Redaktor seçimi
Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova qanunları belə tanıyır -
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputat… -
RUSLARIN QAFQAZ ƏNDİŞƏSİ… -
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti -
Qoşqar Təhməzlinin məktubu “Dumanlı Albiona”ya bənzədildi:  Bu hadisənin səbəbkarlarından birincisi Sizsiniz! -
Sabirabaddakı  “OMEQA” Klinikası ilə Qazaxın icra başçısını nə bağlayır?-
Abdin Fərzəliyev Qarabağ qazisini ölkə xarici edir... -
Qoşqar Təhməzli, daha nə olmalıdır ki, Sizdən "səs çıxsın" –
Günün xəbəri

Bu da Anar Məmmədovun "Zizi" şirkəti -Maltada qeydiyyatdan keçib...

          Bu da Anar Məmmədovun daha bir şirkəti -
Ziya Məmmədovun oğlu Maltada 3 il əvvəl açdığı şirkətin adını "Zizi" qoyub. Bilmirəm yaxınları keçmiş nəqliyyat nazirni "Zizi" çağırırlar yoxsa yox, amma Anar Məmmədovun seçdiyi ad məşhur kofe brendlərindən birinə aiddir və eyni adda dünyanın bir sıra ölkələrində kafeteriyalar fəaliyyət göstərir.
Yenixeber.org: Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb:
Malta Biznes Qeydiyyatı Dövlət Agentliyinin sənədlərinə görə Ziya Məmmədovun oğlu "ZIZI FOOD COMPANY LIMITED"i 2020-ci il fevralın 5-də 1200 avro nizamnamə kapitalı ilə Valettada qeydiyyatdan keçirib.
Lakin bir müddət sonra Anar Məmmədov şirkətin adını dəyişdirərək onu AKSON ENERGY LIMITED adı ilə yenidən qeydiyyatdan keçirib.
Şirkət Valettanın Lucia küçəsi 147/ünvanında hüquqi qeydiyyatdadır. Nizamnaməyə görə şirkətin təsisçisi İngiltərənin ən bahalı yaşayış kompleksi olan 1, HYDE PARK APARTMENT B062 100 ünvanında daimi qeydiyyatda olan Azərbaycan vətəndaşı Anar Məmmədov (pasport seriyası: C01662717), onun tərəfdaşı isə 25 il Maltada qeydiyyatdan keçmiş G M CORPORATE AND FIDUCIARY SERVICES LIMITED şirkətidir.
Yeri gəlmişkən, Anar Məmmədovun Maltada ən azından daha iki şirkəti var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam