Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Mir Cəlal küçəsində qanunsuz tikintiyə hansı məmur icazə verib? -VİDEO

Binəqədi rayonu, Mir Cəlal küçəsində qızğın inşaat işləri aparılır. Yerli sakinlər iddia edirlər ki, ərazidə görülən işlər qanunsuzdur: nə müvafiq dövlət orqanlarından tikintiyə icazə verilib, nə də təhlükəsizlik normalarına əməl olunur.
Yenixeber.org: Qanunsuz tikinti bir müddət öncə aidiyyatı orqanlar tərəfindən dayandırıldığı bildirilmişdir. Lakin bu gün qanunsuz tikinti işləri aparıldığı məluma olub.
Bu barədə Xalq -a verilən məlumatda qeyd edilib ki, tikinti icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə “razılaşma” əsasında aparıldığı bildirilir. zonası birbaşa yüksək gərginlikli elektrik xətlərinin altındadır. Bu qanunsuz aparılan tikinti prosesində normativ tələblər gözlənilmir, əraziyə səs-küy yayılır, yaxınlıqdakı evlərdə yaşayanların gündəlik həyatı pozulur. Toz-torpaq, səs-küydən bezən sakinlər dəfələrlə narazılıqlarını da bildiriblər. Ancaq onların narazılığına reaksiya verən dövlət qurumu yoxdur.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Binəqədi rayonu Mir Cəlal küçəsində hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.
Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinin münasibət öyrənmək mümkün olmadı. Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.(Xalq.online)
Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
VİDEO LİNKDƏ:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam