Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azay Quliyevlə bağlı Baş Prokurorluğa çağırış edildi:“Fəaliyyəti araşdırılsın”

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin sədri Azay Quliyevin fəaliyyətinin araşdırılmasını tələb edir.

Yenixeber.org: Təşkilat bildirir ki, son günlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində baş verən korrupsiya halları ilə bağlı etirazlar səngimir.

“Heç kimin şübhəsi olmasın ki, nə qədər Azay Quliyev kimi korrupsionerlər o agentliyin başında olacaqlar, o vaxta kimi də orada korrupsiya halları səngiməyəcək”, – deyə təşkilat rəsmi səhifəsində bildirib.

Təşkilat ölkənin Baş Prokurorluğuna da müraciət edib.

Bildirib ki, Baş Prokurorluq Agentlikdə korrupsiya halları ilə bağlı mütləq araşdırmalara başlamalıdır.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi sədri Fikrət Cəfərli “Arqument.az”a belə bir çağırış etdiklərini təsdiqləyib.

O deyib ki, Agentliyin qeyri-şəffaf fəaliyyəti 10 ildən artıqdır müzakirə olunur.

Azay Quliyev isə 2008–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri vəzifəsində çalışıb.

2021-ci ildə Şuranın adı dəyişib, Agentlik adlandırılıb.

Azay Quliyev də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri təyin olunub.

O, 13 ildir ki, bu vəzifədə çalışır.(arqument.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam