Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Abşeronun milyonçu icra nümayəndəsi: Şahlar Həsənov Masazırı necə satır? -TƏFSİLAT

bitmap-img6

Abşeron rayonun bir çox qəsəbəsələrində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz fərdi evlərin, obyektlərin tikintisi artıq adi hal alıb.
Yenixeber.org: Rayon icra hakimiyyətinin himayəsi və qəsəbə icra nümayəndələrinin havadarlığı altında son illər maklerlər tərəfindən minlərlə qanunuz evlərin tikilməsi göz önüdədir.
Bildirək ki, Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi ev və obyektlərin kütləvi tikildiyi ərazi Masazır qəsəbəsidir.
Hazırda Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində və magistral su xəttlərinin üzərində yüzlərlə heç bir sənədi olmayan, ancaq Abşeron icra hakimiyyətindən “icazə”si verilən və qəsəbə icra nümayəndəliyi tərəfindən himayə edilən evlər tikilməkdədir.
Xalq-a daxil olan məlumata görə Masazır qəsəbəsində tikilən bütün sənədsiz fərdi evlərin tikintisinə qəsəbə icra nümayəndəsi Şahlar Həsənov “nəzarət” edir.
Belə ki, qəsəbədə ev tikintisinə Abşeron rayon icra hakimiyyətindən icazə alınmasında “vasitəçi”lik missiyası Şahlar Həsənova tapşırılıb.
İddia olunur ki,  Masazır qəsəbəsində sənədsiz fərdi ev tikintisinin icazəsi 4-5 min manat arasında dəyişir.
Ötən illər bu rəqəm 2-3 min manat idi, ancaq Abidin Fərzəliyev dövründə qiymətlər artıb.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi evlərin tikintisinə himayədarlıq edən Masazır qəsəbə icra nümayəndəsi işləyən Şahlar Həsənov milyonçuya çevrilib.
Təkcə Masazır qəsəbəsində Şahlar Həsənov məxsus ancaq qardaşının adına sənədləşdirdiyi onlarla obyekt mövcuddur.
Mətbuatda təkzib edilməyən məlumatlara görə Şahlar Həsənov Masazırdakı kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qardaşı vasitəsilə onlarla fərdi ev tikdirərək satdırıb. Aylıq əmək haqqısı 800 manat olan qəsəbə icra nümayəndəsi Şahlar Həsənovun varidatı bir neçə milyonla ölçülür.
Məsələ ilə bağlı Masazır qəsəbə icra nümayəndəsi Şahlar Həsənovdan və rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.
Yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırıq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam