Anti İnhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Gömrük Komitəsinin daha iki tenderini ləğv edib.
Yenixeber.org: Hər iki tender bir gündə ləğv olunub, səbəbi isə qanunların pozulması göstərilib.
Qeyd edək ki, həmin tenderlərdən hər ikisi DGK-nın “Azərterminalkomples” Birliyi tərəfindən reallaşdırılıb. Onlardan biri 65.818 manat dəyərində olan hədiyyələrin alınması ilə bağlı olub. Rəsmi portalda qeyd edilir ki, DGK əməkdaşlarına bu məbləğə kompyuter aksesuarları, stol ləvazimatları, kolleksiya əşyaları, ev qabları, məişət içkiləri, geyim aksesuarları, köynəklər və saatlar almaq istəyirmiş.
“Azərterminalkomples”in ləğv edilən ikinci tenderi isə fərdi qoruyucu vasitələr və dezinfeksiya edici ləvazimatların satın alınması ilə bağlı olub. Bu məqsədlə 92.703 manat ayıran Birlik, qanunların tələblərini düzgün yerinə yetirmədiyi üçün istəyini reallaşdıra bilməyib.”Azərterminalkompleks” Birliyinin rəhbəri general-mayor Kənan Aşurludur.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırovdur.(xalq.az)