Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Onun analıq haqqını qaytarın

                               

 

                                                             Onu  intihara məcbur etməyin

     Min illər göz bəbəyi kimi qoruyub bu günə kimi yaşadıb,uca tutduğumuz bir milli adət-ənəmiz var ki,o bizi bir çox millətlərdən köklü surətdə və yaxşı mənada fərqləndirir.Bu ailəyə müqəddəslik kimi baxmağımızdır.Çox təəssüf ki,son vaxtlar bu müqəddəslik öz dəyərini itirməkdə,unudulmaqdadır.Bunu TV kanallarında hər gün gördüyümüz ürək dağlayan kadırlar,qəzet səhifələrində oxuduğumuz məqalələr,qonum-qonşuda gördüyümüz hadisələr sübut edir.       Son illər ölkəmizdə zorakılıqlar,fiziki işgəncələr üzündən boşanan ailələr demək olar ki,günü-gündən artmaqdadır.İstər ər tərəfindən,istərsə də başqa ailə üzvüləri tərəfindən döyülən,söyülən,təhqir olunan,aşağılanan qadınlardan biri də Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yaşayan Şəlalə Dilman qızı Kazımovadır.Şəlalə xanım üç azyaşlı uşaq anasıdır.Keçən ilin əvvəlində əri tərəfindən işgəncələrə,təhqirlərə,aşağılanmalara məruz qalan xanım ər evində insan-qadın kimi yaşamağın mümkünsüzlüyünü görüb ata evinə dönməkdən başqa yol tapmır.Və çıxış yolunu ərindən boşanmaqda görür.Bu məqsədlə boşanmaq haqqında Şəmkir rayon məhkəməsinə müraciət edir.uzun-uzadı araşdırmalardan sonra məhkəmə xanımın iddiasını təmin edir.Amma  üç azyaşlı uşaq atada qalır.Uzun müddət uşaqlarından ayrı düşən ana uşaqlarını görmək istəyir,lakin qarşı tərəf buna imkan vermir.Ana uşaqlarına qovuşmaq,onları həmişəlik himayəsində saxlamaq üçün Şəmkir məhkəməsinə müraciət edir.Uzun süründərməçilikdən sonra nəhayət ki,2 sentiyabr 2013-cü il tarixdə rayon məhkəməsi hakim Qalib Paşayevin sədrliyi ilə 2-1128 saylı qətnamə qəbul edir.Qətnaməyə əsasən hər üç azyaşlı uşaq atalarından alınıb anaya verillidir.Bununla razılaşmayan ata-Elxan Süleyman oğlu Kazımov Gəncə Apeleyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edir.Gəncə Apelesiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədulla İbadulla oğlu Rüstəmovun sədrliyi ilə 19 dekabr 2013-ci il tatixdə ə baxır və məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi haqqında qərardad çıxarır.

      Bu yerdə adamda məhkəmənin həqiqətin tərəfində olacağına şübhə yaranır.Və hörmətli hakim Əsədulla müəllimdən soruşmaq istəyir:Əsədulla müəllim,ya Şəmkir məhkəməsində işə baxan hakimlər Azərbaycan qanunlarını bilmir,ya da sizin savadınız o qədər çoxdur ki,sizə sərf edən qanunlar yaradırsınız.Həqiqətin ekspertizaya göndərilməsinin özü həqiqətin təhrif edilməsi demək deyilmi?

  Əsədulla müəllimin işə qeyri obyektiv baxması,ötür-ötür oynu ananı yuxarı təşkilatlara məktub yazıb kömək istəməsinə gətirib çıxarmışdır.Şəlalə xanımın böyük ümidlə gömək umduğu orqanlardan biri də Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovadır.Bir müvəkkil kimi Elmira xanımı sağ olsun,ondan kömək istəyən,imdad diləyən ananın müraciətinə əlüstü cavab verib ki,ay bala həsrətli ana,sizə bildirirəm ki,Azərbaycan Respublikasının Konstitutsiyasının 127-ci maddəsinə əsasən hakimlər müstəqildirlər və onların fəaliyyətinə (səhv olsa belə) müdaxilə edilməsi yolverilməzdir.

   Şəxsən mən hörmətli Elmira xanımın məktubunu oxudum və içimdən bir təəssüf hissi keçirdim.Ona görə ki,qop-qocaman bir millətin o boyda ambusman xanımı hələ yaşadığı məmləkətdə hakimlərin müstəqil olduqlarını iddi edir.Əgər Elmira xanımın dediyi həqiqətdirsə ,bəs onda niyə bu gün Avropa İnsan Hüquqları məhkəməsinin icratında Azərbaycandan onlarla hakimin məhkəmə işlərinə düzgün baxmamaları haqqında şikayətlər var

    Son vaxtlar respublikada rüşvətxorluğa,korripsiyaya qarşı aparılan ciddi mübarizəyə baxmayaraq,yenə də rüşvər alan,korripsiyaya qurşanan,sadə vətəndaşların ərizə və şikayətlərinə başdansobdu baxan hakimlər,hüquq-mühafizə işçiləri və məmurlar var.Onlar rüşvət almaqla qanunları pozur,haqqı nahaqqa verir,bilərəkdən məhkəmə işlərini o qədər uzadırlar ki,zərər çəkən şikayətindən imtina edir,bəzi hallarda isə haqqın əldə edilməsinin mümkünsüzlüyünü görüb özümə qəsd edir.Lakin buna görə heç bir hakimə,hüquq-mühafizə işçisinə,dövlət məmuruna gözün üstün qaşın var demirlər.Bu gün əli haqqdan üzülən,Şəmkir Gəncə arasında məhkəmələrdə qalan gənc ana özünə qəsd etməkdən başqa çıxış yolu görmür.Sabah belə bir hadisə baş versə ana günahkar sayılacaq,onu buna təhrik edənlərin nə tükü tərpənəcək,nə də vicdanı oyanacaq.

 Bu gün rəsmilər dilboğaza qoymadan car çəkirlər ki,biz demokratik bir ölkənin vətəndaşlarıyıq.Əgər bu doğurdan da belədirsə,bəs onda niyə bir gənc ananın analıq hüququnun məhkəmələr arasında bilərəkdən pozulması hansı demokratik prinsiplərə əsaslanır? Hüquq təhsili olanları demirəm,adi insanlara da məlumdur ki,əgər ana əqli cəhətdən qüsurlu deyilsə,iş və yaşayış yeri varsa on yaşına kimi uşaqlar qeyd-şərtsiz ananın himayəsində olmalıdır.Bu həqiqəti qəbul etməyən Gəncə ApellasiyaMəhkəməsinin hakimi Əsədulla müəllim Şəmkir məhkəməsinin çıxardığı qərara ya şübhəylə yanaşıb,ya da qarşı tərəfin görüm-baxımına görə yenidən məhkəmə-psixoloji ekspertiza təyin edilməsi haqqında 19 dekabr 2013-ci tarixdə qərardad çıxarıb.Lakin aradan bir aydan çox vaxt keçməsinə baxmayaraq hələ də ekspertizadan xəbər-ətər yoxdur.Vaxtın bu qədər uzadılması,işə dırnaq arası baxılması ananın bütün ümidlərini heçə endirib,onu çıxılmaz duruma salıb.Və zərər çəkən tərəfin qanunlara,qanunların icrasına məsul olan məmurlara inamı tükənib.Deyilənə görə Əsədulla müəllim nə vaxtsa rüşvət aldığına görə işdən uzaqlaşdırılıb.Amma sonralar havadarlarının köməyi   ilə yenidən işinə bərpa olunub.

   Əgər hüquq-mühafizə orqanları düz işləsəydi,Şəhla Dilman qızı Kazımovadan qabaq Kazımovalar ailəsində daha bir xanıma-evin böyük gəlni Tamaşa Kazımovaya da belə bir zorakılıq olmazdı.Onun da iki azyaşlı uşağı əlindən alınıb evdən qovulub.Təbii ki,hakimlərə verilən rüşvətin köməyi ilə.Hətta iş o yerə çatıb ki,həmin azyaşlı uşaqlar "ayıq-sayıq"səthədçilərimizin,"hümanist"kömrükçülərimizin sayəsində qeyri-qanunu qonşu Rusiyanın Tümen şəhərinə aparılıplar.Buna görə qanunları rüşvətə dəyişən dövlət məmurlarının gül üzünə püf eləyən olmayıb.Və beləcə bir ananın analıq hüquqları ayaqlar altına atılıb.

  Məmləkətdə hər şeyin pulla ölçüldüyündən ruhlanan Kazımovlar yeni bir "uğur"a imza atmaq sevdasına düşüblər.Evdə ikinci gəlin olan Şəlalə xanımın da üç azyaşlı uşağını əlindən almaq üçün böyük cəhd göstərirlər.Amma əbəs yerə.Onların qarşısında qanunların aliliyi və onu rəhbər tutanlar var.

 

                     

 

 

       Məhərrəm Şəmkirli.                    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam