Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Adı olan, fəaliyyəti olmayan qurum — Deputat ianələri mənimsəyir?/İLGİNC

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti ilə bağlı narazılıqlar mövcuddur. Cəmiyyətin sədri, deputat Novruz Aslanın adı maliyyə şəffaflığı ilə bağlı ciddi iddialarda hallanır. Əsas iddialardan biri ianə qutularından toplanan vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, hətta, birbaşa sədrin şəxsi maraqlarına xidmət etməsi ilə bağlıdır.
Yenixeber.org: Məsələ ilə bağlıtanınmış hüquqşünas, maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bunları deyib:


“Bu qurum mən bildiyim qədər ictimai təşkilatdır. İctimai təşkilatdırsa, hesabatını açıqlamalıdır. Açıqlamırsa, bu ondan xəbər verir ki, orada nəsə qaydasında deyil. Bilmirəm kimlər bu quruma ianələr verir, söhbət hansı məbləğlərdən gedir? 

Adından göründüyü kimi, bu təşkilatın işi yardım etməkdir, onlardan tələb etmək lazımdır ki, öz maliyyə hesabatlarını açıqlasınlar”.

"Ağ Partiya" sədri Tural Abbaslı indiyədək sözügedən qurumun hər hansı yarım kampaniyaları keçirdiyini görmədiyini bildirib:


“Bu qurumun fəaliyyəti ilə bağlı çox məlumatım yoxdur. Beynəlxalq Qızıl Aypara Cəmiyyətinə tabedirlər, yoxsa qeyri-hökümət statusundadır, konkret məlumatım yoxdur. Amma Azərbaycanda fəaliyyət göstərən bir çox qurumlar kimi, bunların da fəaliyyətində şəffaflıq axtarmaq düzgün olmaz. 

Azərbaycanın harasında siz Qızıl Ayparanın aktivliyini görmüsünüz? Hanısa uşaq evində, yardıma ehtiyacı olan qazilərin evində, şəhid ailələrinin yanında görmüsünüz? 

Yaxud hansısa kampaniyaların təşkilində? 

Məncə elə ad olaraq qalır orada o qurum. O ad altında hansı işlərlə məşğul olurlar, bilmirəm. Hər halda Azərbaycanda bu qurumun fəaliyyəti görünmür, Türkiyədəki qədər deyil”.(demokrat.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam