Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Hacı Qalib Qod Nisanovun adamı tərəfindən təhdid edildiyini deyir -Sensasiya

bitmap-img6

"Dünən Qodun (Qod Nisanovu nəzərdə tutur - E.M) adamı Səid zəng eləmişdi. Qodun adından danışdığını dedi. Deyir ki, Qoda deyiblər get oranı al, o da alıb", bu sözləri Hacı Qalib Salahzadə deyib. 
Yenixeber.org: Onun sözlərinə görə Qod Nisanovun əlində olan sənədlər digər əraziyə aiddir: "Qodun adından danışan Səidə də dedim ki, o sənədlər mənim 4 hasarımın içində olan torpağa aid deyil. Həmin sənədlər mənim hasarımın arxasında, dənizə tərəf olan torpağa aiddir. Səid mənimlə təhdidlə danışır, deyir, Bakıda 4 min nəfər işçisi var. Mən də dedim ki, 4 min yox, 40 min nəfər də olsa, bizə aid torpağı verən deyilik”.
Yada salaq ki, Bakının Bilgəh qəsəbəsində illərdir davam torpaq davasının mərkəzində Hacı Qalib Salahzadə dayanır. O, Musavat.com-a deyib ki, adını çəkmək istəmədiyi generalla 30 ilə yaxındır ki, məhkəmələrdə çəkişib: "Həmin general bir şey eləyə bilmədi, indi də Qod Nisanovu qabağa veriblər, onun "podstavnoy" adamının əli ilə torpağı ələ keçirmək istəyirlər. Mən də məcbur olub Bakıdakıları qoyub Moskvadakılarla döyüşürəm".
Söhbət Bilgəh qəsəbəsində yerləşən, sovet dövründən qalma böyük bir bağ sahəsindən gedir. İddialara görə, bu torpaq sahəsinin ilkin sahibi vaxtilə Rəsul Quliyev olub. Lakin sonradan həmin ərazi üzərində mülkiyyət hüququnu Hacı Qalib Salahzadə və onun ailəsi də irəli sürüb.
Hacı Qalib Salahzadə və onun qohumları torpaq sahəsinin onlara vərəsəlik və mülkiyyət hüququ əsasında çatdığını sübut edən sənədləri təqdim etdiklərini deyirlər.
Ötən il Hacı Qalibin xalası Lətifə Əliyeva  Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə rəsmi məktubla müraciət edib. Həmin məktuba Hacı Qalibin dayısı, 1945-ci il təvəllüdlü Əminağa Camalov imza atıb.
Əminağa Camalov yazır ki, anası Kübra Mirəbdül Hüseyn qızı Camalovaya məxsus olmuş və vərəsəlik üzrə ona çatan bağ sahəsinə 26 ildir daxil ola bilmir:
 “Bağa girişə qadağa qoyulub, məcbur olub redaksiyalara müraciət etmişəm. 2009-cu ildə Sabunçu Rayon Məhkəməsində hakim Nilufər Cəfərlinin sədrliyi ilə bu işə 3 dəfə baxılıb. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyev “zakaz” qəbul edərək, artıq qüvvəyə minmiş qərarı ləğv edib. Halbuki həmin qərar Sabunçu Rayon Məhkəməsinin hakimi Rahib Salmanov tərəfindən çıxarılmış və 7 ay öncə qüvvəyə minmişdi”.
Camalovun sözlərinə görə, həmin dövrdə Apelyasiya instansiyasında qərarın dəyişdirilməsinə “bir generalın şəxsi müdaxiləsi” səbəb olub.
“Söhbət 60 sotdan yox, 25 milyon dollardan gedir”
Əminağa Camalov məktubunda sensasion iddialar da səsləndirib: “Bu, 60 sot torpaq davası deyil. Söhbət 25 milyon dollarlıq ərazidən gedir”.
Dayısı həmçinin qeyd edir ki, 2009-cu ildə məhkəmə materialları aydın şəkildə göstərir ki, mübahisəli torpaq sahəsi Rəsul Quliyevə aid deyil, Abşeron rayonuna aid ərazidə yerləşir və sənədlər Hacı Qalib Salahzadənin ailəsinə məxsusdur.
 Musavat.com-a danışan Hacı Qalib Salahzadə deyir ki, torpaq davası 30 ildir davam edir, bu illər ərzində onu dəfələrlə məhkəmələrdə süründürüb, təzyiq altında saxlamağa çalışıblar:
 “Adını çəkmək istəmirəm, amma həmin general illərlə məhkəmələrdə bu torpağa görə mənimlə çəkişib”.
Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam