Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Anti-millət vəkili: Kamaləddin Qafarovun başı milyonlarına qarışıb –Şirkətlər, tenderlər, obyektlər...  

Anti-millət vəkili: Kamaləddin Qafarovun başı milyonlarına qarışıb – Şirkətlər, tenderlər, obyektlər...   

          DEPUTAT ŞƏRİKİNƏ ARXAYINDIR
 
Yenixeber.org: Azərbaycanın ictimaiyyətinin tanıdığı iki Kəmaləddin var. Onun biri deputatdır - Qafarov Kamaləddin. Lakin onu millət vəkili statusundan daha çox oliqarx-biznesmen kimi tanıyırlar. Çünki Kamaləddin Qafarovun parlamentdə çıxışlarını eşidən, seçicilərin problemlərini qaldırdığını görən olmayıb. Onun mətbuatda çıxışları isə əvvəlcədən yazılmış, xüsusi hallarla bağlı olur. Amma media resurslarını eşələyəndə Qafarov barəsində olmazın informasiyalar qarşımıza çıxır.
Bəlli olur ki, Qafarov Binəqədi seçicilərinin yox, biznesinin deputatıdır. Hazırda ölkədə biznesi stabil, rentabelli, genişlənməkdə olan tək-tük məmur, ya da deputat tapmaq olar. Onların əksəriyyəti əlində olan-qalanı qorumağa çalışır. Ancaq K.Qafarovun biznesi gündən-günə inkişafdadır. Nədir bunun səbəbi? Rubrika.Az bu suala aydınlıq gətirməyə çalışıb.
Həmçinin demək lazımdır ki, Qafarov deputat toxunulmazlığı hesabına bu biznesi də sığortalamaqdadır. Halbuki qanun millət vəkilinə kommersiya fəaliyyətini qadağan edir. Bununla belə sözügedən deputatın kommersiya nədir, nəhəng biznes imperiyası mövcuddur -xüsusən də dərman sahəsində.
Harada görünüb ki, millət vəkili xalqdan səs istəyə, millətin parlamentdə təmsilçisi ola, sonra millətə dərman satıb varlana. Bunu K.Qafarov bacarır. Ancaq parlamentdə bircə dəfə ağzını açıb danışmaz, dövlətin, xalqın milli-sosial maraqlarına uyğun bur mövzunu tribunadan səsləndirməz. Baxmayaraq ki, kifayət qədər ciddi hadisələr baş verir və Azərbaycan üçün təhdid yaradan proseslər cərəyan etməkdədir: istər Ermənistanda revanşizmin körüklənməsi, Rusiyada bəzi dairələrin anti-Azərbaycan addımları, cənub qonşumuzda dəhşətli müharibənin getməsi, ölkədə əhalini narahat edən məsələlər... - bunların heç birində K.Qafarovun bir siyasətçi, bir deputat kimi münasibətini, reaksiyasını görə bilməmişik. Ancaq Qafarovun deputat olduğu yaddan çıxıb, başı biznesə qarışıb. Dediyinə görə şərikinə arxayındır.
Biznesinə gəldikdə, deputatın əsas biznes subyektlərindən biri "Azəru Med" Qapalı Səhmdar Cəmiyyətidir (QSC).
Rubrika.Az bu mövzuda media resurslarını araşdıraraq dəqiqləşdirib ki, bu şirkət adına əsasən dövlət satınalmalarında rast gəlinir. Tibbi ləvazimatlar və avandanlıqlarını satışını həyata keçirən "Azəri Med" QSC əsasən MOM-un tenderlərini qazanır. Şirkətin qazandığı tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri adətən milyonlarla manat olur. 
Bundan başqa, "Azeri Med" "Tibbi Market"iləvazimatlar və avadanlıqlarla təzhiz edir. Deputat indiyədək bu iddiaları təkzib etməyib. 
Bakıda fəaliyyət göstərən "Versal Palace" şadlıqsarayının da deputata məxsus olduğu bildirilir. Şadlıq sarayı "Versal Palace" MMC kimivergidə qeydiyyatdadır. Bu MMC-nin qanunitəmsilçisi Qafarov Cəlaləddin Nəsrəddinoğludur. Bu şəxs Kəmaləddin Qafarovunqardaşıdır. 
Deputata aid edilən başqa şirkətlər də var. Bunlar "Versal Palace" MTK, "Kanon" MMC,"Shafran" MMC, "Avestafarm" MMC, "Mega Pharmacy" MMC, "Naturalist" Fərdi Firması, "Helios Paharma" MMC və "Salidont LTD"-dir. Son iki şirkət Azərbaycandan kənardayaradılıb. 
Milli Onkologiya Mərkəzinin baş direktormüavini olan deputatın biznesi tək bununlaməhdudlaşmır. Qafarovun biznesi bununlayekunlaşmır. Onun ayrıca Əhməd Rəcəbliküçəsindəki “AzeriMed Tibbi Market”i də tibbiləvazimatların və
avadanlıqların satışını həyata keçirir. Bundanbaşqa, o, “ZƏFƏRAN” apteklər şəbəkəsi və“ZƏFƏRAN HOSPİTAL”ı da idarə edir. Onundaha bir ailə şirkəti – “AZƏRİ MED-MNK” MMC deputatın qeydiyyatda olduğu evi hüquqiünvan kimi göstərib.
Qafarovun biznesi təkcə Azərbaycana sığmır. O həm də ölkə hüdudlarından kənara çıxıb. Məsələn, “HELİOS PHARMA LTD” Gürcüstanda əczaçılıq sahəsində fəaliyyətgöstərir. Şirkət Kəmaləddin Qafarovun əmisioğlu Hüsaməddin Qafarovun adına olub. Lakin 2018-ci ildə şirkət Canilya Qafarovanın(sənədlərdə Cəmalə kimi qeyd olunub) adınarəsmiləşdirilib. Xaricdəki ikinci şirkət isə“SALİDONT LTD”dir ki, 2019-cu idə CənubiKiprdə təsis edilib. Şirkətin idarə olunmasıPatricia Stilianoya həvalə edilib.
Rubrika.Az bildirir ki, Qafarovlar ailəsihəmçinin “Kanon” apteklər şəbəkəsinə sahibdir.Hətta Milli Onkologiya Mərkəzinin (MOM) keçirdiyi tenderlərin əvəzolunmaz qalibi “AzəriMed” Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Naxçıvan Muxtar Respublikasında da keçirilənsatınalma müsabiqələrini də “fəth” etməyə başlayıb. Bu ilin əvvəlində şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin (TTYX) regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyasınıntəchizatının gücləndirilməsinə dair mallarınsatın alınması ilə bağlı keçirdiyi tenderin qalibiseçilib. Tərəflər arasında bağlanacaq satınalmamüqaviləsinin maliyyə dəyəri 1 760 350,81 manatdır.
Ümumiyyətlə, K.Qafarov adını internet resurslarında axtarış verəndə demək olar ki, ancaq biznesi haqda xəbərlər rastımıza çıxır. Necə bir deputatdır ki, fəaliyyəti, seçicilərlə görüşləri, çıxışlarından daha çox şirkətlərinin tenderləri, biznes subyektləri barədəməlumatları görmək olur. Bu da Qafarovun anti-millət vəkili fəaliyyətinin nəticəsidir. Bununla belə, biz hörmətli deputata öz media səhifəmizdə yer verməyə, suallarımızıünvanlayıb cavablarını dinləməyə hazırıq.(rubrika.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam