Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Binəqədi İcra Hakimiyyətinin baş məsləhətçisi milyonluq obyektə sahibdir -DE-FAKTO

bitmap-img6

Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları artıq adi hala çevrilib. Dövlət qrumlarında işləyən məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir.
Yenixeber.org: Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatın Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Dəmirli Seyfəddin Allahverdi oğlu dəyəri bir neçə milyon manat olan obyektə sahibdir. 
Əldə etdiyimiz məlumata görə Binəqədi rayon İcra Hakimiyyəti Aparatın Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Seyfəddin Allahverdi oğlu Dəmirli öz adına Bakı şəhəri Nərimanov rayon Əhməd Rəcəbli 186 ünvanında 4 mərtəbəli bir neçə milyonluq obyektə sahibdir. 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, tikinti sahəsi 604.2 kvadrat olan 4 mərtəbəli zirzəmili, mansardalı obyektə 07584 nömrəli istismara hazırlıq rəyi FHN tərəfindən 23.06.2025-ci ildə verilib.
Ümumi sahəsi 3426.72 kvadrat olan obyektin hazırkı bazar qiymətinin  5 milyon manatdan çoxdur.    
Bildirək ki, Seyfəddin Dəmirli 2022-ci ilin iyul ayından Binəqədi Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) vəzifəsinə təyin edilib.
O, əmək fəaliyyətinə 15.03.2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Bakı 6 nömrəli Yol İstismarı” MMC-nin sahə rəisi kimi başlayıb.(afakt.com)
Qeyd edək ki, Seyfəddin Dəmirli uzun illər vəzifədə çalışmış Allahverdi Dəmirovun oğludur.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam