyə kirayə vermişdik. Əslində söz etdiyim qonşumla aramızda yaranan münaqişənin məğzini evimizdə yaşayan kirayəşinlər yaratmışdır. Belə ki, evimdən istifadə edən insanlar dəfələrlə məsuliyyətsizlik edərək sular verilən zaman çənin suyunu vaxtında bağlamadıqlarından alt qonşuya su düşmüşdür və bu səbəbdən dolayı aralarında saysız-hesabsız söz-söhbətlər meydana gəlmişdir. Amma onu da qeyd edim ki, həmin ailəyə dəymiş zərəri ödəmək üçün qonşusu sayılan həmin qadına mənim kirayəşinlərim pul ödəmişdir. Lakin gör qonşusu deyilən Veneradir bilmirəm nə eradır ödənmiş 300 dolları yeyib üstündən suyu içdiyindən evi təmir etdirmir. Dediyim bu faktlar isə mən öz evimin daimi sakini olduğundan sonra meydana çıxır. Qonşunun burnunda yaxşı iy qaldlğından hər il evi təmir etdirirəm adı ilə günü, bu günə qədər də mənim oğlumdan pul qoprmağa çalışır. Elə bu üzdən çoxlu sayda bahanələri bitmir. Bəzən evə çığır-bağırla hücum edərək bildirir ki, sizin uşaqlar niyə evdə haray salır, niyə bərk-bərk gəzir. Amma onun bəzi anormal hərəkətləri məndə şübhələr yaratdı və mənə hərdən elə gəldi ki, deyəsən bu qonşu dediyim şezofren xəstəsidir.Yəni dəlixanalaqdır. Çünki normal insan heç vaxt qonşu ilə belə münasibətdə olmaz. Sizlərə deyim ki, haqqında yazdığım qonşu ilə boyük qalmaqalı bu yaxında yenidən yaşadıq. Çünki bu hadisələr dəfələrlə, ən azı ildə üç-dörd dəfə təkrar edilirdi. Həmin o dediyim qonşuluğa yaramayan tək qızı ilə yaşayan başsız qadın yenə evini təmir etdirmək sevdasına düşür və adəti olaraq oğlumdan pul tələb edir. Mən isə dürüst jurnalist kimi həqiqəti önə çəkərək oğluma tövsiyə edirəm ki, bacarıqlı santexnik gətirsin.Belə də olur. Usta gəlir. Əslində gələn usta təcrübəli və öz işini bilən sovet dönəmində santexnika işləri ilə məşğul olan bir yaşlı mütəxəsix idi.Yəni onun bütün dediklərinə və təcrübəsinə inanmaq mümkün idi. Qeyd edim ki, usta isə baxış keçirən zaman öz bilik və bacarığını ortaya qoyaraq yaranan söz-söhbətdə yəni suyun biz tərəfdən düşmədiyini alt qonşuya israrla söylədi. Demək, qonşum Venera çirkin niyyətini həyata keçirmək üçün nə edib. O, öz təmirçiləri ilə əlbir, dilbir olaraq, öz tərəfində olan ana turbanı( ona STAYAK da deyirlər) nə niyətdən dolayı deşdirmək istəyibsə çatladıb. Həmin usta bizim vanna otağına baxış edən zaman suyun biz tərəfdən axmadığını qonşu Veneraya çatdırır və ustasının naşı olduğunu sübut edir. Niyyətinin hasil olmadığını görən qonşu xanım(heç xanım adı da dilimə gəlmir) şüvən salaraq oğlumu şərləmək üçün ona əl atır və yaşlı ustanı isə təhqir edərək evindən qovur. Bu arada oğluma böyük təşəkkür düşür ki, səbrini saxlaya bilib və imkan yaratmayıb ki, Venera öz məkrli niyyətini həyata keçirsin. İşin isə görünən tərəfi budur ki, həmin hadisə baş verəndə Mənzil İstismar Sahəsinin nümayəndəsi Ağalar müəllim olanları öz gözləri ilə görür. O zaman belə fikir yaranır ki,əgər məsələ belədirsə mənim oğlum hansı səbəbdən o DOLANDIRICIYA pul ödəməlidir? Məncə söhbət ortada qərəzli madiyyatdan gedir. Məlum məsələdir ki, söz etdiyim öz ləyaqətini bilməyən həmin qadın ustaları ilə birlikdə oğlumdan pul qoparmaq üçün tələ qurublarmış. Bu qadın mənim qonşum olsa da onun hansı mənəviyyatın sahibi olduğundan heç xəbərim olmayıb. Bu baxımdan həmin qadın haqqında bəzi araşdırmalar apardım və haqqında heç xoşa gələn fikirlər eşitmədim. Dedilər işverəndir, nə bilim nələr, nələr, gerisini daha yazmıram. Mən isə bu insanla heç vaxt salam-sağol etmədiyimdən nə o məni yaxşı tanıyırdı nə də, mən onu. Ancaq bir onu deyə bilərəm ki, gecənin bir aləminə kimi onun evindən heç səs-haray kəsilmir. Bir sözlə o əslində bütün qonşuları narahat edir. Evinə yığılanların kimliyindən xəbərimiz olsa da qonşu olaraq səsimizi çıxarmırdıq. Əlbəttə qonşular bir olsaydı öz haqlı narazılıqlarını aidiatı yerlərə şikayət etsəydilər bu gün o meydanda qalib kimi görünməzdi. Söhbət söz etdiyim fərdin mənəviyyatından gedir. O əslində heç başa düşməyib ki, arı yuvasına çöp soxub və onu nə gözlədyi aydın deyil. Bu qadın o qədər şəxsiyyətsiz, mənliksiz biridir ki, dəfələrlə evimə hücum edib, öz evimdə mənim şərəf və ləyaqətimi təhqir edib. Mən səsmi çıxarmamışam. Demişəm qonşudur, məndən kiçikdir öz səhfini yəqin ki, başa düşər. Çalışmışam ki, onu sakitcə başa salım və onun səviyyəsinə enməyim. Lakin bu insan nəinki, məni başa düşmək o heç özünü də başa düşmür. Neynək: "Meymun da su boğaza çıxanda öz balasını ayaqları altına qoyar" Daha mənim üçün qaradan artıq rəng yoxdur. Artıq özümü ona tanıtmağın vaxtıdır dedim. Aydın məsələdir ki,biz onunla bir binada qonşuyuq bizim hər an hər yerdə qarşılaşmağımız labüddür. Dağ dağa rast gəlməz deyərlər. Deyilənlərə rəğmən biz arada olan söz-söhbətdən sonra bu yaxında küçədə qarşılaşdıq. Düzü mən heç gözləmirdim ki, insan maddiyyatdan ötrü özünü bu qədər alçaldar. Bəs deməzsiz ki, bu dırnaqarası xanım küçənin ortasında hücüm etdi mənə. Əsəbimi nə qədər taraz saxlamaq istəsəm də, gördüm olmur. Bu insan küçənin ortasında mənə ağzına gələni dedi və hiss etdim ki, mənə əl atmaq istəyir. Baxmayaraq ki, mən onun anası yerində olan hicablı xanım idim. Hətta mənə dedi ki, səni harda görsəm bax beləcə rüsvay edəcəm.Bu insanın gözünü o qədər həyasızlıq örtmüşdür ki, hiss etdim ki, mənim başımdakı hicaba da əl atacaq. Əlbəttə mən özümü o yerə qoya bilməzdim. Baş verəcək olayı hiss etdiyim üçün onun qarşısında dayanmadım və yoluma davam etdim. Arxamca dediklərini bir bilsəydiz. Siz təssəvvür edin ki, mən hansı vəziyyətdə evə gəldim. Yaxşı ki, oğlum evdə yox idi. Əlbəttə məni belə vəziyyətdə görsəydi böyük qalmaqal yaranardı. Heç özümə gəlməmiş dilim, dodağım əsə-əsə Yasamal rayonunun sahə müvəkkili və bizim sahəyə nəzarət edən Qalib müəllimə zəng edib olanları ona danışdım və tələb etdim ki, tez ölçü götürsün. Hətta özüm qəzet redaktoru jurnalis olduğumu söyləyərək tələbimi daha çiddi şəkildə bəyan etdim və qeyd etdim ki, lazımı olçülər götürülməsə işə redaktoru olduğum qazet qarışacaq. Ona dedim məsələdən siz də halisiniz. Niyə bu vaxta kimi həyasız birisinin ağzını yuma bilmirsiz? Axı məsələ barədə oğlum sizi daha öncədən xəbərdar edib. Mən ona çatdırmağa çalışdım ki, sözügedən məsələyə laqeyidlik və tərəfkeşlik etsəniz hansısa bir cinayətin baş verməsənə təkan yaratmış olarsız. Niyə mənim balam əlini "it qanına" bulamalıdır? Qeyd etdim ki, oğlumun dünyaya gözünü yeni açan 3- cü övladı var. Mənim oğlum üç uşaq atasıdır. Niyə imkan yaradırsız ki, belə ləyaqətsizlər öz çörəyinin dalınca qacanlara ilişərək meydan sualasın . Siz vəzifə borcunuzdan və verilən səlahyyətlərdən maksimum istifadə edərək yaranmış bu və bunun kimi ocaqlara su tökməlisiniz. Niyə mənim oğlum bezərək əlindən xəta çıxarmalıdır? Bu insan zorla deyir ki, amandı vur ölüm. Niyə anlaya bilmirsiz ki, bu qadın analoğu olmayan biridir. Qalib müəllimin nəzərinə çatdırdım ki, mənim oğlumun ailəsi yaranmış vəziyyətə görə ansıgildə qalır. Bu gün həmin "həyasızka" mənim qabağımı kəsib, evimə hücüm çəkib şərəf və ləyaqətimi təhqir edirsə sabah da mən evdə olmayanda harda rastına düşsə gəlinə və uşaqlara hücüm edəcək. Qalib müəllimlə danışdığım müddətcə onu uyarmağa çalışdım ki, bu məsələdə diqqətli olsun. Onun nəzərinə çatdırdım ki, mən jurnalist olaraq əlimdə olan səlahiyyətlərdən istifadə edəsi olsam siz və sizin orqanın başı ağrıyacaq. Qalib müəllim isə dediklərimin müqabilində söz verdi ki, gəlin birdə mənim xatirimə "QONŞU" sözünə hörmətlə yanaşaq. Mən də öz tərəfimdən qeyd etdim ki, elə edin o qadın məni və mənim ailəmi görəndə yolun o biri üzünə keçsin və mənim gözümə görünməsin. Qalib müəllimə başa salmağa çalışdım ki, mən sizinlə bir vətəndaş, bir jurnalist, hətta bir insan olaraq, belə razılaşıram ki, o qadını şöbəyə dəvət edib dilindən iltizam alasız və tələb edib söz verdirəsiniz ki, bir daha öz şəxsi maraqları naminə şantaj yolu ilə məni və mənim ailəmi narahat etməyəcək. Mən də öz növbəmdə Qalib müəllimin fikrinə hörmətlə yanaşaraq günün tələbinə uyğun olaraq inanıram ki, sahə müvəkkili kimi öz vəzifə borcuna diqqətli yanaşaraq mən və minim ailəmin başına gətirilən ouynları aradan qaldırmaq üçün əlindən gələni əsirgəməyəcəkdir. Yeməkdən ümid yaxşıdır deyərək sizlərdən ayrılıram hörmətli oxucular. Gəlin sizinlə birgə gözləyək görək bu xamır nə qədər su aparacaq???.
P.S. Cəmiyyətin düşdüyü duruma baxın. Əslində bu və bunun kimi hallar əvvəllər də olub, lakin beləsi ilə qarşılaşmaq ağıla gəlməyən bir göstəricidir. Bəli, əslində yaxşı qonşular da var ki, belə deyirlər atalar " Uzaq qohumdan yaxın qonşu yaxşıdır" Hörmətli oxucular bəlkə də, yazdıqlarım coxunuzun ürəyindən xəbər verdi. Çünki yaxşı qonşu lotereya kimi bir şeydir. Kimin bəxtinə düşüb udsa nə gözəl..
TƏRANƏ ŞƏMS.