Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

 Səməd Seyidovun qohumu dələduzluqda ittiham olunur:“DEDİ Kİ, 8 MİN MANAT VER, HƏLL EDİM…” 

         “DEDİ Kİ, 8 MİN MANAT VER, HƏLL EDİM…” -
Bakı şəhər sakini Tərlan Məmmədov tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Yenixeber.org: Şikayətçi iddia edir ki, tanışı Paşayev İlqar Yadulla oğlu (Paşayev İlham Yadulla oğlu) özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək, 8 min manat pulunu mənimsəyib

“Hörmətli redaksiya!
Yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Deməli, MİQ imtahanları başlayan vaxt, qohumluğumda olan şəxs məndən Təhsil Nazirliyində tanışımın olub-olmadığını soruşdu. Qohumum istəyirdi ki, istədiyi yerə düşsün, bu səbəbdən də nazirlikdə ona kömək edəcək şəxs axtarırdı. Bu vaxt mən adını İlqar bildiyim tanışımla əlaqə saxladım. O, mənə özünü Səməd Seyidovun qaynı kimi təqdim edərək, bildirdi ki, narahat olma, həll olunası məsələdir. Bu işin icrası üçün bizdən 8 min manat tələb etdi. Biz də həmin məbləği ona verib, problemin həll olunmasını gözlədik.
Lakin cavablar çıxdı, qohumum imtahandan keçərək, başqa bir yerə düşdü. Qohumum bu işin baş tutmadığı üçün verdiyi pulu tələb etdi. Mən də İlqar adlı şəxsə zəng vurub pulu geri istədim. “Mənə bildirdi ki, mən Səməd Seyidovun (Xarici Dillər Universitetinin keçmiş rektoru – müəl.) qohumuyam, get əlindən gələni et”. Həmin vaxtdan etibarən biz ondan pulu ala bilmirik”.

Məsələ ilə bağlı Paşayev İlqar Yadulla oğlu (Paşayev İlham Yadulla oğlu) ilə əlaqə saxlamağa çalışdıq. Telefon zənglərimiz cavabsız qaldı, daha sonra isə telefonuna zəng çatmadı.
Jalə FAMİLQIZI,  hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam